Padişah Xatun: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Dövlət xadimi
|adı = Padişah xatun
|orijinal adı =
|titul = Kirman hökmdarı,Səfvətüd-dünya və din
|bayraq = Flag of Ilkhanate.svg
|dövr əvvəl = [[1256]]
|dövr son = [[1295]]
|sələfi = Soyurqatmış
|xələfi = Kurducin Xatun
|vəfat tarixi = [[1295]]
|sülalə = [[Elxanilər sülaləsi]]
|həyat yoldaşı = [[Abaqa xan|Abaqa xan]], [[Keyxatu xan|Keyxatu xan]]
|uşağı =
|anası = Türkan Xatun
|vikianbar =
}}
'''Padişah Xatun''' və ya digər adı ilə '''Səfvatəddin Xatun''' ({{DVTY}})- [[Kirman Qaraxitaylar dövləti|Kirman Qaraxitaylar sülaləsi]]nin üzvü, 1292-1295-ci illərdə Kirman hökmdarı
'''Padişah Xatun''' və ya digər adı ilə '''Səfvatəddin Xatun''' ({{DVTY}})- [[Kirman Qaraxitaylar dövləti|Kirman Qaraxitaylar sülaləsi]]nin üzvü, 1292-1295-ci illərdə Kirman hökmdarı
==Həyatı==
==Həyatı==

19:46, 28 noyabr 2022 tarixindəki versiya

Padişah xatun
Şəxsi məlumatlar
Doğum tarixi 1256
Vəfat tarixi
Fəaliyyəti siyasətçi
Anası Türkan Xatun
Həyat yoldaşları Abaqa xan, Keyxatu xan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Padişah Xatun və ya digər adı ilə Səfvatəddin Xatun (12561295)- Kirman Qaraxitaylar sülaləsinin üzvü, 1292-1295-ci illərdə Kirman hökmdarı

Həyatı

Padişah Xatun XIII əsrdə Qütbəddin Məhəmmədlə Kirmanlı Qutluq Türkanın kiçik qızı olaraq dünyaya gəlmişdir. Mənbələrə görə o, atası sərhəd savaşlarında iştirak edərkən dünyay gəlmişdi. Qardaşları arasında böyüdülən Padişah Xatun təhlükəsizliyinin qorunması məqsədilə hətta yüksək təbəqədən belə gizli tutulmuşdu. Deyilənə görə onun qız olmasını belə çox az adam bilirmiş.

1256-cı ildə anası Qutluq Türkan Abaqa xanın tacqoyma mərasimində iştirak edir və beləliklə Padişah xatun Sircan bəyliyi verilir. 1272-ci ilin may ayının 22-də o Abaqa xanla evləndirilir. Evliliyin əsas məqsədi Monqol dəstəyini almaq idi. O xanın anası Yəsunəçinin yanına göndərilmişdi. Yəsunəçinin ölümündən sonra isə onun ordusunun başına keçmişdi.

Padişah Xatun anası Qutluq Türkanın hakimiyyətinin güclənməsində mühüm rol oynamış, qardaşları Müzəffərəddin Həccac və Suyurqətmişə qarşı anasını dəstəkləmişdi.

Abaqa xanın ölümündən sonra

Abaqa xanın ölümü və yerinə Abaqanın qardaşı Əhməd Təküdərin gəlməsi vəziyyətin Qutluq Türkanın əleyhinə çevrilməsinə səbəb olur. Çox keçmədən o taxtdan azad edilir. Taxtını geri qaytarmaq arzusu ilə Əhməd Təküdərlə görüşən Qutluq Xatun müsbət nəticə ala bilməyib, kədərdən vəfat edir. Qısa müddətdən sonra Əhməd Təküdərin yerinə Abaqa xanın böyük oğlu Arqun şah keçdi. Padişah Xatun bu vəziyyətdən necə istifadə edəcəyini bilir və ögey qardaşı Soyurqatmışı Əhməd Teküdərin tərəfdarı olduğu üçün mühakimə olunmasına nail olur. Lakin Arqun xanın qərarı ilə Kirman ölkəsi Padişah Xatun və Soyurqatmış tərəfindən birgə idarə edilməsi olur. Padişah Xatun bu barədə narazılığını bildirsə də onun bu hərəkəti Bukanı narahat edir. Buka onu dövlət idarəçiliyindən uzaqlaşdırmaq məqsədilə Anadoluda hakimlik edən Keyxatu xanla evləndirir. İslam qanunlarına görə bir qadının öz ögey övladı ilə evləndirilməsi günah sayılsa da, Çingiz xan qanunları ilə bu vəziyyət tamamilə normal idi.

Hakimiyyətə gəlişi

Keyxatu xanın 1291-ci ildə Elxani taxtına çıxması ilə Padişah Xatun "Səfvətüd-dünya və din" titulunu alaraq Qutluq dövlətinin yeni hökmdarı oldu. O qardaşı Soyurqatmışı vəzifədən azad etdi. Qardaşı ilə münasibətlərini düzəltməyə çalışsa da, çox keçmədən Soyurqatmış zəhərlənərək öldürüldü.

Daha sonra Soyurqatmış kürəkəni yəni, Aləm Xatunun yoldaşı Keyxatu xanı məğlub edərək Elxani taxt-tacına sahib oldu. Keyxatu xan 1295-ci ildə edam edildi. Padişah Xatunun da hakimiyyətinə son qoyuldu.

Ölümü

Onun ölümü ilə mənbələrdə yazılan məlumatlar müxtəlifdir. Əhməd Əflaki özünün "Mənakibül-i Arifin" adlı əsərində Padişah Xatunun Ərzurumda vəfat etdiyini yazırdı. Lakin onun verdiyi bu məlumat digər tarixlərlə üst-üstə düşmür. Başqa bir mənbəyə əsasən isə o 1295-ci ildə Kirman yaxınlığında, Aləm Xatunun əmri ilə edam edilmişdi. Şirin Bəyani isə bir məqaləsində onun 1295-ci ildə zindanda öldürüldüyündən bəhs etmişdir. Padişah Xatun Qübbə-i Səbzdə dəfn edilmişdir.

Mirası

Padişahın adına Venesiya səyyahı, Marko Polonun səyahət gündəliyində rast gəlinir.  Marko Polo onu “öz qardaşı Soyurqutmişi rəqib kimi öldürən iddialı və ağıllı bir qadın” kimi təsvir etmişdir. Onun adına həm gümüş, həm də qızıl sikkələr zərb edilmişdir. O, Lalə XatunHəsənşah təxəllüsü ilə çoxlu sayda şeirlər yazmış, şeirlərində özünü “ Qüdrətli Sultanın övladı , türkün ürəyi olan bağın bəhrəsi ” kimi qələmə vermişdir.

Məhəmməd Zehni "Məşahirü-n Nisa" adlı əsərində "Lalə Xatun" adlı bölməsindən ondan bəhs edərək yazırdı: "Elxani qadınlarının məşhurlarından şanı yüksək bir qadın, şair. Kirman dövlətində hökmdarlıq etmiş kişi təbiətli, ürəksevər yaradıcılığının əsəri olan aşağıdakı qoşmaları ilə dünyaya bəyan etmişdir"

Sonda Padişah Xatunun yazdığı şeirlərdən örnəklər vermişdir. Əhməd Əli xan Vəziri də "Tarixi Kirman" adlı əsərində onun "İffəti" təxəllüsü ilə şeirlər yazdığını bildirsə də, başqa heç bir mənbədə bu təxəllüsə rast gəlinməmişdir.

Padişah Xatuna aid günümüzə qədər gəlib çatmış 9 ədəd fars dilində mənzumə var. Şerlərində əsasən anası Türkan Xatundan, ayrılıqdan, qürbətdən bəhs etmişdir.

O, həmçinin xəttatlıqda da mahir idi.

Memarlıq və xeyriyyə fəaliyyətləri ilə də məşğul olan Padişah Xatundan geriyə günümüzdə Türkiyənin Tokat şəhərində yerləşən Səlçuqlu Xanəgah xarabalıqları qalmışdır. Binanın kitabəsində 1288-ci ildə Sultan II Qiyasəddin Məsudun hakimiyyəti zamanında Səfvətüd-dünya və din, Məlikə Padişah Xatun tərəfindən tikdirildiyi yazılmışdır.