Şuşa Xalça Muzeyi: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
Sətir 34: Sətir 34:


== Xarici keçidlər ==
== Xarici keçidlər ==
* [http://medeniyyet.az/page/news/34906/-Xalca-Muzeyinde-Susanin-senet-incileri.html?lang=en İşğal öncəsi muzeyin Şuşa filialından fədakarlıqla xilas olunmuş eksponatların sərgisi]
* [http://www.anl.az/down/meqale/azerbaycan/2010/may/118416.htm Şuşa qalalar şəhəri, muzeylər məskəni idi]
* [https://axar.az/news/hadise/336161.html Şuşanın işğalından sonra...]
* [http://cbc.az/az/az/v_story/azrbaycan-xala-muzeynn-ua-flalinda-unkal-xalalar-saxlanilir Azərbaycan Xalça Muzeyinin Şuşa filialinda unikal xalçalar saxlanılır]
* [http://wikimapia.org/25590331/%C5%9Eu%C5%9Fa-xal%C3%A7a-muzeyi Şuşa qrupu xalçaları]
* [http://old.xalqqazeti.com/az/news/culture/96197 Kataloq]


== İstinadlar ==
== İstinadlar ==

06:39, 19 avqust 2020 tarixindəki versiya

Şuşa Xalça Muzeyi
Azərbaycan Xalça Muzeyinin Şuşa filialı
Əsası qoyulub 26 sentyabr 1985
Açılış tarixi 19 may 1987
Bağlanıb 1992
Ölkə
Yerləşir 1992-ci ilə qədər Şuşada, general Səməd bəy Mehmandarova məxsus malikanədə,
1992-ci ildən sonra Azərbaycan, Bakı
AZ 1003, Mikayıl Useynov prospekti, 28. Dənizkənarı Milli Parkda
Direktor Şirin Məlikova[1]
Muzeyə yetişmək M 1 İçərişəhər metrostansiyası
Telefon (+994 12) 497-20-57
İş rejimi Çərşənbə axşamı - Cümə 10:00 -18:00,
Şənbə-Bazar 10:00 - 20:00
İstitahət günü - Bazar ertəsi
azcarpetmuseum.az

Şuşa Xalça MuzeyiQarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır.[2][3]

Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.[2]

AzərbaycanErmənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdir.[2]

Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX-XX əsrləri əhatə edən Qarabağın ənənəvi “Şabalıd-buta”, “Malıbəyli”, “Qoca”, “Bəhmənli”, “Atlı-itli”, “Xanlıq”, “Çələbi”, “Açma-yumma” çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.[2]



Həmçinin bax

Xarici keçidlər

İstinadlar