Borsunlu (Goranboy)

BorsunluAzərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd.[1]

Borsunlu
40°39′06″ şm. e. 46°39′44″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 199 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.352 nəf. (2009)
Xəritəni göstər/gizlə
Borsunlu xəritədə
Borsunlu
Borsunlu

Borsunlu regionun qədim yaşayış məskənlərindən biridir. Borsunlu Bələdiyyəsinə, Borsunlu və Qazaxlar kəndləri daxildir. Bu mahalda erkən orta əsrlərdə hun tayfalarından bir hissə də yaşamışdır. Borsunlu "Boris hunlu", yəni "Boris mahalında yaşayan hunlar" mənasındadır. Əslində Borsunlu coğrafi adı Azərbaycanda indiyədək hun etnonimini saxlamış yeganə toponimdir. 1804-cü il tarixli Gəncəbasarın kameral təsvirində 18 ev olmaqla Borsunlu kimi qeydə alınmışdır. Bəziləri kəndin əsasının Gürcüstanın Bolnis rayonundan, digərləri Tərtər rayonunun Borsunlu kəndindən, bir qismi isə XVIII əsrdə qazax zonasından gələnlər tərəfindən qoyulduğunu göstərir. Ola bilsin ki, kəndin adı xəzərlərin borsula tayfasının adı ilə bağlıdır. IV-V əsrlərdə Xəzər dənizinin şimal-qərb sahilində yaşayan türkdilli tayfa olan barsillər (bersillər, basillər, barseltlər) etnik və dil cəhətdən bulqarlar, savirlər və avarlarla yaxın olmuşdur. Borsunlu kəndinin adını həm həmin tayfa ilə, həm də "bol sulu", "boru ilə su gətirilən yer" sözləri ilə bağlayırlar. Bəzi kənd ağsaqqallarının dediyinə görə indiki Türkiyənin Bursa vilayətindən olub məskunlaşan "bursalılar" ola bilər. Kənd əhalisinin işlətdiyi bəzi köhnəlmiş sözlər qədim türk sözləridir.

Borsunlu kəndində aşağıdakı nəsillər var: Abbasqulular, Boyaqçılar, Hümmətlər, Göygəzalılar, Oruclar, Cırdaxanlılar (Tikqaşlılar), Aslanlar, Məşədi Qurbanlar (ilkin), Rəfililər, Məşədi Bayramlar, Rüstəmli, Bəylik Çopurlu, Hacıməmmədlilər, Nağdalılar, Nağılar, Ayağıyalınlılar. Hacı Həsən, Mikayıl Rəfili, Məşədi Saleh, Məşədi Həbibə Qurban qızı Borsunludandır.

Borsunlu kəndi Gəncə-Qazax düzənliyindədir. Yerli əhali tərəfindən Borsunnu kimi tələffüz olunur və belə bir məlumat verilir ki, guya vaxtilə Türkiyə ərazisində mövcud olmuş Borus mahalından gələnlər bu kəndi binə etmişlər. Türkiyənin Diyarbəkir əyalətində Borsunqala adlı kənd də qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, kəndin adı türkdilli barsil tayfasının adı ilə bağlıdır. V-VIII əsrlərə aid mənbələrin məlumatına görə, IV əsrdən Xəzər dənizinin şm.-q. sahillərində yaşayan və Xəzər xaqanlığının siyasi həyatında nıühüm rol oynayan barsilərin bir qismi sonralar Azərbaycana köçmüş, Kür çayı boyunca Aranda məskunlaşıb əkinçilik və maldarlıqla məşğul olmuşlar.[2]

Borsunlu Petrol Station

Kənddə 2 orta məktəb, 2 uşaq bağçası və musiqi məktəbi, rabitə şöbəsi, avtomat telefon stansiyası fəaliyyət göstərir. Orta əsr yaşayış yeri olan Kərpicli yaşayış yeri, məscid, Rəfiyevlərin evi, türbələr, kəndin şərqində Kilsə dərəsində küp qəbirlər var. Kənddə Rəfiyevlərin pambıqtəmizləmə zavodu olmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Bakı-Qazax avtomobil yolunun üstündə yerləşir. Bakıdan 343 km, rayon mərkəzindən 16 km qərbdə, Bakı-Tbilisi dəmir yolundan 3 km aralı, Gəncə-Qazax düzənliyindədir. Yevlax-Qazax şose yolunun iki hissəyə böldüyü kənd, şimal-şərqdən rayonun Qazaxlar, cənubdan Qazanbulaq, şimal-qərbdən Nadirkənd kənd ilə həmsərhəddir. Sahəsi 2781 ha-dır

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3352 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyəti bitkiçilikheyvandarlıqdır. Taxıl, tərəvəz və bostan bitkiləri, yem bitkiləri və meyvəçilik bitkiçilikdə əsas sahələri təşkil etməkdədir.

Kənddə Borsunlu kənd məscidi dini icması fəaliyyət göstərir[4].

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]