Estetika

Vikipediya saytından
İrada (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:46, 26 avqust 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Estetika – hisslər haqqında elm deməkdir. Bir termin kimi ilk dəfə XVIII əsrin alman filosofu Aleksandr Baumharten işlətmişdir.

Estetika fəlsəfi təfəkkürün bir qolu kimi öz mənşəyini uzaq keçmişdən alır və XVIII əsrə qədər hüsniyyat, gözəllik elmi və yaxud poetika adı ilə öyrənilir. Estetikanın bizə məlum olan 2500 illik tarixi vardır. Estetika ardıcıl və sistemli olaraqilk dəfə klassik yunan filosoflarının əsərlərində işlənmişdir.

Estetika sözünün mənası

Estetika yunan sözüdür. “Aisthetiko” hiss edən, həssas mənasındadır. O, gözəllik qanunlarını, incəsənətin gerçəkliyə münasibətini, onun növ və janrlarını, bədii şüurun qanunauyğun inkişafının özünəməxsus xüsusiyyətlərini bədii yaradıcılıq metodunu öyrənən fəlsəfi elmdir.[1]

Həmçinin bax

İstinadlar

  1. S.K.Məmmədova. “Mədəniyyətşınaslıq”,(dərs vəsaiti)Bakı, “Kooperasiya” nəşriyyatı-2001, 202 səh

 (ərəb.)