Bu soyun ulu babası Cəfərqulu xan Dünbilidir. Cəfərqulu xan Əhməd xan oğlu Dünbili (?-1814) Fətəli şah Qacara üsyan qaldıraraq Rusiya imperiyasına üz tutdu. O, imperator I Aleksandr tərəfindən bahalı brilyantla bəzədilmiş qızıl metal və qızıl lələklə təltif edilmiş, 1807-ci ildə general-leytenant rütbəsi ilə təltif edilərək, həm də Şəki xanı təyin edilmişdi. 1810-cu ildə Cəfərqulu xanın vəfatından sonra Şəki xanlığını onun oğlu İsmayıl xan idarə etmişdi. Şəki xanlığı 1819-cu ildə ləğv edilmişdi. Dünbili tayfasından olmasına baxmayaraq övladları Xoyski soyadını qəbul etdilər. Digər oğlu Əbuturab (Əbra) xanın törəmələri isə Əbraxanov soyadını daşıdılar.
Cəfərqulu xan Dünbili — Xoy xanı, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski familiyasını daşımış ilk şəxslərdən biri.
Cahangir xan Xoyski, (1849–1920) — Xoyiski, Sankt-Peterburq Universitetinin hüquq fakultəsini bitirib. Titulyar müşavir. Nuxa məhkəməsində hüquq məsləhətçi, tərcüməçi vəzifəsində işləyib. 1907–1909-cu illərdə Gəncə şəhər Upravasında hüquq borosunda hüquq məsləhətçisi, 1908–1909-cu illərdə Gəncə şəhər Dumasının deputatı seçilmişdir. Cahangir xanın həyat yoldaşı Səltənətbəyim xanım olmuşdur. Onların dörd evladı varı: Əmiraslan xan (1885–1952), Sarabəyim xanım (1888–1942), Sehranbəyim xanım (1892–1964Ə), Temur xan (1895-?. Cahangir xan 1920-ci ildə Gəncədə vəfat edib.