Anar Umarov: Redaktələr arasındakı fərq
vikiləşdirmə |
Redaktənin izahı yoxdur |
||
Sətir 42: | Sətir 42: | ||
== Hərbi xidməti == |
== Hərbi xidməti == |
||
[[Şəkil:Anar Umarov.jpg|180px|thumb|left| |
[[Şəkil:Anar Umarov.jpg|180px|thumb|left|Anar Umarov]] |
||
Hərbi xidmətini Artilleriya qüvvələrinin "065"saylı hərbi hissəsinin Artilleriya Bölüyündə keçirib. Hərbi xidmətini 2011-ci ilin yanvar ayında başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra, 2014-ci ilin avqust ayında MAXE kimi xidmətə davam etmişdir. Yenidən 2019-cu ildə 701 saylı hərbi hissədə Kiçik Çavuş vəzifəsində xidmətə davam etmişdir. |
Hərbi xidmətini Artilleriya qüvvələrinin "065"saylı hərbi hissəsinin Artilleriya Bölüyündə keçirib. Hərbi xidmətini 2011-ci ilin yanvar ayında başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra, 2014-ci ilin avqust ayında MAXE kimi xidmətə davam etmişdir. Yenidən 2019-cu ildə 701 saylı hərbi hissədə Kiçik Çavuş vəzifəsində xidmətə davam etmişdir. |
||
[[Azərbaycan Ordusu]]nun Kiçik Çavuşu olan Anar Umarov 2020-ci il sentyabrın 27-də [[Azərbaycan Silahlı Qüvvələri]] tərəfindən [[Ermənistan]] işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan [[Vətən müharibəsi]]ndə iştirak edir. Öz istəyi ilə könüllü olaraq kəşfiyyat bölüyünə keçir.[[Ağdərə]] , [[Cəbrayıl]], [[Laçın]] istiqamatində gedən döyüşlərdə, qəhrəmancasına döyüşüb. 30 oktyabr Kəlbəcər Murovdağında baş verən döyüşlərdə şəhid olur. 2 noyabrda Şəhidlər Xiyabanında dəfn edilir. |
[[Azərbaycan Ordusu]]nun Kiçik Çavuşu olan Anar Umarov 2020-ci il sentyabrın 27-də [[Azərbaycan Silahlı Qüvvələri]] tərəfindən [[Ermənistan]] işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan [[Vətən müharibəsi]]ndə iştirak edir. Öz istəyi ilə könüllü olaraq kəşfiyyat bölüyünə keçir.[[Ağdərə]] , [[Cəbrayıl]], [[Laçın]] istiqamatində gedən döyüşlərdə, qəhrəmancasına döyüşüb. 30 oktyabr Kəlbəcər Murovdağında baş verən döyüşlərdə şəhid olur. 2 noyabrda Şəhidlər Xiyabanında dəfn edilir. |
10:39, 6 yanvar 2021 tarixindəki versiya
Anar Umarov | |
---|---|
Fayl:ANAR UMAROV.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yevlax, Azərbaycan |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Murovdağ,Kəlbəcər, Azərbaycan |
Dəfn yeri | Yevlax Şəhidlər xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014-2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər | Vətən müharibəsi |
Təltifləri |
Anar Umarov (tam adı: Anar Məhəmməd oğlu Umarov ; 12 may 1991; Yevlax, Azərbaycan — 2 noyabr 2020; Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsinin şəhidi.[1]
Həyatı
Anar Umarov 1991-ci il mayın 12 – də Yevlax şəhərində anadan olub. 1998-ci ildə Yevlax şəhər Ş.Qurbanov adına 8 saylı tam orta məktəbinə daxil olmuşdur. 2009-cu ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Futbol ilə məşğul olmağı sevirdi. Məktəb vaxtı 3 il profesional şəkildə futbol ilə məşğul olub. Bir çox futbol yarışlarında iştirak edib. Azərbaycan futbolçuları ilə görüşlərdə də fəal iştirak edib.
Hərbi xidməti
Hərbi xidmətini Artilleriya qüvvələrinin "065"saylı hərbi hissəsinin Artilleriya Bölüyündə keçirib. Hərbi xidmətini 2011-ci ilin yanvar ayında başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra, 2014-ci ilin avqust ayında MAXE kimi xidmətə davam etmişdir. Yenidən 2019-cu ildə 701 saylı hərbi hissədə Kiçik Çavuş vəzifəsində xidmətə davam etmişdir. Azərbaycan Ordusunun Kiçik Çavuşu olan Anar Umarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edir. Öz istəyi ilə könüllü olaraq kəşfiyyat bölüyünə keçir.Ağdərə , Cəbrayıl, Laçın istiqamatində gedən döyüşlərdə, qəhrəmancasına döyüşüb. 30 oktyabr Kəlbəcər Murovdağında baş verən döyüşlərdə şəhid olur. 2 noyabrda Şəhidlər Xiyabanında dəfn edilir. Ailəsinə yazdığı son mesaj: "Salam, salamatçılıqdı set yoxdu danışa bilmirəm məni soruçanlar olsada mama de ki, salamatdı Allah qoysa salamat gəlim mama əht eləmişəm sənin ayaqlarınnan öpəcəm. Ataya da salam de." Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Umarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şəhid Anar Umarov üçün yazılmış şeir:[2]
Qarabağ torpağı sənə güvəndi,
Qanın düşən yerə nur səpələndi.
Dünən torpaq idi, bu gün vətəndi,
Qanınla sulandı Murov, Anarım,
Ey şəhid Anarım, şəhid Anarım.
Atan Məhəmmədə qanad olmusan,
Anana, bacına həyat olmusan.
Murov qartalı tək ad qazanmısan,
Elində, obanda, igid Anarım,
Ey şəhid Anarım, şəhid Anarım.
Dostların unutmur məgrur səsini,
Qaniçən düşmənlər aldı dərsini.
Vətənin yolunda son nəfəsini,
Verdin cəsarətlə, igid Anarım,
Ey şəhid Anarım, şəhid Anarım.
Sən oldun zirvədə əvədi bayraq,
Sən doğma yurdumda sönməyən ocaq.
Sən nəslin qüruru, şərəfi, qoçaq,
Yenilməz şahinim, igid Anarım,
Ey şəhid Anarım, şəhid Anarım.
Ömür yolun çoxlarına örnəkdi,
Sənin tək igidlər yurda bəzəkdi.
Şəhidlik Allahdan gələn nemətdi,
Tarixə yazıldı adın, Anarım,
Ey şəhid Anarım, şəhid Anarım.
Dağları bürüyüb çən, duman, qırov,
Sənin izin qalan o qanlı Murov.
Cənab çavuş, igid Anar Umarov,
Qaldı ürəklərdə xatirələrin,
Yaddan çıxmayacaq şirin sözlərin.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[3]
İstinadlar
- 12 mayda doğulanlar
- 1991-ci ildə doğulanlar
- 29 yaşında vəfat edənlər
- 2 noyabrda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşları
- "Vətən uğrunda" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Yevlax rayonunda doğulanlar
- Yevlax Şəhidlər Xiyabanında dəfn olunanlar