Adil Əliyev (geoloq): Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
kRedaktənin izahı yoxdur |
||
Sətir 103: | Sətir 103: | ||
== Xarici keçidlər == |
== Xarici keçidlər == |
||
* {{cite web |
|||
|url =https://science.gov.az/az/forms/doktora-nauk-instituta-geologii-m-geofiziki/555 |
|||
|archiveurl =https://web.archive.org/web/20230403130602/https://science.gov.az/az/forms/doktora-nauk-instituta-geologii-m-geofiziki/555 |
|||
|archivedate = 2023-04-03 |
|||
|title = Əliyev Adil Abas Əli oğlu |
|||
|author = |
|||
|date = |
|||
|publisher = science.gov.az |
|||
|accessdate = 2023-04-05 |
|||
|language = az}} |
|||
== Həmçinin bax == |
== Həmçinin bax == |
17:18, 5 aprel 2023 tarixindəki versiya
Adil Əliyev | |
---|---|
Adil Abas Əli oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları |
|
Adil Abas Əli oğlu Əliyev (7 sentyabr 1930, Bakı) — neftçi-geoloq, geokimyaçı, vulkanoloq, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı, Əməkdar elm xadimi, AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor.
Həyatı
Adil Əliyev 1930-cu il sentyabrın 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki GGİ) başlayıb.[1]
O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspiranturaya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geokimyası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir.
Alim 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunub, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb. Son illər ərzində professorun rəhbərliyi ilə 10-dan çox elmlər və fəlsəfə doktoru hazırlanıb.[2]
O, 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına,[3] 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə,[4] 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına (№001),[5] 2018-ci ildə “Şöhrət” ordeninə[6] layiq görülüb, eləcə də bir sıra medal, diplom və fəxri fərmanlarla təltif edilib.
Xarici keçidlər
- "Əliyev Adil Abas Əli oğlu" (az.). science.gov.az. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
Həmçinin bax
İstinadlar
- ↑ "Professor Adil Əliyevi 90 illik yubileyi münasibətilə təbrik edirik!" (az.). science.gov.az. 2020-09-07. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "Professor Adil Əliyev: "Azərbaycanın palçıq vulkanlarını ən müasir cihazlarla tədqiq edirik"" (az.). science.gov.az. 2022-09-02. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 dekabr 2005-ci il)" (az.). e-qanun.az. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (18 mart 2008-ci il)" (az.). e-qanun.az. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (26 may 2010-cu il)" (az.). e-qanun.az. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (13 noyabr 2018-ci il)" (az.). president.az. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
- Yaşayan insanlar
- Yaşayan uzunömürlülər
- 7 sentyabrda doğulanlar
- 1930-cu ildə doğulanlar
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Azərbaycan Respublikasının Dövlət mükafatı laureatları
- Azərbaycanın əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Azərbaycan alimləri
- Azərbaycanlı alimlər
- Azərbaycan geoloqları
- Professorlar