77-ci dağatıcı diviziya: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 26: Sətir 26:
|fərqlənmə nişanları = [[Şəkil:Order of Red Banner ribbon bar.png|25px]] [["Qırmızı Bayraq" ordeni]]
|fərqlənmə nişanları = [[Şəkil:Order of Red Banner ribbon bar.png|25px]] [["Qırmızı Bayraq" ordeni]]
|indiki komandiri =
|indiki komandiri =
|məşhur komandirləri =
|məşhur komandirləri = [[Qambay Vəzirov]]
}}
}}



11:15, 3 iyun 2020 tarixindəki versiya

77-ci dağatıcı diviziya
77-я горнострелковая Краснознамённая дивизия имени Серго Орджоникидзе
Növü piyada
Yaranma tarixi 30 oktyabr 1920-ci il — oktyabr 1942-ci il
Ölkə SSRİ
Daxildir Quru qoşunları
Himayədarı 1-ci azad Azərbaycan Fəhlə və Kəndli Sovet atıcı diviziyası
Təchizatı 77-ci atıcı diviziyası (2-ci komplektləşmə)(1942)
Müharibələr Sovet-yapon sərhəd münaqişələri
İkinci Dünya Müharibəsi
Döyüşlər Xasan döyüşləri (1938-ci il)
İkinci Dünya Müharibəsi
Kerç-Feadosiya desant əməliyyatı(1941-1942)
Qafqaz döyüşü (1942-1943)
Fərqlənmə nişanları "Qırmızı Bayraq" ordeni
Komandanlıq
Məşhur komandirləri Qambay Vəzirov

Serqo Orjonikidze adına Qırmızı Bayraqlı 77-ci dağatıcı diviziyaİkinci Dünya Müharibəsi illərində SSRİ Silahlı Qüvvələrinin hərbi hissəsi, milli Azərbaycan hərbi birləşməsi (1940-cı ilə qədər).

Tarixi

1920-ci il oktyabrın 20-də Bakıda 1-ci birləşdirilmiş azərbaycanlı fəhlə və kəndli sovet atıcı diviziyası kimi yaradılmışdır. 1924-cü ilə qədər hərbi birləşmə Qırmızı Bayraqlı Qafqaz Ordusunun ərazi vahidinə daxil idi. 1929-cu ildə diviziya dağatıcı heyətinə çevrildi. SSRİ Hərbi Respublika Şurasının 29 oktyabr 1930-cu il tarixli 218 nömrəli əmri ilə hərbi birləşmə Serqo Orjonikidzenin adı ilə adlandırıldı. 1935-ci ildə diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif edildi. Hərbi Nazirliyin 21 may 1936-cı il tarixli 072 nömrəli əmrinə uyğun olaraq nömrələnmə dəyişikliyinə görə diviziya Serqo Orjonikidze adına 77-ci Azərbaycan Dağatıcı Qırmızı Bayraq Diviziyası adlandırıldı.

1937-ci ilin iyulunda diviziyanın komandiri Q.M Vəzirov həbs edilmiş və güllələnmişdir. Dviziyanın digər zabitləri də repressiyaya məruz qaldılar.