Yuxu kimi — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı.
Yuxu kimi | |
---|---|
Janr | dram filmi, melodram |
İlk baxış tarixləri | 6 dekabr 2019, ATV |
Rejissor | Rövşən İsax |
Operator | Hakim Ağayev |
Prodüser | Rizvan Məmmədov |
Yaradıcısı | Rövşən İsax |
Ssenarist |
Rövşən İsax Vüqar Amir Ayaz Elxan Xanəlizadə |
Rollarda |
İbrahim Çingiz Aysel İbrahimova Elxan Yunis Məhəmməd Verdizadə Niyaz İlyasoğlu Pərvanə Qurbanova İlham Hüseynov Kamran Yunis Ləman Abbaszadə Murad Ruzigar Cəmilə Muradova İlhamə Əhmədova |
Bəstəkar | Vasif Arifoğlu |
Montajçı | Rəhman Fürqətoğlu |
İstehsalçı ölkə | Azərbaycan |
İl | 2019-2024 |
Studiya | ATV |
Dil | Azərbaycan dili |
İlk çıxış tarixi | 6 dekabr 2019, ATV |
Növü | Bədii teleserial |
Rəng | Rəngli |
Seriya vaxtı | 90 dəqiqə |
Telekanal | ATV |
Ailə şərəfini hər şeydən üstün tutan Habil (Məhəmməd Verdizadə) qızı Yasəmənin (Aysel İbrahimova) öz qohumu Cövdətlə (Niyaz İlyasoğlu) ailə qurmasını istəyir. Yasəmən isə kimsəsiz Aqşini (İbrahim Çingiz) sevir. Bir müddət sonra Aqşin iş ardınca müvəqqəti Rusiyaya gedir. Ailələrin heç biri qızın istəyi ilə hesablaşmayaraq, onu Cövdətə nişanlayırlar. Aqşin mobil telefonunu itirdiyi üçün Yasəmən ona əvvəlcədən xəbər verə bilmir. O, baş verənlərdən yalnız Bakıya qayıdandan sonra xəbər tuta bilir. Tərəflər baş vermiş hadisələrə görə bir-birini günahlandırsalar da, sevgi hissi daha üstün gəlir. Toyuna az müddət qalmış Yasəmən Aqşinlə birlikdə evdən qaçmağa məcbur olur. Habil bu hadisədən xəbər tutanda intihara cəhd edir. Başqa çıxış yolu olmadığı üçün Yasəmənin yerinə kiçik qızı Ləmanı (Ləman Abbaszadə) Cövdətə verir.
Aktyor | Rol | Mövqeyi |
---|---|---|
İbrahim Çingiz | Aqşin Veysəlov | Uşaq evində böyümüş kimsəsiz gənc |
Aysel İbrahimova | Yasəmən Həsənli | Aqşinin həyat yoldaşı. Cövdətə nişanlanmasına baxmayaraq, Aqşinə qoşulub qaçır və onunla ailə qurur. |
Elxan Yunis | Çinar Zamanlı | Sərvinazin əri. Fəxri və Nigarın atası. "Ayan Palace" və "İmperial"ın sahibi. Rayonun tanınmış sahibkarı. Ailəli olduğuna baxmayaraq, özündən gənc, eyni zamanda ailəli olan xanıma—Yasəmənə vurulur. Onun bu duyğuları həyat yoldaşı Sərvinazla arasının pozulmasına, evdə söz-söhbət düşməsinə səbəb olur |
Məhəmməd Verdizadə | Habil | Yasəmən və Ləmanın atası. Sevmədiyi insanla ailə qurmağa məcbur edilən qızı Yasəmən toya 1 həftə qalmış sevgilisi Aqşinə qoşulub qaçdıqdan sonra xəcalətdən sirkə içərək canına qəsd etməyə çalışır. Daha sonra isə qohumların arasında biabır olmamaq üçün Yasəmənin yerinə kiçik qızı Ləmanı Cövdətə vermək qərarına gəlir |
Niyaz İlyasoğlu | Cövdət | Qarşılıqsız olaraq Yasəməni sevir. O, qoşulub qaçdıqdan sonra ailələr arasında sövdələşməyə əsasən Ləmanla ailə qurur. Başına gələn bu hadisədən sonra intiqam və qısqanclıq hissləri ona bir an belə rahatlıq vermirdi. Aqşinin iş dalınca Qazaxıstana getməsi ona intiqam almaq üçün fürsət olur. Bunun üçün o, Salman adlı bir nəfərlə danışır, pul verərək Aqşinin qətlini sifariş edir. |
Pərvanə Qurbanova | Sərvinaz | Çinarın həyat yoldaşı.Rayonda baş həkim işləyir.Çinarın Yasəmənə aşiq olduğunu eşidincə çox aqressiv olur və evdə söz-söhbət düşür |
Nailə Behçət | kapitan Məryəm Kərimbəyli | müstəntiq. Aqşinin bacısı və Fəxrinin sevgilisi.
Körpə ikən valideynləri Xocalı soyqırımda həlak olmuş, qardaşı Aqşin ondan ayrı düşərək Bakıda uşaq evində böyümüş, özünü isə əslən Xocalıdan olan Zöhrə adlı bir yaşlı qadın övladlığa götürür. Çinarı bıçaqladığı üçün həbs edilib bölməyə gətirilən Aqşini uzun illər sonra ilk dəfə görür və öz qardaşını tanıyır. DNT analizi nəticəsində onların bacı-qardaş olduğu öz təsdiqini tapır. Fəxri ilə bir-birlərini sevirlər, lakin Məryəm Aqşinin bacısı olduğu üçün Çinar onların ailə qurmasını istəmir |
Aydan Axundzadə | Ülkər | jurnalist, Aqşinin Yasəməndən sonrakı sevgilisi. Bir iş üçün "ASAN" xidmətə gedərkən orada keçən il ölüm faktı qeydə alınan Veysəlov Aqşin adlı şəxsin qəfil tapılması haqqında məlumat eşidir. Ona maraqlı gəlir və Aqşin haqqında əvvəl reportaj hazırlamaq, daha sonra isə roman yazmaq qərarına gəlir. Hadisələr elə cərəyan edir ki, onlar bir-birlərinə aşiq olurlar və ailə qurmağa hazırlaşırlar. Lakin məsələdən xəbər tutan Cövdət Rüfətin (Gərayın dostu) əli ilə Ülkəri qaçırır, məqsədi isə, təbii ki, daha öncə nişanlısını qaçırmış Aqşinə xoşbəxt olmağa imkan verməmək idi. Bu hadisədən sonra Aqşin onu da götürüb xaricə gedir. |
Tural Əhməd | Gəray | Ülkərin ögey qardaşı. Bacısını dostuna ərə getməyə məcbur edir. |
Dilarə Əliyeva | Əsmər | "İmperial"ın meneceri. Çinarla qısa sürən münasibətləri olmuşdu. Çinar Sərvinazla barışdıqdan sonra Əsməri işdən çıxarır, Əsmər isə xəstəxanadan saxta arayış alaraq guya hamilə olduğunu deyir. Onun Çinarla münasibətlərinin olduğunun üstü açıldıqdan sonra Çinargilin ailəsində yenidən söz-söhbət düşür. |
İlham Hüseynov | Nüsrət Bağırov | Aqşinin dostu,Malikin böyük qardaşı.Yasəmənlə şəhərdən qaçanda onun evinə pənah gətirir. |
Kamran Yunis | Teymur Mehdizadə | Cövdətin atası. Habilin əmisi oğlu |
Ləman Abbaszadə | Ləman | Habilin kiçik qızı, Yasəmənin bacısı. Cövdətin həyat yoldaşı. Bacısı qoşulub qaçdıqdan sonra onun yerinə məcburi ərə verilir. |
Sevda Orucova | Ulduz | Çinarın bacısı |
Murad Ruzigar | Fəxri Zamanlı | Çinar və Sərvinazın oğlu. |
Cəmilə Muradova | Nigar Zamanlı | Çinar və Sərvinazın qızı. Bütün ailəsinin əleyhinə olaraq, kasıb və yetim Maliki sevir. Malik öldükdən sonra havalanır və bir müddət özünə gələ bilmir. 2-ci mövsümün sonunda təhsilini davam etdirmək, əslində isə evdəki söz-söhbətlərdən qaçmaq üçün İsveçrəyə gedir. |
Sevinc Hüseynova | Gülü | Çinargildə qulluqçu. |
İlqar Cahangir | Maqsud | Cövdətin tanışı, Salmanın dostu. Ləqəbi "Maks"dır. |
Məlahət Əhməd | Gülnaz | Sərvinazın bacısı. Elnurun anası |
Vado Korovin | Mais | Çinarın Vladiqafqazda yaşayan dostu. |
Nuranə Altunbay | Tamilla | Maisin həyat yoldaşı. Leylinin anası |
Elşad Süleyman | Yalçın | vəkil. Aqşinə onun işinin araşdırılmasında kömək etmişdi. 2-ci mövsümdən sonra artıq serialda görünmür. |
Sabirə Abdullayeva | Leyli | Mais və Tamillanın qızı. Bakıda olan zaman Maqsudun adamları tərəfindən qaçırılaraq kimsəsiz adaya gətirilir. Və onu oradan xilas edib evinə gətirən Aqşinə aşiq olur. 3-cü mövsümdə ailəsinin ardınca Vladiqafqaza geri dönür. |
Mahirə Yaqubova | nənə | Tamillanın anası. Leylinin nənəsi |
Ruslan Hüseynov | Malik Bağırov | Nüsrətin qardaşı. Nigarı sevir. Aqşinlə bərabər iş dalınca Aktauya gedir. Salman Cövdətin sifarişi ilə Aqşinə sui-qəsd etmək edərkən onu da bıçaqlayaraq dənizə atır. Axtarışlar nəticəsində dənizdə meyidi tapılır, lakin cibində Aqşinin sənədləri tapıldığı üçün meyidin Aqşin olduğu zənn edilir və o, Veysəlov Aqşin adı ilə kənddəki qəbiristanlıqda dəfn edilir. Lakin Aqşin tapıldıqdan sonra qəbrin əslində Malikə məxsus olduğu məlum olur. |
Şahmar Məmmədov | Elnur | Sərvinazın bacısı oğlu, Cövdətin dostu. 2-ci mövsümdən sonra serialda görünmür. |
İlhamə Əhmədova | Firəngiz | Teymurun həyat yoldaşı, Cövdətin anası |
Loğman İsayev | Ələsgər | Ulduzun həyat yoldaşı |
Günay Xanlarqızı | Fəridə | tibb bacısı. Nüsrətin köhnə sevgilisi |
Samir Abbas | Camal Abbasov | Fəridənin əri. Aqşinin ölümündən sonra Yasəmənin Çinarla münasibət qurduğunu iddia edərək bu haqda bütün kənddə söz-söhbət yayır. Maqsudun əlindən qaçaraq Bakıda xalası oğlugildə gizlənir, elə ordaca dəm qazından zəhərlənərək ölür. |
Əliqulu Səmədov | Məhərrəm | Cövdətgilin qonşusu. Cövdət tərəfindən üzərinə benzin töküb yandırılmış Qəzənfərin atası |
Novruz Cəfərov | Arif həkim | klinikada həkim. Sərvinazın qrup yoldaşı və dostu |
Könül Şahbazova | Sevil | Cövdətin sinif yoldaşı və sevgilisi. Ləman hamilə olarkən Sevil onun həkimi olmuş və bu təsadüf onların Cövdətlə yenidən rastlaşmasına və hətta sevgili olmasına səbəb olur. Onların görüşməsini ilk olaraq Sərvinaz xanım öyrənir və Şərqiyyəni xəstəxanaya göndərərək gizlincə onların şəklini çəkib Ləmana göndərməyi tapşırır. Şərqiyyə belə də edir və bu hadisədən sonra Cövdətlə Ləmanın arası yenidən pisləşir və boşanmaya gətirib çıxarır. Ləman boşanaraq atasının yanına Rusiyaya gedir, Cövdətlə Sevil isə ailə qurmaq şansını dəyərləndirmək istəyirlər. Lakin Teymur kişi onların evlənməsinə qarşı çıxır. |
Kəmalə Məmmədova | Şərqiyyə | Çinar müəllimin İmperialdakı işçisi, Ülkəri qaçıran Rüfətin anası. Ülkər qaçırıldıqdan sonra həyat yoldaşı Mahirlə oğlu Rüfət Rusiyaya gedər, özü isə İmperialda işə düzəlmişdi. Əsmər getdikdən sonra onun yerində çalışır. |
Elmir Məmmədov | Səməd | Məryəmin Fəxrini sevdiyini bilə-bilə ondan əl çəkmir. Məryəmə gül göndərdiyini eşidən Fəxri bərk qəzəblənir və onu vurur. Çinar müəllim Məryəmlə Fəxrini ayırmaq üçün Səmədlə birləşir və onu yanında işə götürür. |
Zəminə Cəfərova | Gülşən | Səmədin anası |
Vahid Şirinov | Adil müəllim | müstəntiq |