Borsunlu (Goranboy)

Vikipediya saytından
İlkin91 (müzakirə | töhfələr) (→‎Tarixi) tərəfindən edilmiş 19:20, 16 may 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
BORSUNLU
40°39′06″ şm. e. 46°39′44″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Goranboy rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 199 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.352 nəf. (2009)
Borsunlu xəritədə

BorsunluAzərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Borsunlu, regionun qədim yaşayış məskənlərindən biridir. Borsunlu Bələdiyyəsinə, Borsunlu və Qazaxlar kəndləri daxildir.Bu mahalda erkəm orta əsrlərdə hun tatfalarından bir hissə də yaşamışdır.Borsunlu "Boris hunlu",yəni "Boris mahalında yaşayan hunlar"mənasındadır.Əslində Borsunlu coğrafi adı Azərbaycanda indiyədək hun etnonimini saxlamış yeganə toponimdir.1804-cü il tarixli Gəncəbasarın kameral təsvirində 18 ev olmaqla Borsunlu kimi qeydə alınmışdır.Bəziləri kəndin əsasının Gürcüstanın Bolnis rayonundan,digərləri Tərtər rayonunun Borsunlu kəndindən,bir qismi isə XVIII əsrdə qazax zonasından gələnlər tərəfindən qoyulduğunu göstərir.Ola bilsin ki,kəndin adı xəzərlərin borsula tayfasının adı ilə bağlıdır.IV-V əsrlərdə Xəzər dənizinin şimal-qərb sahilində yaşayan türkdilli tayfa olan barsillər(bersillər,basillər,barseltlər)etnik və dil cəhətdən bulqarlar,savirlər və avarlarla yaxın olmuşdur.Borsunlu kəndinin adını həm həmin tayfa ilə,həm də"bol sulu","boru ilə su gətirilən yer" sözləri ilə bağlayırlar.Borsunlu kəndində aşağıdakı nəsillər var:Boyaqçılar,Göygəzalılar,Oruclar,Cırdaxanlılar(Tikqaşlılar),Aslanlar,Məşədi Qurbanlar(ilkin),Rəfililər,Məşədi Bayramlar,Rüstəmli,Bəylik Çopurlu,Hacıməmmədlilər,Nağdalılar,Nağılar,Ayağıyalınlılar.Hacı Həsən,Mikayıl Rəfili Həsən oğlu,Məşədi Saleh,Məşədi Həbibə Qurban qızı Borsunludandır.

Mədəniyyəti

Kənddə 2 orta məktəb, 2 uşaq bağçası və musiqi məktəbi fəaliyyət göstərir.

Coğrafiyası və iqlimi

Bakı-Qazax avtomobil yolunun üstündə yerləşir.

Əhalisi

Əhalisi 3.429 nəfərdir.

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyəti bitkiçilik və heyvandarlıqdır. Taxıl,tərəvəz və bostan bitkiləri,yem bitkiləri və meyvəçilik bitkiçilikdə əsas sahələri təşkil etməkdədir.

Şəkilləri

Xarici keçidlər

Mənbə

Şablon:Goranboy rayonu kənd/qəsəbələri