Uzunmeyvəli böyürtkən (lat. Rubus dolichocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Uzunmeyvəli böyürtkən | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Uzunmeyvəli böyürtkən |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Gürcüstanda təbii arealı vardır.
Quba rayonunun dərələrində və meşə kənarlarında yayılmışdır.
Azərbaycanın nadir bitki növüdür. LC.
Aşağı və orta dağ qurşağında meşə və yol kənarınd çay, bulaq yaxınlığında yayılmışdır.
Azərbaycanda arealı geniş deyildir.
Təbiətdə alçaqboylu koldur. Bitkinin birillik zoğları qövsvarı əyilmiş, uzun tüklü və düz və ya zəif əyilmiş tikanlıdır. Yarpaqları iri olub 5 yarpaqcıqlıdır. Yarpaqcıqların alt hissəsi ağımtıl keçətük-lüdür. Yarpaqlarının ucu sivri olub ikiqat mişardişlidir. Yarpaqcıqları 11-14 sm uzunluğunda, 7-9 sm enində ola bilir. Çiçəyinin oxu tilli, olub üzəri tikanlıdır. Çiçəkləri iri, 1 və ya 3 çiçəklidir. Meyvəsi uzunsov silindr şəkillidir. Meyvənin toxumları çox xırdadır. Bitki may ayında çiçək açır, avqust ayında isə meyvə verir.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.