Qırmızı bağ (film, 2016)

Qırmızı bağ - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə Rusiyanın “BayTMedia” studiyasının birgə istehsalı.[1][2] 2011-ci ildə çəkilişləri başanılan, 2015-ci ildə hazır olan filmin ssenarisində dəfələrlə dəyişikliklər olub.[3] Rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk tammetrajlı bədii filmidir. Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova və Taleh Bədiyev canlandırmışdır.[4] 30-dan çox beynəlxalq kinofestival və kinoforumlarda iştirak etmiş, mükafatlar qazanmışdır.  Rusiyada 30-cu "Nika" mükafatının “MDB və Baltikyanı ölkələrin ən yaxşı xarici filmi” mükafatına nominant olmuşdur.

Qırmızı Bağ
Qırmızı bağ
Qırmızı bağ
Janr Fəlsəfi dram-pritça
Rejissor Mirbala Səlimli
Ssenari müəllifi Mirbala Səlimli
Baş rollarda Maqsud Məmmədov
Gülzar Qurbanova
Taleh Bədiyev
Operator Maksim Drozdov
Bəstəkar Salman Qəmbərov
Rəssam Leonid Karpov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası "VayTMedia" kinostudiyası
İlk baxış tarixi 13 aprel 2016
Filmin növü tammetrajlı bədii film
Müddət 88 dəq.
Ölkələr Azərbaycan, Rusiya
Dil Azərbaycan türkcəsi
İl 2016
Texniki məlumatlar 9 hissə 35mm FUJI kinolenti (ramka 1:1.85) səs formatı 5.1
Rəng rəngli

Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Orta məktəb muəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin.[5] Musiqi müəlliməsi olan Vəfa isə xəstədir, ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Orxan adlı kimsəsiz uşağın ailəyə düşməsi ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir... Qırmızı bağ – bizim arzularımızın reallaşdığı, həyat sevgisinə qоvuşduğumuz bir sakral məkandı. Bu məkana düşmək üçün yeganə yоl isə insana sevgi, bütün canlılara sevgi və bu gün nə qədər paradоksal оlsa da – özünün həyatını başqa bir insanın dirçəlişinə həsr etməkdir. Filmin qəhrəmanı Abbas ancaq bu həqiqəti dərk etdikdən sоnra bu sakral məkana daхil оla bilir.

  • Ssenari AVANTİ (İsveçrə) proqramı çərçivəsində işlənilmişdir.Məsləhətçilər DAQMAR BENKE (Almaniya), KŞİŞTOV ZANUSSİ (Polşa).

1. "Ən yaxşı bədii film", 15-ci Dəkkə Beynəlxalq Film Festivalı, 2017.[6]
2. Üç "Altın kemança" mükafatı, Trabzon Beynəlxalq Film Festivalı, 2017.[7]

  • Gülzar Qurbanova "Ən yaxşı qadın rolu",
  • Maqsud Məmmədov "Ən yaxşı kişi rolu",
  • Taleh Bədiyev filmdə aktyor oyununa görə “Münsiflər heyətinin xüsusi mükafatı”.

3. Rejissora filmin "Parlaq Bədii həllinə" görə Azərbaycan Kinematoqrafiya İttifaqının mükafatı, 2017.
4. Rusiyada “MDB və Baltikyanı ölkələrinin "Ən yaxşı filmi” nominasiyası üzrə Nika mükafatına nominant elan olub, 2017.[8]
5. "Ən yaxşı bədii film", 17-ci Baykal Beynəlxalq Film Festivalı, 2018.
6. Azərbaycan Kino Akademiyasının "QIZIL PƏRİ" mükafatına iki nominasiya üzrə layiq görülüb:

  • ƏN YAXŞI TAMMETRAJLI BƏDİİ DEBÜT FİLMİ, rejissor Mirbala Səlimli,
  • ƏN YAXŞI KİNO MUSİQİ, bəstəkar Salman Qəmbərov.

7. "Ən yaxşı operator", Maksim Drozdov, İtaliya-Azərbaycan Beynəlxalq Kinofestivalı, 2019.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi və quruluşçu rejissor:
MİRBALA SƏLİMLİ

Quruluşçu operator:
MAKSİM DROZDOV

Quruluşçu rəssam:
LEONİD KARPOV

Bəstəkar:
SALMAN QƏMBƏROV

Geyim üzrə rəssamlar:
ELMAN RƏŞİDOV
OLQA ŞABANOVA

Qrim üzrə rəssamlar:
PAZİLAT QAZİMAQOMEDOVA
NATALYA FYODOROVA

Səs rejissoru:
TARİYEL HƏSƏNZADƏ

Səs operatorları:
ANAR SALMANOV
ELVİN BAYRAMZADƏ

Aktyorların səsləndirilməsi:
MEHMAN NADİROV

Montaj:
ANNA MASS

Rəng korreksiyası:
İRİNA MASLOVA

İkinci rejissor:
PƏRVİZ HƏSƏNOV

Rejissor assistentləri:
AKİF YUSİFOV
ƏLİ İMANOV
İRADƏ SADIQOVA

Rejissor köməkçisi:
YULİYA KAXETELİDZE

İkinci operator:
İVAN KULAGİN

Fokus-pulerlər:
SERGEY VERŞİNİN
KONSTANTİN İVANOV

İşıq ustası:
TAHİR BAĞIROV

Musiqi tərtibatçısı:
İSMAYIL DADAŞOV

Mahnının ifaçısı:
MEHRİBAN ZƏKİ

Şeirlərin müəllifi:
VAQİF ASLAN

Kordinator:
ƏNVƏR HƏSƏNOV

Maliyyə meneceri:
ORXAN ƏLİYEV
EMİL İBRAHİMOV

İnzibatçılar:
İLQAR MUSAYEV
ASİF AĞAYEV
İLHAM ƏLİYEV
İQRAR SALAMOV

Filmin direktoru:
TOFİQ MUSAYEV

Xətt prodüseri:
AZƏR QULİYEV

İcraçı prodüserlər:
NAZİM HÜSEYNOV
TEYMUR CƏFƏROV

Prodüserlər:
MÜŞFİQ HƏTƏMOV
TİMUR VAYNŞTEYN

Rollarda

Abbas — MAQSUD MƏMMƏDOV
Vəfa — GÜLZAR QURBANOVA
Orxan — TALEH BƏDİYEV
Molla — SALAMULLA İSMAYILOV
Məktəb direktoru — XANLAR HƏŞİMZADƏ
Bağban — RAMİS İBRAHİMOV
Günel — BƏHİYYƏ ABDULLAZADƏ
Montyor — PƏRVİZ MƏMMƏDRZAYEV
Polis rəisi — ABBAS QƏHRƏMANOV
Həkim — İLHAM HÜSEYNOV
Uzunboy qəbirqazan — ÇİNGİZ NOVRUZƏLİYEV
Balacaboy qəbirqazan — ABDULƏZİM ŞİRİNOV
Daşyonan usta — ARİF KƏRİMOV
Ustanın şagirdi — FİRDOVSİ NƏBİYEV
Orxanın dostu — RÖYAL YUSUBOV
Yekəpər — ASİF AĞAYEV
Kəltənbaş — ORXAN HƏMİDLİ

Filmi səsləndirənlər:

Rövşən Məmmədli - Abbas (Maqsud Məmmədov (aktyor))(titrlərdə yoxdur)

Treyleri izlə

  1. http://www.anl.az - Qırmızı bağ, Pərvin Nurəliyeva, 525-ci qəzet 2017.- 25 noyabr.- S.15. İstifadə tarixi:01.12.2023
  2. https://www.trt.net.tr - Azərbaycanın “Qırmızı bağ”ı Almaniyaya gedir. İstifadə tarixi:01.12.2023
  3. "https://aki.az - KİNO EVİNDƏ MİRBALA SƏLİMLİNİN "QIRMIZI BAĞ" FİLMİ. İstifadə tarixi: 01.12.2023". 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  4. "https://oxu.az - "Qırmızı bağ"ın beynəlxalq premyerası. İstifadə tarixi: 01.12.2023". 2016-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
  5. https://vimeo.com - Qırmızı bağ. İstifadə tarixi: 01.12.2023
  6. https://azertag.az - “Qırmızı bağ” ən yaxşı film mükafatına layiq görülüb. İstifadə tarixi: 01.12.2023
  7. https://kinoyazar.az - Qırmızı – etirafın rəngi
  8. https://kulis.az - “Qırmızı bağ”ın Rusiya uğuru. İstifadə tarixi: 01.12.2023