Serqo Orconikidze

Qriqori (Serqo) Konstantinoviç Orconikidze (12 (24) oktyabr 1886[1], Qareşa[d], Kutaisi quberniyası, Rusiya imperiyası18 fevral 1937[2][3][…], Moskva, RSFSR, SSRİ[2]) — gürcü siyasi-ictimai xadimi, inqilabçı.

Serqo Orconikidze
gürc. გრიგოლ კონსტანტინეს ძე ორჯონიკიძე
bayraq
SSRİ Ağır Sənaye Xalq Komissarı
bayraq2
5 yanvar 1932 – 18 fevral 1937
NazirVyaçeslav Molotov
ƏvvəlkiVəzifə yaradıldı
SonrakıValeriy Mejlauk
Şəxsi məlumatlar
Doğum tarixi 12 (24) oktyabr 1886[1]
Doğum yeri
Vəfat tarixi 18 fevral 1937(1937-02-18)[2][3][…] (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, metallurq, inqilabçı

Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serqo Orconikidze 1905-ci ildə Tiflisdə məktəbi bitirdikdən sonra artıq iki il əvvəl qoşulduğu RSDRP fraksiyasında fəaliyyətini davam etdirmişdir. Çoxsaylı təqiblərə məruz qalan Orconikidze 1909-cu ildə Bakıya qaçmış, RSDRP-nin Bakı komitəsinin qərarı ilə 1909-cu ilin payızında İrana inqilabi işi yaymaq üçün göndərilmişdir. Sonralar Stalinlə inqilabi işini davam etdirən Orconikidze dəfələrlə həbs olunmuşdur. 1912-ci ildə isə ona 3 il həbs cəzası verilmiş, 1915-ci ildə Sibirə sürgün edilmişdir.

1917-ci il inqilabında yaxından iştirak edən Orconikidze ErmənistanGürcüstanda sovet hakimiyyətinin qurucularından olmuşdur. Bundan sonra o müxtəlif rəhbər vəzifələr tutmuşdur.

Stalinin çox yaxın adamı olan Orconikidze son illər onun köhnə bolşevikləri "aradan götürməsi" ilə razılaşmırdı və bəzən ona qarşı çıxırdı. Ona görə də onun ölümü indiyə qədər müəmmalı olaraq qalır. Rəsmi olaraq infaktdan öldüyü bildirilmiş, cənazəsi təntənəli şəkildə Kremlin divarında dəfn edilmişdir. Ancaq digər bir versiyaya görə intihar etmişdir.

Adlar və Mükafatlar

[redaktə | mənbəni redaktə et]
  1. "Qırmızı əmək bayrağı" ordeni
  2. "Lenin" ordeni
  1. 1 2 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
  2. 1 2 3 4 Орджоникидзе Григорий Константинович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 Grigory Konstantinovich Ordzhonikidze // Encyclopædia Britannica (ing.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]