Yevlax


YevlaxAzərbaycanda şəhər. 1939-cu ildə rayon tabeli şəhər statusu almışdır.[4] 6 yanvar 1965-ci ildən respublika tabeli şəhərdir. 2019-cu ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Yevlax rayonunun əhalisi 128,700 nəfərdir.[5] Onun 69,798 nəfəri şəhər əhalisidir.[6]

Respublika tabeli şəhər
Yevlax
Gerb
Gerb
40°37′02″ şm. e. 47°09′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Yevlax
İcra başçısı Anar Tağıyev
Tarixi və coğrafiyası
İlk məlumat XII əsr
Yaşayış məntəqəsi statuslu 1939
Sahəsi 1,47 km²
Mərkəzin hündürlüyü 17±1 m
İqlimi subtropik
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 71,962 min[1] nəfər (2023)
Milli tərkibi azərbaycanlılar
Etnoxronim yevlaxlı
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 2233[2]
Poçt indeksi AZ 6600
Nəqliyyat kodu 66[3]
Digər
yevlax-ih.gov.az  (az.)
Yevlax xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir. Rayon 1 şəhər, 3 qəsəbə və 46 kənddən ibarətdir.

Yevlax sözü Əski türkcədə bataqlıq və ya nohur deməkdir.[7]

"Yevlax" əvvəllər ərazi adı olmuşdur. Toponim ilk dəfə XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun "Əhsən ət-təvarix" əsərində xatırlanır. Azərbaycanı Osmanlılar tutduqdan sonra 1593-cü ildə tərtib olunmuş maliyyə dəftərində Yevlax Gəncə vilayətinin tərkibində olan və Kürqırağı obaları əhatə edən sancaqlıq kimi qeyd edilir. Mənbələrdə ərəb əlifbası yazılmış bu sözü "Yonlaq" və "Yəvlaq" kimi müxtəlif şəkildə oxumaq mümkündür. Yevlax toponimi haqqında müxtəlif fikirlər mövcuddur. Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin yazdığına görə, ("Qan içində" romanı) bu ərazi Ovlaq adlanırdı. Bəzi tədqiqatçılar bu izahı qəbul edərək toponimi "ovlaq" sözünün təhrif forması kimi qəbul edirlər. Bir mülahizəyə görə, toponimin əsasında yava (qədim türk dillərində "isti", digər mülahizəyə görə isə, yaba/yava (boş, tənha, isti) sözü durur və məkan, yer bildirən – laq (müqayisə et; yaylaq, qışlaq, sözlərindəki – laq) şəkilçisi qəbul edərək "isti yer, boş, kimsəsiz yer" mənasındadır.[8]

XIX əsrin 80-ci illərində Bakı-Tiflis dəmiryolunun çəkilməsilə əlaqədar olaraq stansiya kimi salınan və uzun müddət əhali tərəfindən "Vağzal" kimi tanınan Yevlax XIX əsrin sonu XX əsrin əvvələrinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır.

Azərbaycan SSR MİR-nin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir.

1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir.

1962-ci il dekabrın 26-da çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır. Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumundan sonra ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Yevlaxda 70-ci illərdən başlayaraq bir-birinin ardınca yeni, iri sənaye obyektləri tikilmiş və Yevlax tədricən sənaye şəhərinə çevrilmişdir. Ötən əsrin 70–80-ci illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir beton məmulatları, Çörək, Traktor təmiri, Pivə və spirtsiz içkilər zavodu, "Qarabağ" istehsalat, Taxıl məhsulları, sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisəsi, rayonlararası təchizat bazaları və.s fəaliyyət göstərmişdir. Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryolu xətti çəkilmiş, Yevlax hava limanı, respublikamızdan kənarda da şöhrət qazanmış Xaldan kənd Kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 şagird yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.1978-ci ildə istifadəyə verilən Zaqafqaziyada ən iri sənaye müəssisəsi olan Yevlax Yunun ilkin emalı fabrikinin işə düşməsi sayəsində Yevlax şəhəri sənaye məhsullarının istehsal həcminə görə o dövrdə respublikasının 3 ən iri sənaye şəhərindən birinə çevrilmişdir. Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. Ərazidən Kür çayı, Əlican, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir su anbarının cənub şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir. Ərazi boz-çəmən, çəmən-boz, allüvial çəmən, şabalıdı, şorakətvarı boz-qonur, əksər hallarda isə qoran torpaqlardır. Bitki örtüyü əsasən yarımsəhra tiplidir. Kserofit seyrək meşələr, Tuqay meşə, düzən gölməçəlik və subasar çəmən, o cümlədən səhra bitkiləri yayılmışdır. Meşə fondu 4450 hektardır. Heyvanları: canavar, tülkü, boz dovşan, çöl donuzu, kirpi, porsuq, çaqqal , quşları: turac, kəklik, sığırçın, bayquş, kol xoruzu, ağacdələn, sarıköynək və sairdir. Yevlax, eyni zamanda, nəqliyyat qovşağı şəhəridir. Respublika əhəmiyyətli Bakı-Tbilisi dəmir yolu, Bakı-Qazax avtomobil yolu, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Qazax-Ağstafa, Bakı-Ərzurum qaz kəmərləri də Yevlaxdan keçir. Son illər çəkilişinə başlanılmış Bakı-Tbilisi-Qaz dəmir yolu xəttinin də buradan keçməsi Yevlax üçün əhəmiyyətli perspektiv vəd edir. Yevlax rayonunun ümumi ərazisi 1465.4 kv metrdir. Əhalinin ümumi sayı 127,899 nəfərdir. Yevlax şəhərində 69156 nəfər, kəndlərində(Aran qəsəbəsi də daxil olmaqla) 58743 nəfər əhali yaşayır. Yevlaxda bir şəhər,3 qəsəbə və 46 kənd vardır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Heydər Əliyev Mərkəzi inşa edilmiş və Ulu Öndərin abidəsi ucaldılmışdır, Ümummilli Liderin adını daşıyan xiyaban salınmış, Rayonun Xaldan kəndində Heydər Parkı salınmış, Ulu Öndərin büstü qoyulmuşdur;

Gənclər evi, 180 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası, Bayraq meydanı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ümumilikdə 117 mənzilli 5 yaşayış binası, və 20 ədəd fərdi yaşayış evləri, 25 çarpayılıq Regional Vərəm Dispanseri, 25 yerlik Uşaq Xəstəxanası, Əlillərin Reabilitasiya Mərkəzi, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhdud Fiziki İmkanlı İnsanlar üçün Regional İnformasiya Mərkəzi, Elektron Kitabxana, Məcburi köçkünlər üçün 615 mənzildən ibarət 10 ədəd yaşayış binası və 440 şagird yerlik məktəb binası XDMX regional şöbəsinin şəxsi heyəti üçün yaşayış binası, Tarix-Diyarşünaslıq Muzeyi,17500 kvadratmetr sahəyə malik olan Avtovağzal Kompleksi[9], Hava Limanı, YAP rayon təşkilatı və regional televiziya, İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Bölməsinin Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, Yevlax Bələdiyyəsinin, Şəhər Təhsil Şöbəsinin, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əmək və Məşğulluq Mərkəzinin, Maliyyə İdarəsinin, Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzinin, Beynəlxalq Bank ASC-nin Yevlax filialının Ata Bank ASC-nin Yevlax filialının, Bank Respublika ASC-nin Yevlax filialının, Şahmat Məktəbinin və Rayon Kənd Təsərrüfatı İdarəsinin 11 saylı Vergilər departamentinin, Avtovağzalın inzibati binaları, həkim məntəqələri, poçt binaları, park və bulvarlar tikilmiş, 6000 yerlik şəhər stadionu, Xalq teatrı binası tikilmiş, Kür çayı sahilində "Bulvar" salınmış , kəndlərdə 32 ədəd modul tipli su təmizləyici qurğu quraşdırılmışdır. Tikiş və mebel fabrikləri, dəri və toxum emalı, konserv, kərpic, asfalt və beton istehsalı müəssisələri yaradılmışdır. Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında yenidənqurma və əsaslı təmir işləri başa çatmışdır. Varvara su-elektrik stansiyası və Varvara balıqartırma və yetişdirmə zavodu yenidən qurulmuş, gücləri artırılmışdır. 2004–2019-cu ilin 9 ayı ərzində şəhərdə və kəndlərdə içməli su əldə etmək məqsədilə 42 ədəd, kəndlərdə əkin sahələrinin suvarılması məqsədilə 37 ədəd artezian və subartezian quyuları qazılmışdır. Kür çayı üzərində 1 ədəd, Yuxarı Qarabağ kanalı üzərində 2 ədəd, Baş Mil-Qarabağ kollektoru üzərində 3 ədəd, İncə çayı üzərində 1 ədəd, Korçay üzərində 1 ədəd, Yevlax-Bərdə dəmiryolu üzərində 1 ədəd, Bakı-Ələt-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun üzərində 2 ədəd cəmi 11 ədəd körpü tikilmişdir. Xaldan kəndində xəstəxana binası dəmir yol vağzalı əsaslı təmir olunmuşdur; 2019-cu ilin noyabr ayında Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Layihə "Azərsu" ASC tərəfindən yerinə yetiriləcək.[10]

2019-cu ilin sonlarından rayonda abadlıq-quruculuq işlərinə yenidən start verilmişdir.

Yevlax şəhərində 2 teatr var. Onlardan biri Kukla Xalq Teatrı, digəri Bəşir Səfəroğlu adına Xalq Teatrıdır.[11]

Karvan futbol klubu 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmişdir. Klub üçün 5000 yerlik stadion, həmçinin ehtiyat meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və lazımi infrastrukturla təchiz olunmuşdur.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • ASE, V cild, Bakı, 1981, səh. 98–99
  1. "İcra hakimiyyəti". 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-01.
  2. "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi". 2018-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
  3. "Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi". 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-15.
  4. Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 8
  5. "Yevlax haqqında". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
  6. "Yevlax rayon icra hakimiyyəti". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-14.
  7. Поспелов Е. М. Евлах // Географические названия мира : Топонимический словарь : Ок. 5000 единиц (2-е изд., стереотип). М.: Русские словари, Астрель, АСТ. Отв. ред. P. A. Агеева. 2002. ISBN 5-93259-014-9, 5-271-00446-5, 5-17-001389-2.
  8. Toponimin dəqiq mənası müəyyən edilməmişdir. Azərbaycan toponimləri. Ensiklopedik lüğət. "Azərbaycan Ensiklopediyası", 2000, 588 s.
  9. "Persident.az". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-15.
  10. "Yevlaxın su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
  11. Teatr 37 yaşını qeyd edir [ölü keçid]