Kamal Muxtarlı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Teq: Geri qaytarıldı
Teq: Geri qaytarıldı
Sətir 47: Sətir 47:
[[Kateqoriya:Qax rayon icra hakimiyyəti başçıları]]
[[Kateqoriya:Qax rayon icra hakimiyyəti başçıları]]
[[Kateqoriya:Azərbaycan bələdiyyələrinin üzvləri]]
[[Kateqoriya:Azərbaycan bələdiyyələrinin üzvləri]]
[[Kateqoriya:Qax Şəhər Xalq Deputatları Sovetinin üzvləri]]
[[Kateqoriya:Qax Şəhər Xalq Deputatları Sovetinin deputatları]]

21:23, 9 yanvar 2022 tarixindəki versiya

Kamal Muxtarlı
Şəxsi məlumatlar
Doğum tarixi 3 oktyabr 1958(1958-10-03)
Doğum yeri
Vəfat tarixi 27 dekabr 2020(2020-12-27) (62 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Kamal Camal oğlu Muxtarlı (3 oktyabr 1958, Qax27 dekabr 2020) — Qax Rayon İcra Hakimiyyətinin başçısı, Qax Şəhər Bələdiyyəsinin üzvü, Qax Şəhər Xalq Deputatları Sovetinin üzvü və sədri.

Həyatı

Kamal Muxtarlı 3 oktyabr 1958-ci ildə Qax şəhərində anadan olmuşdur.1975-ci ildə Qax şəhər 1 saylı orta məktəbi, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1975–1978 ci illərdə Qax konserv zavodunda fəhlə işləmişdir. 1978–1980 cı illərdə ordu sıralarında xidmət etmişdir. 1980–1987-ci illərdə Qax Tarix-Diyarşunaslıq Muzeyində fond müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildən Qax şəhər 2 saylı orta məktəbində tarix müəllimi, direktor müavini işləmişdir. 1993–1995-ci illərdə Turan İstehsal-Kommersiya firmasının direktoru işləmişdir. 1995-ci ilin yanvar ayından Qax Peşə Liseyinin direktoru olmuşdur.

Kamal Muxtarlı 27 dekabr 2020-ci il tarixində vəfat etmişdir. O, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir.[1]

Siyasi fəaliyyəti

Kamal Muxtarlı Azərbaycan Xalq Cəbhəsi Qax Rayon Təşkilatını sədri olmuşdur. 1991-ci ildə Qax Şəhər Xalq Deputatları Sovetinin deputatı və Qax Şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir.

Kamal Muxtarlı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 20 may 1992 tarixli 766 nömrəli fərmanı ilə Qax Rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[2] 11 noyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 nömrəli fərmanına əsasən vəzifəsindən azad edilmişdir.[3]

Kamal Muxtarlı 1998-ci ildə Müsavat Partiyasına üzv olmuş, 2000-ci ildə bəyanat verərək partiya sıralarından istefa vermişdir.

1999-cu il bələdiyyə seçkilərində Qax Şəhər Bələdiyyəsinin üzvü seçilmişdir. 1990, 2000, 2005-ci il parlament seçkilərində deputatlığa namizəd olmuşdur.

Ailəsi

Ailəli olmuşdur. 3 övladı var idi.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
  2. "Arxivlənmiş surət". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
  3. "Arxivlənmiş surət". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.

Şablon:Qax Rayon İcra Hakimiyyətinin başçıları