Uzunmeyvəli böyürtkən

Vikipediya, azad ensiklopediya
Sortilegus (müzakirə | töhfələr) (Sortilegus Uzunmeyvəli moruq səhifəsinin adını Uzunmeyvəli böyürtkən olaraq dəyişdi.) tərəfindən edilmiş 22:10, 31 yanvar 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Uzunmeyvəli böyürtkən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Uzunmeyvəli böyürtkən (lat. Rubus dolichocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Ümumi yayılması

Gürcüstanda təbii arealı vardır.

Azərbaycanda yayılması

Quba rayonunun dərələrində və meşə kənarlarında yayılmışdır.

Statusu

Azərbaycanın nadir bitki növüdür. LC.

Bitdiyi yer

Aşağı və orta dağ qurşağında meşə və yol kənarınd çay, bulaq yaxınlığında yayılmışdır.

Təbii ehtiyatı

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

Təbiətdə alçaqboylu koldur. Bitkinin birillik zoğları qövsvarı əyilmiş, uzun tüklü və düz və ya zəif əyilmiş tikanlıdır. Yarpaqları iri olub 5 yarpaqcıqlıdır. Yarpaqcıqların alt hissəsi ağımtıl keçətük-lüdür. Yarpaqlarının ucu sivri olub ikiqat mişardişlidir. Yarpaqcıqları 11-14 sm uzunluğunda, 7-9 sm enində ola bilir. Çiçəyinin oxu tilli, olub üzəri tikanlıdır. Çiçəkləri iri, 1 və ya 3 çiçəklidir. Meyvəsi uzunsov silindr şəkillidir. Meyvənin toxumları çox xırdadır. Bitki may ayında çiçək açır, avqust ayında isə meyvə verir.

Çoxalması

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax