Əmiraslan xan Xoyski: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{eyni təxəllüs|Xoyski}}
{{eyni təxəllüs|Xoyski}}
{{Dövlət xadimi
{{Dövlət xadimi
|adı = ƏMİRASLAN XAN XOYSKİ
|orijinal adı = Əmir xan Cahangir xan oğlu Xoyski
|orijinal adı = Əmir xan Cahangir xan oğlu Xoyski
|şəkil = Əmiraslan_Xoyski.jpg
|şəkil = Əmiraslan_Xoyski.jpg
Sətir 9: Sətir 8:
|dövr əvvəl = 2 avqust [[1918]]
|dövr əvvəl = 2 avqust [[1918]]
|dövr son = 19 aprel [[1919]]
|dövr son = 19 aprel [[1919]]
|doğum tarixi = 1888
|doğum yeri = [[Gəncə]], [[Yelizavetpol qəzası]], [[Yelizavetpol quberniyası]], [[Qafqaz canişinliyi]], [[Rusiya imperiyası]]
|vəfat tarixi = 1954
|vəfat yeri = [[Ankara]], [[Türkiyə]]
|vəfat yeri = [[Ankara]], [[Türkiyə]]
|uşağı = [[Arif Nərimanbəyov]]
|titul_2 = [[Gəncə qəzası]]nın rəisi
|titul_2 = [[Gəncə qəzası]]nın rəisi
|bayraq_2 = Coat of arms of Azerbaijan.svg
|bayraq_2 = Coat of arms of Azerbaijan.svg
Sətir 26: Sətir 21:
|vikianbar =
|vikianbar =
}}
}}
'''Xoyski Əmir xan Cahangir xan oğlu''' ({{DVTY}}) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə [[Qazax qəzası]]nın qubernatoru təyin edilib.<ref>{{cite book|first=İltifat |last=Şahsevən |authorlink= |title=İSTİQLAL FƏDAİLƏRİ –AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ VƏ SİLAHDAŞLARI (1918-1920) |year=2013 |location=Bakı |publisher=Mütərcim |url= |ref=harv}}</ref>
'''Əmir xan Cahangir xan oğlu Xoyski''' ({{DVTY}}) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə [[Qazax qəzası]]nın qubernatoru təyin edilib.<ref>{{cite book|first=İltifat |last=Şahsevən |authorlink= |title=İSTİQLAL FƏDAİLƏRİ –AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ VƏ SİLAHDAŞLARI (1918-1920) |year=2013 |location=Bakı |publisher=Mütərcim |url= |ref=harv}}</ref>


== Həyatı ==
== Həyatı ==
Sətir 46: Sətir 41:
[[Kateqoriya:Xoyskilər]]
[[Kateqoriya:Xoyskilər]]
[[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin qəza rəisləri]]
[[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin qəza rəisləri]]
[[Kateqoriya:Gəncədə doğulanlar]]
[[Kateqoriya:Ankarada vəfat edənlər]]
[[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin general-qubernatorları]]
[[Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin general-qubernatorları]]

12:56, 26 iyul 2021 tarixindəki versiya

Əmiraslan xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski
Şəxsi məlumatlar
Doğum tarixi 1888
Doğum yeri
Vəfat tarixi 1954
Vəfat yeri Ankara, Türkiyə
Uşağı

Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib.[1]

Həyatı

Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakultəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M.S.Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi. 11-ci ordunun Bakını 1920-ci ilin 27 aprel işğalı ərəfəsində Ə. Xoyski Quba qəzasının rəisi vəzifəsində idi. Ə. Xoyski sovet hakimiyyətinə qarşı 1920-ci il mayın 24 — iyunun 4-də Gəncədə baş vermiş üsyanda fəal iştirak etmişdi.[2]

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün Türkiyəyə qaçmışdı.

Sovet quruluşu dövründə, ömür boyu Azərbaycana qayıtmaq həsrəti ilə yaşayan, lakin bu imkandan məhrum olan Əmir xan Xoyski 1954-cü ildə Ankarada vəfat etmişdir.

Ailəsi

Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı. O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin qaçmasından bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar. Bu zavallılar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular.

Mənbə

  • Azərbaycan Xalq Cümhuriyyəti, II cild, Bakı,2005

İstinadlar

  1. Şahsevən, İltifat. İSTİQLAL FƏDAİLƏRİ –AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ VƏ SİLAHDAŞLARI (1918-1920). Bakı: Mütərcim. 2013.
  2. Gəncə üsyanının 90 illiyi