Adil Əliyev (geoloq): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k Alim_şablonu_qaydaya_salınır
Sətir 1: Sətir 1:
{{eyni ad-soyadlı|Adil Əliyev}}
{{eyni ad-soyadlı|Adil Əliyev}}
{{Alim
{{Alim
|Adı = Adil Əliyev
|Şəkil =
|Orijinal adı =
|Şəkil məlumat=
|Digər adları =
|Şəkil miqyası =
|Şəkil =
|Adı = Adil Əliyev
|Şəklin ölçüsü =
|Tam adı =
|Şəklin izahı =
|Digər adları =
|Piktoqram =
|Doğum tarixi =
|Doğum yeri =
|Doğum tarixi =
|Doğum yeri =
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat tarixi =
|Vəfat səbəbi =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Sayt =
|Dəfn yeri =
|IMDB =
|Vətəndaşlığı =
|Milliyyəti =
|Həyat yoldaşı =
|Uşağı =
|Atası =
|Anası =
|Elm sahəsi =
|Elmi dərəcəsi =
|Elmi adı =
|İş yeri =
|Alma-mater =
|Təhsili =
|Elmi rəhbəri =
|Tanınmış yetirmələri =
|Tanınır =
|Mühüm layihələri =
|Üzvlüyü =
|Mükafatları =
|İmzası =
|Saytı =
|Vikianbar =
}}
}}



05:05, 14 sentyabr 2020 tarixindəki versiya

Adil Əliyev
Doğum tarixi 7 sentyabr 1930(1930-09-07) (93 yaş)
Doğum yeri
Elm sahəsi geologiya
Mükafatları "Şöhrət" ordeni
Azərbaycan Respublikasının Dövlət Mükafatı Azərbaycan Respublikasının əməkdar elm xadimi

Adil Əliyev — professor, AMEA Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri.

Həyatı

Adil Əliyev Azərbaycan Dövlət Universitetini və aspiranturanı bitirdikdən sonra Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda əmək fəaliyyətinə kiçik elmi işçi vəzifəsində başlayıb və hazırda institutun iri bölmələrindən biri olan palçıq vulkanizmi şöbəsinin rəhbəri vəzifəsində yorulmadan çalışır.

Gənc illərindən başlamış neft geologiyasına və geokimyasına bağlılıq onu elmi rəhbəri akademik Ş.F.Mehdiyevlə birlikdə beynəlxalq geoloji konqresin Dehli sessiyasında məruzə ilə çıxış etməyə zəmin yaratmışdı. Sonrakı müvəffəqiyyət növbəti beynəlxalq geoloji konqresin Moskva sessiyasında qeydə alındı. Onun yorulmaz əməyi və elmə məhəbbəti digər beynəlxalq forumlarda - xüsusilə Almaniyada, Macarıstanda, Türkiyədə, Fransada, ABŞ-da alimə dünya şöhrəti qazandırdı. Alimin Suriya neft kompaniyasında uzun illər baş mühəndis-geokimyaçı, elmi məsləhətçi vəzifəsini yerinə yetirməsi, çoxsaylı xarici neft şirkətləri - "Britiş-petroleum", "Statoyl", "Geokimqrup", "Amoks", "Ekson", AMOR konsorsiumu və s. ilə səmərəli əməkdaşlığı deyilənlərin bariz sübutudur.

Adil Əliyevin Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan və digər ölkələrin ETİ-ləri ilə müştərək elmi işlərin çözülməsində xüsusi rolu var. O, 300-dən çox elmi məqalənin, 10 monoqrafiyanın şəriksiz müəllifidir. Nailiyyətlər sırasında "Müqəddəs odlar ölkəsi" sərgisinin London muzeyində təşkil edilməsi, Azərbaycanın neft geologiyası sahəsində qazandığı nailiyyətlər barədə xarici ölkələrdə professorun oxuduğu mühazirələr xüsusi yer tutur. Alimin təşəbbüsü və elmi məsləhəti ilə 2 seriyalı "Azərbaycanın palçıq vulkanları" rəngli filminin, həmçinin "Vulkanla üz-üzə" lentinin dəfələrlə televiziya ekranlarında nümayış etdirilməsi alimə dünya şöhrəti qazandırmışdır. Adil Əliyev dərin neft yataqlarının geologiyası və geokimyası problemləri, xüsusilə palçıq vulkanizmi ilə 40 ildən ziyadə vaxtda məşğuldur.

Adil Əliyevin elmi nailiyyətləri sırasında palçıq vulkanlarının püskürməsi ilə regionun seysmikliyi arasında əlaqə xüsusi yer tutur. Məlum olduğu kimi, yeraltı təkanlar və palçıq vulkanlarının püskürmə paroksizmi genetik əlaqəlidir, yəni güclü zəlzələlər palçıq vulkanlarını püskürməyə "vadar" edir. Alimin təbirincə, müvafiq məlumatlar əsasında uzunmüddətli zəlzələ proqnozunun hazırlanması heç də təfəkkürdən kənar deyildir. Faktlara müraciət edək: 2001-ci ilin seysmik aktivliyi həmin il 10-dan artıq palçıq vulkanının püskürməsinə səbəb olmuşdur. Müşahidələr göstərir ki, zəlzələ baş verməmişdən qabaq vulkanların püskürmə məhsulları - su, qaz və brekçiyanın tərkibi dəyişikliyə uğrayır. Maraqlıdır ki, bu dəyişiklik vulkan püskürməsindən xeyli vaxt əvvəl başlayır. Deməli, palçıq vulkanı məhsullarında baş verən dəyişikliklər müəyyən mənada zəlzələ bəşarətçiləri (qabaqcadan xəbər verənləri) rolunu oynayır. Yeri gəlmişkən qeyd edək ki, palçıq vulkanı təzahürlərində baş verən fəallaşma - çıxarılan suyun, qazın, lilin miqdarının çoxalması və tərkibinin dəyişməsi - öz növbəsində zəlzələ bəşarətçisidir və zəlzələlərin yaxın vaxtda baş verəcəyini əvvəlcədən xəbər verir.

Adil Əliyev həmçinin əməkdar elm xadimidir. Onun rəhbərliyi altında palçıq vulkanlarının tədqiqinə kosmik şəkillərin, yüksəklik aerofotomateriallarının deşifrə olunması da daxil edilmişdir. Bu işlərin məntiqi nəticəsi olaraq yeni palçıq vulkanları (Çıraqlı), palçıq vulkanı təzahürləri və quylanmış palçıq vulkanları aşkar edilmişdir və onların müxtəlif qırılma stukturları üzərində təmərküzləşməsi müəyyənləşdirilmişdir. Ən vacib nailiyyət ondan ibarətdir ki, GPS vasitəsilə bütün palçıq vulkanlarının koordinatı dəqiqləşdirilmişdir. Nəticə olaraq qeyd edilməlidir ki, Adil Əliyevin rəhbərliyi və aktiv iştirakı ilə Yer kürəsinin palçıq vulkanları xəritəsi (izahat vərəqi ilə) hazırlanmaqdadır. Bu mötəbər əməlin tamamlanması Adil Əliyevin dünya palçıq vulkanları probleminə ləyaqətli töhfəsi olacaq. Şərh olunanlar tam qətiyyətlə göstərir ki, alimin elmi nailyyətləri bütün dünyada palçıq vulkanları probleminə ləyaqətli elmi töhfədir.

Professor Adil Əliyevin elmi nailiyyətləri tükənməzdir. Buna baxmayaraq onun ən vacib və nəcib arzusu "Azərbaycan palçıq vulkanları" atlasının yeni variantını yaratmaqdır. Məlum olduğu kimi, ilk atlas 1971-ci ildə akademik Yaqubov Ə.Ə. akademik Əlizadə Ə.Ə. və g.m.e.d Zeynalov M.M. tərəfindən tərtib olunmuş və Leypsiqdə (Almaniya) nəfis şəkildə çap edilmişdir. O vaxtdan keçən 40 il ərzində xeyli yeni material toplanmışdır. Adil Əliyevin rəhbərliyi altında Azərbaycanın 1:500000 miqyaslı (geodinamik təməldə, GPS vasitəsilə təyin olunmuş koordinatlar əsasında, yeni morfoloji təsnifat zəminində) palçıq vulkanları xəritəsi tərtib edilmişdir. Şərh olunanlar göstərir ki, alim öz niyyətinə və arzusuna çatmaq üçün yenə də yorulmadan çalışır.

Filmoqrafiya

  1. Vulkanla üz-üzə (film, 2001)

Mənbə