Adil Əliyev (geoloq): Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 40: Sətir 40:


== Həyatı ==
== Həyatı ==
Adil Əliyev 1930-cu il sentyabrın 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki GGİ) başlayıb.
Adil Əliyev [[Azərbaycan Dövlət Universiteti]]ni və aspiranturanı bitirdikdən sonra Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda əmək fəaliyyətinə kiçik elmi işçi vəzifəsində başlayıb və hazırda institutun iri bölmələrindən biri olan palçıq vulkanizmi şöbəsinin rəhbəri vəzifəsində yorulmadan çalışır.


O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspi­ran­tu­raya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geo­kim­yası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktor­luq dissertasiyasını müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir.
Gənc illərindən başlamış neft geologiyasına və geokimyasına bağlılıq onu elmi rəhbəri akademik [[Şəfaət Mehdiyev|Ş.F.Mehdiyevlə]] birlikdə beynəlxalq geoloji konqresin Dehli sessiyasında məruzə ilə çıxış etməyə zəmin yaratmışdı. Sonrakı müvəffəqiyyət növbəti beynəlxalq geoloji konqresin [[Moskva]] sessiyasında qeydə alındı. Onun yorulmaz əməyi və elmə məhəbbəti digər beynəlxalq forumlarda — xüsusilə [[Almaniya|Almaniyada]], [[Macarıstan|Macarıstanda]], Türkiyədə, Fransada, ABŞ-da alimə dünya şöhrəti qazandırdı. Alimin Suriya neft kompaniyasında uzun illər baş mühəndis-geokimyaçı, elmi məsləhətçi vəzifəsini yerinə yetirməsi, çoxsaylı xarici neft şirkətləri — "Britiş-petroleum", "Statoyl", "Geokimqrup", "Amoks", "Ekson", AMOR konsorsiumu və s. ilə səmərəli əməkdaşlığı deyilənlərin bariz sübutudur.


Alim 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunub, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb. Son illər ərzində professorun rəhbərliyi ilə 10-dan çox elmlər və fəlsəfə doktoru hazırlanıb.
Adil Əliyevin Rusiya, Ukrayna, Gürcüstan, Türkmənistan və digər ölkələrin ETİ-ləri ilə müştərək elmi işlərin çözülməsində xüsusi rolu var. O, 300-dən çox elmi məqalənin, 10 monoqrafiyanın şəriksiz müəllifidir. Nailiyyətlər sırasında "Müqəddəs odlar ölkəsi" sərgisinin London muzeyində təşkil edilməsi, Azərbaycanın neft geologiyası sahəsində qazandığı nailiyyətlər barədə xarici ölkələrdə professorun oxuduğu mühazirələr xüsusi yer tutur. Alimin təşəbbüsü və elmi məsləhəti ilə 2 seriyalı "Azərbaycanın palçıq vulkanları" rəngli filminin, həmçinin "Vulkanla üz-üzə" lentinin dəfələrlə televiziya ekranlarında nümayış etdirilməsi alimə dünya şöhrəti qazandırmışdır. Adil Əliyev dərin neft yataqlarının geologiyası və geokimyası problemləri, xüsusilə palçıq vulkanizmi ilə 40 ildən ziyadə vaxtda məşğuldur.


O, 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət mükafatına, 2018-ci ildə “Şöhrət” ordeninə layiq görülüb, eləcə də bir sıra medal, diplom və fəxri fərmanlarla təltif edilib.
Adil Əliyevin elmi nailiyyətləri sırasında palçıq vulkanlarının püskürməsi ilə regionun seysmikliyi arasında əlaqə xüsusi yer tutur. Məlum olduğu kimi, yeraltı təkanlar və palçıq vulkanlarının püskürmə paroksizmi genetik əlaqəlidir, yəni güclü zəlzələlər palçıq vulkanlarını püskürməyə "vadar" edir. Alimin təbirincə, müvafiq məlumatlar əsasında uzunmüddətli zəlzələ proqnozunun hazırlanması heç də təfəkkürdən kənar deyildir. Faktlara müraciət edək: 2001-ci ilin seysmik aktivliyi həmin il 10-dan artıq palçıq vulkanının püskürməsinə səbəb olmuşdur. Müşahidələr göstərir ki, zəlzələ baş verməmişdən qabaq vulkanların püskürmə məhsulları — su, qaz və brekçiyanın tərkibi dəyişikliyə uğrayır. Maraqlıdır ki, bu dəyişiklik vulkan püskürməsindən xeyli vaxt əvvəl başlayır. Deməli, palçıq vulkanı məhsullarında baş verən dəyişikliklər müəyyən mənada zəlzələ bəşarətçiləri (qabaqcadan xəbər verənləri) rolunu oynayır. Yeri gəlmişkən qeyd edək ki, palçıq vulkanı təzahürlərində baş verən fəallaşma — çıxarılan suyun, qazın, lilin miqdarının çoxalması və tərkibinin dəyişməsi — öz növbəsində zəlzələ bəşarətçisidir və zəlzələlərin yaxın vaxtda baş verəcəyini əvvəlcədən xəbər verir.

Adil Əliyev həmçinin əməkdar elm xadimidir. Onun rəhbərliyi altında palçıq vulkanlarının tədqiqinə kosmik şəkillərin, yüksəklik aerofotomateriallarının deşifrə olunması da daxil edilmişdir. Bu işlərin məntiqi nəticəsi olaraq yeni palçıq vulkanları (Çıraqlı), palçıq vulkanı təzahürləri və quylanmış palçıq vulkanları aşkar edilmişdir və onların müxtəlif qırılma stukturları üzərində təmərküzləşməsi müəyyənləşdirilmişdir. Ən vacib nailiyyət ondan ibarətdir ki, GPS vasitəsilə bütün palçıq vulkanlarının koordinatı dəqiqləşdirilmişdir. Nəticə olaraq qeyd edilməlidir ki, Adil Əliyevin rəhbərliyi və aktiv iştirakı ilə Yer kürəsinin palçıq vulkanları xəritəsi (izahat vərəqi ilə) hazırlanmaqdadır. Bu mötəbər əməlin tamamlanması Adil Əliyevin dünya palçıq vulkanları probleminə ləyaqətli töhfəsi olacaq. Şərh olunanlar tam qətiyyətlə göstərir ki, alimin elmi nailyyətləri bütün dünyada palçıq vulkanları probleminə ləyaqətli elmi töhfədir.

Professor Adil Əliyevin elmi nailiyyətləri tükənməzdir. Buna baxmayaraq onun ən vacib və nəcib arzusu "Azərbaycan palçıq vulkanları" atlasının yeni variantını yaratmaqdır. Məlum olduğu kimi, ilk atlas 1971-ci ildə akademik Yaqubov Ə. Ə. akademik Əlizadə Ə. Ə. və g.m.e.d Zeynalov M. M. tərəfindən tərtib olunmuş və Leypsiqdə (Almaniya) nəfis şəkildə çap edilmişdir. O vaxtdan keçən 40 il ərzində xeyli yeni material toplanmışdır. Adil Əliyevin rəhbərliyi altında Azərbaycanın 1:500000 miqyaslı (geodinamik təməldə, GPS vasitəsilə təyin olunmuş koordinatlar əsasında, yeni morfoloji təsnifat zəminində) palçıq vulkanları xəritəsi tərtib edilmişdir. Şərh olunanlar göstərir ki, alim öz niyyətinə və arzusuna çatmaq üçün yenə də yorulmadan çalışır.


== Filmoqrafiya ==
== Filmoqrafiya ==

15:54, 5 aprel 2023 tarixindəki versiya

Adil Əliyev
Adil Abas Əli oğlu Əliyev
Doğum tarixi (93 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi geologiya
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı professor
Mükafatları "Şöhrət" ordeni
Azərbaycan Respublikasının Dövlət Mükafatı Azərbaycan Respublikasının əməkdar elm xadimi

Adil Əliyev — neftçi-geoloq, geokimyaçı, vulkanoloq, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı, Əməkdar elm xadimi, AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor.

Həyatı

Adil Əliyev 1930-cu il sentyabrın 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki GGİ) başlayıb.

O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspi­ran­tu­raya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geo­kim­yası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktor­luq dissertasiyasını müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir.

Alim 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunub, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb. Son illər ərzində professorun rəhbərliyi ilə 10-dan çox elmlər və fəlsəfə doktoru hazırlanıb.

O, 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət mükafatına, 2018-ci ildə “Şöhrət” ordeninə layiq görülüb, eləcə də bir sıra medal, diplom və fəxri fərmanlarla təltif edilib.

Filmoqrafiya

  1. Vulkanla üz-üzə (film, 2001)

Mənbə