Karlos Borxeş: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
Sətir 10: | Sətir 10: | ||
|doğum yeri = Sintra, [[Portuqaliya]] |
|doğum yeri = Sintra, [[Portuqaliya]] |
||
|vətəndaşlığı = |
|vətəndaşlığı = |
||
|boyu = 169 |
|boyu = 169 sm |
||
|çəkisi = |
|çəkisi = |
||
|əsas ayağı = |
|əsas ayağı = |
19:40, 15 avqust 2023 tarixindəki versiya
Karlos Borxeş | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Karlos Roberto Forbs Borxeş | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Sintra, Portuqaliya | |||||||||||||||||||||||||||||||||
Boyu | 169 sm | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | Ayaks | |||||||||||||||||||||||||||||||||
Nömrəsi | 11 | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karlos Roberto Forbs Borxeş (19 mart 2004, Portuqaliya) — Erediviziya təmsilçilərindən olan "Ayaks" klubunda hücumçu kimi çıxış edən peşəkar Portuqaliya futbolçusu.
Klub karyerası
Lissabon bölgəsinin Sintra şəhərində anadan olan Karlos elə orada futbol oynamağa başlamışdır. Bir mövsüm "Sportinq Lissabon" klubunda çıxış etdikdən sonra "Mançester Siti" akademiyasına qəbul olmuşdur.[1][2][3]
Mançester klubunda Borxeş bütün yaş qrupu kateqoriyalarında irəliləyiş göstərərək, 18 yaşadək və 23 yaşadək komandalarında müntəzəm qol və assist təminatçısı olmuşdur. Bunun nəticəsi kimi "Mançester Siti" 2020 və 2022-ci illər aralığında hər iki milli turnirin qalibi olmuşdur.[1][2][4][5] 2021-ci ilin may ayında oyunçu "Mançester Siti" klubunda mövsümün ən yaxşı U-18 futbolçusu seçilmişdir.[6]
2021-ci ilin sonunda Karlos UEFA Gənclər Liqasında debüt etmişdir. "RB Leipsiq" ilə səfər görüşündə o, oyunda yeganə qolun müəllifi olmuş və komandası rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[7]
2022-ci ilin sentyabr ayında UEFA Gənclər Liqasında Karlos "Sevilya" klubuna qarşı görüşdə het-trik və assistlə yadda qalmışdır. Həmin görüşdə klub rəqibinə səfərdə 5-1 hesabı ilə qalib gəlmişdir.[1][3][7][8] O, həmçinin bir ay sonra "Kopenhagen" klubu ilə görüşdə bir qol və bir assistlə yadda qalaraq, komandasının 3-1 hesablı qələbəsində böyük pay sahibi olmuşdur.[9] 2022-23 mövsümünün sonunda oyunçu "Mançester Siti U-21" komandasında bütün turnirlər daxil olmaqla, 25 qol və 13 məhsuldar ötürmə ilə yadda qalmışdır.[10]
3 avqust 2023-cü ildə Borxeş 14 milyon avro qarşılığında Erediviziya təmsilçilərindən olan "Ayaks" klubu ilə beş illik müqavilə imzalamışdır.[11][12]
Milli karyerası
Karlos Portuqaliyada anadan olmuşdur. Valideynləri isə Qvineya-Bisau vətəndaşlarıdır.[13] O, Portuqaliyanın müxtəlif yaş qruplarında çıxış etmişdir. 2022-ci ildən U-19 millisinin əsas heyət oyunçularından biridir.[3][14]
Karyera statistikası
- 15 avqust 2023 tarixində yenilənib[15]
Klub | Mövsüm | Liqa | Ölkə Kuboku | Digər | Ümumi | |||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Ayaks | 2023–24 | Erediviziya | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 |
Ümumi karyera | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 |
İstinadlar
- ↑ 1 2 3 Guerra, Francisco. "Carlos Borges, a nova coqueluche do Manchester City". Record (portuqal). 7 September 2022. İstifadə tarixi: 14 October 2022.
- ↑ 1 2 Brennan, Stuart. "Man City have another Portuguese star in the making". Manchester Evening News (ingilis). 1 February 2022. İstifadə tarixi: 14 October 2022.
- ↑ 1 2 3 ""Hat-trick" do português Carlos Borges pelo Manchester City na Youth League - Renascença". Rádio Renascença (portuqal). 6 September 2022. İstifadə tarixi: 14 October 2022.
- ↑ Bajkowski, Simon. "Man City exciting winger Carlos Borges is out to make up for lost time". Manchester Evening News (ingilis). 19 May 2022. İstifadə tarixi: 14 October 2022.
- ↑ Smith, Jonathan. "Palmer, Kayky, Delap and the Man City wonderkids who could follow in Foden's footsteps". Goal. 6 July 2022. İstifadə tarixi: 14 October 2022.
- ↑ "Manchester City fans laud 'insane' Carlos Borges after U-18 award". The Boot Room (ingilis). 1 June 2021. İstifadə tarixi: 14 October 2022.
- ↑ 1 2 Lawless, Josh. "18-year-old Manchester City prospect Carlos Borges is a serious talent, his stats are crazy". SPORTbible (ingilis). 6 September 2022. İstifadə tarixi: 14 October 2022.
- ↑ "A nova pérola portuguesa no Man. City: Carlos Borges deu show em Sevilha". Notícias ao Minuto (portuqal). 6 September 2022. İstifadə tarixi: 14 October 2022.
- ↑ Brotherton, Alex. "Carlos Borges sends Pep Guardiola message in Man City EDS Youth League win". Manchester Evening News (ingilis). 11 October 2022. İstifadə tarixi: 14 October 2022.
- ↑ "Carlos Borges, la perla lusa que espera la llamada de Guardiola" (ispan). BeSoccer. 7 July 2023.
- ↑ "Ajax sign Carlos Roberto Forbs Borges". AFC Ajax. 3 August 2023. İstifadə tarixi: 3 August 2023.
- ↑ "Man City forward Borges joins Ajax in £17.3m deal" – www.bbc.co.uk vasitəsilə.
- ↑ "Carlos Borges | Laufbahn | Spielerprofil". kicker. İstifadə tarixi: 2023-08-15.
- ↑ Silva, Flávio Miguel. "Sporting domina escolhas de Joaquim Milheiro". Record (portuqal). 16 September 2022. İstifadə tarixi: 14 October 2022.
- ↑ "Portugal - C. Borges - Profile with news, career statistics and history - Soccerway". soccerway.com. 2023-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-15.