Bəhram Məmmədli: Redaktələr arasındakı fərq
k Alim_şablonu_qaydaya_salınır |
|||
Sətir 1: | Sətir 1: | ||
{{Alim |
{{Alim |
||
|Adı = Bəhram Məmmədli |
|||
|Orijinal adı = Bəhram İdris oğlu Məmmədli |
|||
|Digər adları = |
|||
|Şəkil = Bəhram Məmmədli.jpg |
|||
|Şəklin ölçüsü = |
|||
|Şəklin izahı = |
|||
|Piktoqram = |
|||
|Doğum tarixi = 5.1.1946 |
|||
|Doğum yeri = [[Böyük Pirəhmədli]], [[Füzuli rayonu]] |
|||
|Vəfat tarixi = 2.12.2019 |
|||
|Vəfat yeri = [[Bakı]] |
|||
|Vəfat səbəbi = |
|||
|Dəfn yeri = |
|||
|Vətəndaşlığı = |
|||
|Milliyyəti = |
|||
|Həyat yoldaşı = |
|||
|Uşağı = |
|||
|Atası = |
|||
⚫ | |||
|Anası = |
|||
|Elm sahəsi = |
|||
|Elmi dərəcəsi = |
|||
|Elmi adı = |
|||
|İş yeri = |
|||
|Alma-mater = |
|||
|Təhsili = |
|||
|Elmi rəhbəri = |
|||
⚫ | |||
|Tanınır = |
|||
|Mühüm layihələri = |
|||
|Üzvlüyü = |
|||
|Mükafatları = |
|||
|İmzası = |
|||
|Saytı = |
|||
|Vikianbar = |
|||
}} |
}} |
||
'''Bəhram İdris oğlu Məmmədli''' ([[5 yanvar]] [[1946]] - [[2 dekabr]] [[2019]]) — Əməkdar müəllim, tarixçi alim, [[Sumqayıt Dövlət Universiteti]]nin dosenti. |
'''Bəhram İdris oğlu Məmmədli''' ([[5 yanvar]] [[1946]] - [[2 dekabr]] [[2019]]) — Əməkdar müəllim, tarixçi alim, [[Sumqayıt Dövlət Universiteti]]nin dosenti. |
15:11, 14 sentyabr 2020 tarixindəki versiya
Bəhram Məmmədli | |
---|---|
Doğum tarixi | 5 yanvar 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 2019 (73 yaşında) |
Vəfat yeri |
Bəhram İdris oğlu Məmmədli (5 yanvar 1946 - 2 dekabr 2019) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti.
Həyatı
Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində qulluqçu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi.
Təhsili və karyerası
1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş, 1966- cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin müdiri işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.[1]
Əsərləri
- Urmiya xanlığı, Təbriz, "Nəbati", 2017, Ənvər Çingizoğlu ilə birlikdə;
- Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında, Sumqayıt, SDU-nin nəşriyyatı, 2013, Ənvər Çingizoğlu ilə birlikdə;
- XVIII-XIX əsr Azərbaycan tarixi farsdilli mənbələrdə, Bakı, Zərdabi LTD, 2018,Ənvər Çingizoğlu ilə birlikdə;
- Azərbaycandan bəhs edən orta əsr tarixçiləri, Bakı, Zərdabi LTD, 2019,Ənvər Çingizoğlu ilə birlikdə;
Müəllifi olduğu dərsliklər, vəsaitlər, proqramlar
- Xanlıqlar, sultanlıqlar və Rusiyanın müstəmləkiçiliyi dövründə Azərbaycanda aqrar münasibətlər, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2006, (Magistr hazırlığı üçün proqram)
- "Kitabi Dədə Qorqud" və tarix, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Magistr hazırlığı üçün proqram)
- Muzey işinin əsasları, Sumqayıt: "SDU-nun nəşriyyatı", 2009, (Bakalavr pilləsi üçün proqram)
- Urmiya xanlığı, Bakı, "Mütərcim", 2011, (metodik vəsait),Ənvər Çingizoğlu ilə birlikdə;
Tərtib etdiyi kitablar
- Qarabağ 1918-1920-ci illərdə. Sumqayıt: "SDU-nun nəşriyyatı", 2010, (tərtibçi), Ənvər Çingizoğlu ilə birlikdə;
Məqalələri, tezisləri
- Azərbaycan kəndlilərinin maddi vəziyyətinin yaxşılaşdırılması (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1977, №2, s. 22-31;
- Azərbaycan kəndlilərinin mədəni-texniki səviyyəsinin yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1980, №4, s. 3-12;
- Azərbaycan kəndlilərinin ictimai təsərrüfatının yüksəldilməsi (1933-1937-ci illər), Azərbaycan EA-nın xəbərləri, Tarix-fəlsəfə-hüquq seriyası, Bakı, 1982, №4, s. 71-77;
- "Dədə Qorqud" dastanlarında vətən sevgisi, Dədə Qorqud- 1300, Respublika Elmi-Praktik konfransının materialları, Naxçıvan universiteti 2000, s.78-80;
- Qarabağ qalalarının tarixinə dair, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.417-419;
- "Azərbaycan Evliya Çələbinin 1654-cü il "Səyahətnamə"sində, Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №1, s.414-415;
- Rəşid bəy İsmayılovun "Azərbaycan tarixi" əsərində XIX əsr tarixinin bəzi məsələləri,Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №4, s.475-477;
- Rusiyanın müstəmləkəçilik siyasətində erməni amili (XVIII-XIX əsrlər), Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2004, №4, s.477-479;
- Şəmkir şəhərinin tarixinə dair,Pedoqoji Universitet xəbərləri, Humanitar elmlər seriyası, Bakı, ADPU nəşriyyatı, 2006, №1, s.297-300;
- Şəmkir tarixinin səhifələri, SDU-nun elmi xəbərləri, Humanitar elmlər seriyası, SDU-nun nəşriyyatı, 2005, №1, s.35-37,
- Məşrutə hərəkatı İran tarixşünaslığında, Pedoqoji Universitet Xəbərləri, Bakı, 2014,№1, səh.169-174. Ənvər Çingizoğlu ilə birlikdə;
Həmçinin bax
İstinadlar
- ↑ "SDU-nun dosenti Bəhram Məmmədli vəfat etdi" (Azərbaycan). sumqayitxeber.com/. 3 dekabr 2019. 5 dekabr 2019 tarixində arxivləşdirilib.