İsmayıl ibn Yəsar

Vikipediya saytından
Enver62 (müzakirə | töhfələr) (Yeni səhifə: '''İsmayıl ibn Yəssar''' (?-744/749)—VII-VIII əsr Azərbaycan şairi. == Həyatı == Qeyd etmək lazımdır ki, VII-VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünü...) tərəfindən edilmiş 20:06, 3 sentyabr 2011 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

İsmayıl ibn Yəssar (?-744/749)—VII-VIII əsr Azərbaycan şairi.

Həyatı

Qeyd etmək lazımdır ki, VII-VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünün məşhur şairi olmasına baxmayaraq, orta əsr mənbələrində onun adı nadir hallarda çəkilir. Əbul-Fərəc əl-İsfəhaninin “Nəğmələr Kitabı” sayəsində müasir ərəbşünaslar İsmayıl ibn Yəssarın zəngin irsi haqqında zəruri məlumatlar əldə etmişlər.

İbn Quteybə İsmayıl ibn Yəssarı köklü azərbaycanlı kimi təqdim etmişdir. Professor Malik Mahmudov öz işində heç bir əsası olmadan İsmayıl ibn Yəssarı fars şairləri sırasına aid edən ərəb alimi Əhməd Əmin və fars tədqiqatçısı Zabihulla Safanın müddəalarının ziddiyətli olduğunu qeyd etmişdir. Malik Mahmudov bildirdiyi kimi: ““Nəğmələr kitabı”nda söylənilir ki, Əbdul Malik ibn Mərvan xilafətin başına keçdikdən sonra (685-705) İsmayıl ibn Yəssar Urva əz-Zubeyrə ilə ona mədhiyyələr həsr etmiş və onun ardıcıllarına çevrilmişlər.” Buradan çıxış edərək M.Mahmudov İsmayıl ibn Yəssarın artıq 685-ci ildə tanınmış şair olduğu qənaətinə gəlmişdir.

G.Baxşəliyevanın monoqrafiyasında əl-İsfəhaninin dedikləri sözbəsöz tərcümə olunmuşdur: “Mənim əmim Musab ibn Abdullah əz-Zubeyrdən eşitdiklərini mənə danışmışdır: İsmayıl ibn Yəssar ən-Nisan Zubeyrilərin tərəfdaşlarından olan Qureyş qəbiləsinin Bani Tay ibn Mərva qolunun məvalisi olmuşdur. Hakimiyyət Əbdul-Malik ibn Mərvana keçdikdən sonra şair Urva ib Zubeyr ilə onun yanına getmiş və sülaləsinin xəlifələrini tərifləməyə başlamışlar. O, çox yaşamış, Əməvilər sülaləsinin son xəlifəsinə kimi görmüşdür, lakin Abbasilərin hakimiyyətinə kimi yaşamamışdır. Möhkəm sağlamlığa, xoş xarici görünüşə malik olmuş, zarafat etməyi sevmiş, gözəl şeirlər yazmış, Urva ibn Zubeyrin himayəsində yaşamışdır.”

İsmayıl ibn Yəssar zəngin poetik ənənələr mühitində böyümüş, üzün ömür sürmüş və son illərini Xəlifə II Mərvanın (744-749) hakimiyyəti illərində keçirmişdir.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər