Tsalka

Vikipediya, azad ensiklopediya
Sabuhi from Baku (müzakirə | töhfələr) (→‎Tarixi) tərəfindən edilmiş 15:22, 25 sentyabr 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Şablon:Şəhər TsalkaGürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Tsalka rayonunun inzibati mərkəzi. Tsalka Su Anbarı yaxınlığında[1], dəniz səviyyəsindən 1569[2] metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84[1] uzaqlıqda yerləşir.

Tarixi

22 dekabr 1932-ci ildə Barmaqsız kəndi Tsalka kəndi, Barmaqsız rayonu isə Tsalka rayonu adlandırılmışdır.[3]

3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır.[4]

Əhalisi

Milli tərkibi

17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi.[5]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411[6] nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir.[7]

2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.[8]

İqtisadiyyatı

Mənbə

Mənbə:

Həmçinin bax

  1. 1 2 Значение слова "Цалка" в Большой Советской Энциклопедии
  2. Fallingrain Global Gazetteer: Tsalka, Georgia Page
  3. Gürcüstan Milli Elmlər Akademiyyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43
  4. Отдел по вопросам работы советов президиума верховного совета Грузинской ССР. Грузинская ССР, Административно-территориальное деление на 1 января 1987 года, Издание пятое. Издательство Сабчота Сакартвело. Тбилиси. 1988. стр. 264
  5. Ethno-Caucasus, Этнодемография Кавказа: Цалкинский район (1939 г.)
  6. Population statistics of Eastern Europe: 2002 census all places of Georgia
  7. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia. ECMI Working Paper #23. February, 2005
  8. Европейский Центр по Делам Меньшинств: Джонатан Уитли. Пути к разрядке напряженности в Цалкинском районе Грузии: роль международного сообщества и государства. ЕЦДМ, Рабочий доклад № 36. Декабрь, 2006