Qafqaz canişinliyi

Qafqaz canişinliyiRusiya imperiyasının Qafqazda baş idarəsi.

Tarixi dövlət
Qafqaz canişinliyi
rus. Кавказское наместничество
 
 

Paytaxt Yekaterinoqradskaya[d]
Rəsmi dilləri rus dili

1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S. M. Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı.

Qafqaz sərdarları

[redaktə | mənbəni redaktə et]

Mənbə[1]

  1. Karl Knorrinq (1801–1802)
  2. Pavel Sisianov (1802–1806)
  3. İvan Qudoviç (1806–1809)
  4. Aleksandr Tormasov (1809–1811)
  5. Filip Pauluççi (1811–1812)
  6. Nikolay Rtişev (1812–1816)
  7. Aleksey Yermolov (1816–1827)
  8. İvan Paskeviç (1827–1831)
  9. Qriqori Rozen (1831–1838)
  10. Yevgeni Qolovin (1838–1842)
  11. Aleksandr Neydqardt (1842–1844)

Canişinlər (1844–1881)

[redaktə | mənbəni redaktə et]
Qafqaz canişinliyi (27 dekabr 1844 – 22 noyabr 1881)
İşlədiyi müddət Adı Həyatı Vəzifəsi
27 dekabr 1844 – 1 mart 1854 Mixail Vorontsov 1782–1856 canişin
1 mart 1854–1854 Nikolay Read 1793–1855 canişin əvəzi
1854–1854 Vasili Bebutov canişin əvəzi
29 noyabr 1854 – 22 iyul 1856 Nikolay Muravyev-Karski 1794–1866 canişin
22 iyul 1856 – 6 dekabr 1862 Aleksandr Baryatinski 1815–1879 canişin
6 dekabr 1862 – 23 iyul 1881 Mixail Nikolayeviç 1832–1909 canişin
22 noyabr 1881 Ləğv olundu

Canişinlər (1905–1917)

[redaktə | mənbəni redaktə et]
Qafqaz canişinləri (26 fevral 1905 – 9 mart 1917)
Vəzifə tarixi FAA Həyatı Vəzifəsi
26 fevral 1905 − 23 avqust 1915 Qraf İllarion Vorontsov-Daşkov 27 may 1837 − 15 yanvar 1916 canişin
23 avqust 1915 − 9 mart 1917 Böyük knyaz Nikolay Mladşiy 6 noyabr 1856 − 5 yanvar 1929 canişin
Müvəqqəti Hökumətin 1917-ci il 9 mart tarixində verilən qərarı ilə ləğv olundu və Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı
  1. "Главноначальствующие на Кавказе". 2007-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]