Mənzər Şərifova

Vikipediya saytından
TgrlBot (müzakirə | töhfələr) (→‎Həyatı və fəaliyyəti: adlandırma using AWB) tərəfindən edilmiş 09:20, 25 noyabr 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Mənzər Şərifova
Mənzər Rüstəm bəy qızı Şərifova
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı İldırım xan Şərifov
Milliyyəti azərbaycanlı
Fəaliyyəti pedaqoq

Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq.

Həyatı və fəaliyyəti

Mənzər xanım Rüstəm bəy qızı Şərifova Şuşa şəhərində anadan olmuşdur. Atası Rüstəm bəy Şuşanın adlı-sanlı bəylərindən sayılmışdır. Onun Şuşada qız məktəbində oxuması deyilir.[1]

Mənzər xanım Şərifova gənc yaşlarından pedaqoji fəaliyyətlə məşğul olmuşdur. XX əsrin 20-ci illərində Ağdamın Seyidli kəndində ilk qız məktəbinin (Ünas məktəbi) açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, ilk vaxtlar qız şagirdlərinə evində dərs keçmişdir. Sonralar dərsi Abdulla bəyin Seyidli kəndindəki evində davam etdirmişdir.[1]

Mənzər xanım Şərifova sonralar Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin ibtidai sinif müəlliməsi işləmişdir. 2 nömrəli beynəlmiləl orta məktəbdə dərs dediyi illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fevral 1949-cu il tarixli fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. O, Ağdam rayonu üzrə orden və medallarla təltif edilmiş 35 nəfər müəllimdən biri olmuşdur.[1]

Ailəsi

Mənzər xanım Şərifova Çar RusiyasıAzərbaycan Demokratik Respublikası dövründə Ağdam şəhərinin pristavı vəzifəsində işləmiş İldırım xan Şərifovla ailə həyatı qurmuşdur.[1]

İstinadlar

  1. 1 2 3 4 Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017

Mənbə

  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017

Həmçinin bax