Şuşa Xalça Muzeyi: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
Sətir 29: Sətir 29:


== Türk komandanları və Balama qurban xalçaları ==
== Türk komandanları və Balama qurban xalçaları ==
Erməni silahlı dəstələri zamanla Azərbaycana, o cümlədən Qarabağa çox ağır zərbələr vurub, minlərlə insan qırğınların qurbanı olub, yurd-yuvaları xarabazara çevrilib. 1918-ci il qırğınlarında Azərbaycan hökumətinin dəvəti ilə köməyə gələn Qafqaz İslam Ordusu Qarabağda da faciənin qarşısının alınmasında iştirak edib. Qədirbilən şuşalılar öz xilaskarlarına dərin hörmət və ehtiramla yanaşıblar. Zəngin sənət biliklərinə malik olan Şuşa xalçaçıları öz minnətdarlığını ilmələrlə ifadə ediblər. Bu xalçalardan ikisi Milli Azərbaycan Tarixi Muzeyinin satınalma komissiyası tərəfindən əldə edilib. Xalçalar 1916-cı ilə aid fotoşəkil əsasında 1920-ci ildə hazırlanıb. Haşiyələrdən birinə ermənilərə qarşı döyüşən hərbçilərin qəhrəmanlığını vəsf edən şeir, digər haşiyəyə Qarabağın məşhur nəlbəki gülü toxunubdur. Xalçanın əsasını təşkil edən mərkəzi hissəsində insan təsvirləri salınıb. Mərkəzi hissənin ətrafındakı haşiyələrdə yazılmış mətnə əsasən təsvirdəki insanların şəxsiyyətini təyin etmək mümkündür. Bunlar: “Cənabi möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevket Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin”, “Sultan Məhəmməd Rəşadxan Xamis Həzrətləri”dir. Digər xalçada isə kiril hərfləri ilə “Balama qurban” ifadəsi yazılıbdır. Görünür onu toxuyan şuşalı ana xilaskar orduya öz balası kimi münasibət göstərib, şirin Qarabağ kəlamı ilə onları əzizləyib. Xalçalar eksklüziv olduğuna görə birinci xalça “Türk komandanları”, ikinci xalça isə üzərindəki yazı ilə əlaqədar “Balama qurban” adlandırılıb.
Erməni silahlı dəstələri zamanla Azərbaycana, o cümlədən Qarabağa çox ağır zərbələr vurub, minlərlə insan qırğınların qurbanı olub, yurd-yuvaları xarabazara çevrilib. 1918-ci il qırğınlarında Azərbaycan hökumətinin dəvəti ilə köməyə gələn Qafqaz İslam Ordusu Qarabağda da faciənin qarşısının alınmasında iştirak edib. Qədirbilən şuşalılar öz xilaskarlarına dərin hörmət və ehtiramla yanaşıblar. Zəngin sənət biliklərinə malik olan Şuşa xalçaçıları öz minnətdarlığını ilmələrlə ifadə ediblər. Bu xalçalardan ikisi Milli Azərbaycan Tarixi Muzeyinin satınalma komissiyası tərəfindən əldə edilib. Xalçalar 1916-cı ilə aid fotoşəkil əsasında 1920-ci ildə hazırlanıb. Haşiyələrdən birinə ermənilərə qarşı döyüşən hərbçilərin qəhrəmanlığını vəsf edən şeir, digər haşiyəyə Qarabağın məşhur nəlbəki gülü toxunubdur. Xalçanın əsasını təşkil edən mərkəzi hissəsində insan təsvirləri salınıb. Mərkəzi hissənin ətrafındakı haşiyələrdə yazılmış mətnə əsasən təsvirdəki insanların şəxsiyyətini təyin etmək mümkündür. Bunlar: “Cənabi möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevket Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin”, “Sultan Məhəmməd Rəşadxan Xamis Həzrətləri”dir. Digər xalçada isə kiril hərfləri ilə “Balama qurban” ifadəsi yazılıbdır. Görünür onu toxuyan şuşalı ana xilaskar orduya öz balası kimi münasibət göstərib, şirin Qarabağ kəlamı ilə onları əzizləyib. Xalçalar eksklüziv olduğuna görə birinci xalça “Türk komandanları”, ikinci xalça isə üzərindəki yazı ilə əlaqədar “Balama qurban” adlandırılıb. <ref>[http://www.serqqapisi.az/index.php/humanitar/m-d-niyy-t/23881-milli-azaerbaydzan-tarikhi-muzeyindae-shusha-khalchalar-gorunur.html Şuşa xalça muzeyi]</ref>





== Həmçinin bax ==
== Həmçinin bax ==

06:51, 19 avqust 2020 tarixindəki versiya

Şuşa Xalça Muzeyi
Azərbaycan Xalça Muzeyinin Şuşa filialı
Əsası qoyulub 26 sentyabr 1985
Açılış tarixi 19 may 1987
Bağlanıb 1992
Ölkə
Yerləşir 1992-ci ilə qədər Şuşada, general Səməd bəy Mehmandarova məxsus malikanədə,
1992-ci ildən sonra Azərbaycan, Bakı
AZ 1003, Mikayıl Useynov prospekti, 28. Dənizkənarı Milli Parkda
Direktor Şirin Məlikova[1]
Muzeyə yetişmək M 1 İçərişəhər metrostansiyası
Telefon (+994 12) 497-20-57
İş rejimi Çərşənbə axşamı - Cümə 10:00 -18:00,
Şənbə-Bazar 10:00 - 20:00
İstitahət günü - Bazar ertəsi
azcarpetmuseum.az

Şuşa Xalça MuzeyiQarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən əsası qoyulan Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlamışdır.[2][3]

Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunurdu.[2]

AzərbaycanErmənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək Bərdəyə, daha sonra Bakı şəhərinə gətirilərək, Azərbaycan Xalça Muzeyinin əsas fonduna təhvil verilmişdir.[2]

Şuşada fəaliyyət göstərən 8 muzeydən yalnız Azərbaycan Xalça Muzeyi əşyalarının yarıdan çoxunu, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi isə əşyalarını qismən xilas edə bilmişdir. Xilas edilmiş eksponatlar arasında XIX-XX əsrləri əhatə edən Qarabağın ənənəvi “Şabalıd-buta”, “Malıbəyli”, “Qoca”, “Bəhmənli”, “Atlı-itli”, “Xanlıq”, “Çələbi”, “Açma-yumma” çeşniləri əsasında toxunmuş xovlu xalçalar, məişətdə geniş istifadə olunan xovsuz xalçalar və xalça məmulatları, bədii tikmə, milli geyimlər və zərgərlik nümunələri var. Hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirir.[2]

Türk komandanları və Balama qurban xalçaları

Erməni silahlı dəstələri zamanla Azərbaycana, o cümlədən Qarabağa çox ağır zərbələr vurub, minlərlə insan qırğınların qurbanı olub, yurd-yuvaları xarabazara çevrilib. 1918-ci il qırğınlarında Azərbaycan hökumətinin dəvəti ilə köməyə gələn Qafqaz İslam Ordusu Qarabağda da faciənin qarşısının alınmasında iştirak edib. Qədirbilən şuşalılar öz xilaskarlarına dərin hörmət və ehtiramla yanaşıblar. Zəngin sənət biliklərinə malik olan Şuşa xalçaçıları öz minnətdarlığını ilmələrlə ifadə ediblər. Bu xalçalardan ikisi Milli Azərbaycan Tarixi Muzeyinin satınalma komissiyası tərəfindən əldə edilib. Xalçalar 1916-cı ilə aid fotoşəkil əsasında 1920-ci ildə hazırlanıb. Haşiyələrdən birinə ermənilərə qarşı döyüşən hərbçilərin qəhrəmanlığını vəsf edən şeir, digər haşiyəyə Qarabağın məşhur nəlbəki gülü toxunubdur. Xalçanın əsasını təşkil edən mərkəzi hissəsində insan təsvirləri salınıb. Mərkəzi hissənin ətrafındakı haşiyələrdə yazılmış mətnə əsasən təsvirdəki insanların şəxsiyyətini təyin etmək mümkündür. Bunlar: “Cənabi möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevket Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin”, “Sultan Məhəmməd Rəşadxan Xamis Həzrətləri”dir. Digər xalçada isə kiril hərfləri ilə “Balama qurban” ifadəsi yazılıbdır. Görünür onu toxuyan şuşalı ana xilaskar orduya öz balası kimi münasibət göstərib, şirin Qarabağ kəlamı ilə onları əzizləyib. Xalçalar eksklüziv olduğuna görə birinci xalça “Türk komandanları”, ikinci xalça isə üzərindəki yazı ilə əlaqədar “Balama qurban” adlandırılıb. [4]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar