Beşik nəğmələri

Vikipediya saytından
Şəfəq Əliyeva (müzakirə | töhfələr) tərəfindən edilmiş 07:53, 22 yanvar 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Beşik nəğmələrifolklor növü; körpə uşaqları oxşamaq, əzizləmək, ovutmaq və yatırtmaq məqsədilə beşik başında avazla oxunan nəğmələr. Formaca müxtəlif (daha çox bayatı şəklində) olur. Beşik nəğmələrinə el arasında bəzən "nənnilər" (ninnilər) də deyilir. Bu nəğmələrdə ana öz körpəsinin boy-buxununu, hərəkətlərini şirin bir dillə əzizləyib tərifləyir, ona gümrahlıq, xoşbəxtlik, uğurlu tale arzulayır. Beşik nəğmələrinə laylalar, nazlamalar və oxşamalar daxildir. Həzin avazla oxunan laylalar körpənin duyğularına emosional təsir göstərir və onu uyudur.

Nazlamaoxşamalarda isə körpənin iməkləməsi, dil açması, yeriyib-yüyürməsi, böyüyüb başa çatması və s. arzulanır. Beşik nəğmələri həcmcə yığcam, ölçü və bənd quruluşuna görə oynaqdır.

Ədəbiyyat

  • Azərbaycan ədəbiyyatı tarixi. . 6. 1. Bakı. 2004.