Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şuşa qəzası (rus. Шушинский уезд) — Rusiya imperiyası (Kaspi vilayəti, Şamaxı və Yelizavetpol quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Şuşa şəhəri idi. Şuşa qəzası 40°15’ və 39°15’ şimal enliyi ilə 64 və 65°30’ şərq uzunluğu arasında yerləşir. Onun qərbdən şərqə doğru ən uzun hissəsi 130, şimaldan cənuba doğru ən enli hissəsi isə 105 verstdir. Qəzanın sərhədləri şimal-qərbdə Şuşa qəzasını Yelizavetpodlan ayıran Xoçinka çayına, şimal-şərqdə Kür çayının çox da böyük olmayan hissəsinə; şərqdə Cavad qəzasına, Bakı quberniyasına, cənuba doğru qəzanı Persiyadan ayıran Araz çayına və qərbdə Şuşa qəzasını Zəngəzur qəzasından ayıran Qırxqız silsiləsinə qədər idi.[2]
Şuşa qəzası | |
---|---|
Ölkə |
Rusiya imperiyası AXC Azərbaycan SSR |
Quberniya | Yelizavetpol quberniyası |
Mərkəzi | Şuşa şəhəri |
Yaradılıb | 10 (22) aprel 1840 |
Ləğv edilib | 7 iyul 1923 |
Sahəsi | 4315,6 verst²[1] (1897) |
Əhalisi | 138771 nəfər[1] (1897) |
Xəritə | |
Çar hökumətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vilayətinin tərkibində yaradılmışdır. (1841, 1 yanvar).
Azərbaycan Rusiyaya birləşdikdən sonra Azərbaycan xanlıqları 6 əyalətə (Bakı, Quba, Şəki, Şirvan, Qarabağ, Talış), 2 dairəyə (Yelizavetpol, Car-Balakən) və 2 distansiyaya (Qazax, Şəmşədin) bölündü.
1846-cı il 14 dekabr tarixli əsasnaməyə görə həmçinin, Azərbaycan ərazisində olan bəzi qəzaların adları da dəyişdirildi. Belə ki, Şirvan qəzasının adı dəyişdirilərək Şamaxı qəzası, Şəki qəzası Nuxa qəzası, Qarabağ qəzası Şuşa qəzası, Talış qəzası Lənkəran qəzası adlandırıldı.[3] Şuşa qəzası Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa şəhəri idi. 1846-cı ildən ildən Şamaxı ( 1858-ci ildən Bakı) 1867-ci ildən isə Yelizavetpol quberniyasına na daxil edilmişdi. Şuşa qəzası Mehri, Kəbirli, Zəngəzur, Cavanşir, Çiləbörd, Vərəndə sahələrinə bölünürdü. 1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, sahə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. Sahəsi 4911 km² , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik, maldarlıq, ipəkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu.
1846-cı ildə qəzanın rəisi podpolkovnik, kavaler Mixail Petroviç Kolyubakin, köməkçisi rotmeystr Pyotr Pyotroviç Tarnovski, katibi titulyar müşavir Filosof Abdomeviç Vinoqradov idi. Muğru sahəsinin murovu Andrey Mirkoviç Mokrtski, Kəbirli sahəsinin murovu knyaz Anton Yeqoroviç Şalikov, Zəngəzur sahəsinin murovu kollej qeydyiyatçısı Cahangir İvanoviç Ağasərov,Cavanşir sahəsinin murovu əyalət katibi Dmitri Boqdanoviç Şahnəzərov,,Çiləbopd sahəsinin murovu prapoşik Yusif Bəhramoviç Şahnəzərov,Vərəndə sahəsinin murovu Avət Matveyeviç Mamikanov idi.
Qəza məhkəməsinin hakimi kollej asessoru Qriqor Markoviç Sakvarelidze, dövlət ittihamçısı titulyar müşavir Makari Alekseyeviç Bardovski, İvan Markoviç Şulşevski, Şəhər əhəlisindən nümayəndə Avin Antonoviç Nazarov, Kənd camaatından nümayəndə Məşədi Məsih Qarabaği, katib İvan İvanoviç Lenuar idi.
Qəza qazısı şiə camatına Mirzə Əbülqasım bəy Haqverdiyev, sünnü təriqətinə İsa əfəndi idi.
Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.1872-ci ildə Moskva Politexnik sərgisində böyük müvəfəqiyyətlər nümayiş etdirilən Azərbaycan xalçaları, ipək malları və digər əl işləri ekspertler və Moskva universiteti nəzdindəki təbiətşünaslıq həvəskarlarının imperator cəmiyyəti şurası tərəfindən yüksək qiymətləndirildi. Sərgidə iştirak edən xalçaçıların böyük bir dəstəsi, o cümlədən Şuşa qəzasından Bayram Məşədi Qurban oğlu, Kərbəlayi Əhməd Dəmir oğlu, Cabbar Hacı Əhməd oğlu yüksək keyfiyyətli və çeşidli xalça nümayiş etdirdiklərinə görə sərginin qızıl medalı ilə təltif edildilər. Başqa qrup isə gümüş medala layiq görüldü.
Qarabağın ipəkçilik müəssisələri əsasən Şuşa və Cəbrayıl qəzalarında yerləşirdi. XX əsrin əvvəllərində Şuşa qəzasında 12, Cəbrayıl qəzasında isə 5 ipəkəyirən fabrik var idi. Bu fabriklərin bəziləri maşınla, buxar qazanları ilə təchiz edilmiş iri fabriklər idi. Qarabağın ipəkçilik sənayesində hətta səhmdar cəmiyyətlər də fəaliyyət göstərirdi. Belə səhmdar cəmiyyətlərdən biri hələ XX əsrin başlanğıcında Şuşa qəzasında yaradılmışdı. Bu səhmdar cəmiyyətin 6 ipəkəyirən, 2 ipəkeşən və 3 baramaboğan fabriki var idi. Bu fabriklər əsas etibarilə Şuşa qəzası ərazisində yerləşmişdi.
1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi.[4] Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu.[4] Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır.[4] Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu.[4] Beləliklə, həmin məlumatlara əsasən Şuşa qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 105.404 nəfər əhali yaşayırdı.[4]
1903-cü ilin məlumatına görə Şuşa qəzasında Şuşa şəhəri və dörd polis məntəqəsi olub.
cəmiyyəti daxil idi.[5]
Qafqaz təqviminin 1906-ci il buraxılışında isə Şuşa qəzasında olan kənd cəmiyyətlərinin adları aşağıdakı kimi verilib:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |