İsmayıl ibn Yəsar

İsmayıl ibn Yəsar (?-744/749) — VII-VIII əsr Azərbaycan əsilli, Hicazda yaşamış ərəb ədəbiyyatı şairi[1][2][3][4][5]; Azərbaycan şairi Musa Şəhəvatın qardaşı.[5]

İsmayıl ibn Yəsar
İsmayıl ibn Yəsar
Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində İsmayıl ibn Yəsar rəsmi
Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində İsmayıl ibn Yəsar rəsmi
Doğum tarixi VII əsr
Doğum yeri Mədinə
Vəfat tarixi VIII əsrin 40-cı illəri
Vətəndaşlığı Əməvilər xilafəti
Milliyyəti Azərbaycanlı
Uşağı oğlu Məhəmməd
Fəaliyyəti VII-VIII əsrlər
Əsərlərinin dili Ərəb dili

VII-VIII əsrlərdə yaşayıb yaratmağına və öz dövrünün məşhur şairi olmasına baxmayaraq, orta əsr mənbələrində onun adı nadir hallarda çəkilir. Əbul-Fərəc əl-İsfəhaninin "Nəğmələr Kitabı" sayəsində müasir ərəbşünaslar İsmayıl ibn Yəsarın zəngin irsi haqqında zəruri məlumat verilir.

İbn Quteybə (828-889) İsmayıl ibn Yəsarı əslən azərbaycanlı kimi təqdim etmişdir. Ərəbşünas alim, professor Malik Mahmudov da məhz ona istinadən bu faktı təsdiqləyir. Müasir tədqiqatçılardan ərəb alimi Əhməd Əmin və fars tədqiqatçısı Zabihulla Safa heç bir əsas olmadan İsmayıl ibn Yəsarı fars şairləri siyahısına daxil etmişlər. Məhəmmədəli Tərbiyət isə onun azərbaycan şairi olduğunu təsdiqləmişdir.[6]

Ülkər Zakirqızı şairin etnik mənşəyindən bəhs edərkən yazmışdır: İsmayıl ibn Yəsarı Azərbaycandan olduğunu göstərən mənbə və tədqiqatlar da vardır. İbn Quteybənin (828-889) “Şeir və şairlər” (“الشعر و الشعراء”) əsərində şairin Azərbaycandan olduğunu bildirmişdir. Filoloqun bu fikrini əsas götürən tədqiqatlar da vardır. Məşhur alman şərqşünası Karl Brokkelman “Ərəb ədəbiyyatı tarixi” (“تاريخ الادب العربي”) və ərəb alimi Ömər Fərrux “Ərəb ədəbiyyatı tarixi” (“تاريخ الادب العربي”) əsərlərində İbn Quteybənin fikirlərini əsas götürərək şairin Azərbaycandan olduğunu qeyd etmişlər.[7]

İsmayıl ibn Yəsarın anadan olma tarixi barəsində mənbələrdə heç bir məlumat verilməsə də, ibn Qüteybə və əl-Mərzubani onun Mədinə şəhərində doğulduğunu qeyd etmişdir.[8]

Malik Mahmudov yazmışdır: ""Nəğmələr kitabı"nda söylənilir ki, Əbdul Malik ibn Mərvan xilafətin başına keçdikdən sonra (685-705) İsmayıl ibn Yəssar Urva əz-Zubeyrə ilə ona mədhiyyələr həsr etmiş və onun ardıcıllarına çevrilmişlər."

M.Mahmudov İsmayıl ibn Yəssarın artıq 685-ci ildə tanınmış şair olduğu qənaətinə gəlmişdir. G.Baxşəliyevanın monoqrafiyasında əl-İsfəhaninin dedikləri sözbəsöz tərcümə olunmuşdur:

" Mənim əmim Musab ibn Abdullah əz-Zubeyrdən eşitdiklərini mənə danışmışdır: İsmayıl ibn Yəsar ən-Nisan Zubeyrilərin tərəfdaşlarından olan Qureyş qəbiləsinin Bani Tay ibn Mərva qolunun məvalisi olmuşdur. Hakimiyyət Əbdul-Malik ibn Mərvana keçdikdən sonra şair Urva ib Zubeyr ilə onun yanına getmiş və sülaləsinin xəlifələrini tərifləməyə başlamışlar. O, çox yaşamış, Əməvilər sülaləsinin son xəlifəsinə kimi görmüşdür, lakin Abbasilərin hakimiyyətinə kimi yaşamamışdır. Möhkəm sağlamlığa, xoş xarici görünüşə malik olmuş, zarafat etməyi sevmiş, gözəl şeirlər yazmış, Urva ibn Zubeyrin himayəsində yaşamışdır." "

Professor Malik Mahmudov İsmayıl ibn Yəsarın nəslinin şairlər nəsli olduğunu, mənbələrdə onun iki qardaşının (Musa Şəhəvat və Əbül-Abbas), Məhəmməd adında oğlundan[5] bəhs edildiyini bildirmişdir. Tədqiqatçı həmin şairlərin şüubiyyə hərəkatının tərəfdarları olduğunu yazmışdır.

İsmayıl ibn Yəssar zəngin poetik ənənələr mühitində böyümüş, üzün ömür sürmüş və son illərini Xəlifə II Mərvanın (744-749) hakimiyyəti illərində keçirmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

O bir neçə janrda şeir yazmışdır. bunlardan mədhiyyə, satira, mərsiyə və fəxriyyələrini qeyd etmək olar. O ərəb şeiriyyatına Şüubi, yəni millətçi şeir növü adlanan yeni bir növ gətirmişdir. Bu istiqamətdə yazdığı şeirlərə görə təhqir edilmiş, həyatına bir neçə dəfə sui-qəsd edilmişdir. Sonra Hicaza sürgün edilib məsxərəyə qoyulmuşdur.[5]

  1. Abu’l-Faraj Eṣfahānī, Ketāb al-āḡānī IV, Beirut, 1956.
  2. Brocklemann, GAL I, p. 60; S. I, p. 95.
  3. "Arxivlənmiş surət". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.
  4. "Arxivlənmiş surət". 2020-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.
  5. 1 2 3 4 Seymur Nəsirov. Ərəb mənbələrində Azərbaycanlı alim və ədiblər. Bakı, 2022, s.90-91
  6. Malik Mahmudov. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər). Bakı, 1983
  7. "ÜLKƏR ZAKİRQIZI (MƏMMƏDOVA). İSMAYIL İBN YƏSARIN POETİK İRSİ VƏ ETNİK MƏNŞƏYİ". 2016-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
  8. Malik Mahmudov. Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII-XII əsrlər). Bakı, 1983, səh.53

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]