Aşapatman

Vikipediya saytından
Buzancar (müzakirə | töhfələr) (Yeni səhifə: '''Aşapatman''' (''Çuvaşca:'' '''Ашапатман''') - türk və çuvaş mifologiyasında tibb tanrıçası. == Xüsusiyyətləri == Yaşlı və müdrik görünüşlü bir q...) tərəfindən edilmiş 07:54, 16 fevral 2012 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Aşapatman (Çuvaşca: Ашапатман) - türk və çuvaş mifologiyasında tibb tanrıçası.

Xüsusiyyətləri

Yaşlı və müdrik görünüşlü bir qadındır. Sahib olduğu güc köməyiylə dərdi xəstənin bədənindən qovar. Qırmızı saçlı, inci dişli, gələcəkdən xəbərlər verə bilən, insanları bəladan qoruyan bir varlıqdır.[1] Ətrafı tez meşələrlə qablı bir gölün içində yaşar. Görünüşü bəzən gümüş rəngli axan saçları olan, tək gözü, tək bir qızıl dişi olan bir qadın olaraq da təsvir edilir. Çox uzaqda, dənizlər, meşələr və dağlar arasında bir ölkədə oturar. Su və atəş ona kömək edər.

Aşapatman dünya səviyyəsində tarazlıq, rifah, ədalət və nizamı dəstəkləyən bir varlıq olaraq qəbul görər. Eyni zamanda, bəzi canlıların və ya obyektlərin çevrilməsini həyata keçirən, mənfi bir xarakter olaraq da hərəkət edər. Bəladan xilas olmaq üçün oxunan ovsun mətnlərində Aşapatmanın da adının keçdiyi bilinir. Bəzi hallarda şamanlar və baxşılar onu köməyə çağırırlar. Xeyriyyəçi ruhlardan biridir və falçılarla şamanların qoruyucusudur. Sahib olduğu sehrli güc köməyiylə, sayrılığı (xəstəliyi) xəstənin bədənindən qovar. Bəzi şərhlərdə bu ad, Zərdüştlük ilə əlaqəli olaraq iştirak etməkdədir. [2]

Etimologiya

(Aş) kökündən törəmişdir. Aşmaq mənası ehtiva edər. Aşa/Aça bacı mənasına gəlir. Aişə-Fatma adlarının qaynaşmış forması olduğu fikiri çox məqbul deyil. Hind tanrı adlarına bənzədiyi istiqamətində görüşlər də vardır. Denlsev və Skvorsov, bu adı, Xəzərlərdəki xoşbəxtlik mənasını ehtiva edən "Şad" kökünə bağlamışlar. Aşmarin isə Məhəmməd Peyğəmbərin həyat yoldaşı Aişənin və qızı Fatmanın adlarıyla əlaqəli olaraq şərh yoluna getmişdir. Bu adlar tatarcaya da "Aişə-Fatma" olaraq keçmişdir. Yəni iki tarixi varlığın adı, çuvaşların dini və ənənəvi fikirlərində bir-birinə qarışaraq, tək bir varlıq və ad şəklini almışdır. [3]

Qaynaqlar

  1. Türk Söylence Sözlüğü, Deniz Karakurt
  2. Türk Mifologiyası Ensiklopedik Lüğət, Cəlal Bəydili, Yurt Nəşriyyat (Səhifə - 69) tərcümədə ing. — "{{{1}}}"
  3. Türk mifologiyası Ensiklopedik Lüğət, Cəlal Bəydili, Yurt Nəşriyyat (Səhifə - 70) tərcümədə ing. — "{{{1}}}"