Xəlqiyyat[1] (köhn. azərb. خلقيات)[2] və ya Folklor (ing. folklore – xalq biliyi) — xalqların şifahi poetik yaradıcılığı. Folklorun tarixi ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır.
Folklor şifahi ənənədə mövcud olan bilikdir. Etnosun hər cür fiziki və mənəvi təcrübəsi folklorda şifahi ənənə vasitəsilə reallaşan elmi biliklərdir. Folklor elmini peşəkar elmdən fərqləndirən ən başlıca keyfiyyət folklor biliklərinin şifahi ənənəyə müncər olunması, şifahiliyin bütün mövcudluq prinsiplərini özündə əks etdirməsi ilə müəyyənləşir.[3]
Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur.
Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |