Ermənilər


Ermənilər (erm. հայեր) — QafqazYaxın Şərqdə halk. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Türkiyə, Livan, Suriya, və Azərbaycanda da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, RusiyaFransadır. İran və Türkiyədəki ermənilər özlərini diaspora saymırlar. Dindarları əsasən Erməni Qriqorian kilsəsinə etiqad edir.

Ermənilər
Հայ (hay)
Ümumi sayı
8 000 000[1] - 10 000 000[2]
Yaşadığı ərazilər
Ermənistan Ermənistan 2 945 354 [3]
 Rusiya
2 582 000 [4]
ABŞ ABŞ 1 000 000 [5]
Fransa Fransa 800 000 [6]
İran İran 340 415 [7]
Polşa Polşa 50 000 [8]
Gürcüstan Gürcüstan 209 929 [9]
Suriya Suriya 100 000 [10]
Livan Livan 256 214 [11]
Argentina Argentina 230 000 [6]
Azərbaycan Azərbaycan 120 306 [12]
Ukrayna Ukrayna 99 900 [13]
Türkiyə Türkiyə 60 000 [14]
İordaniya İordaniya 4 300 [15]
Dili

Erməni dili

Dini

Xristianlıq
Qriqorian • Katolik • Protestantlıq
Erməni paqanizmi

Qohum xalqlar

Hemşinlilər

Məskunlaşma arealları[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Erməni diasporu
Dövlət Ermənistan Ermənistan
Krallığa namizəd Kipr kralı Yanusun (1398–1432) törəmələri:
  • Şahzadə Çarlz-Antoin
  • Şahzadə Viktor Emmanuel
Yaşadığı ərazilər Dağlıq Qarabağ (Azərbaycan),
AbxaziyaSamtsxe-Cavaxeti (Gürcüstan)
Parlamentdə və
hökumətdə iştirak
Livan Livan (hal-hazırda Daşnaksütun)
Hərbi
təşkilat
Şəhid Nubar Ozanyan dəstəsi (Suriya)
Erməni dilinin
statusu

Rəsmi status:

Qeyi-rəsmi status:

Əsasən tərk
etdikləri ərazilər
Tarixi dini
fəaliyyət
  • Kilikiya katolikosluğu (Livan)
  • İstanbul patriarxatlığı (Türkiyə)
  • Qüds patriarxatlığı (İsrail)
Digər böyük topluluq
və ya diaspora ölkələri

Rusiya Rusiya, ABŞ ABŞ, Fransa Fransa,
İran İran, Almaniya Almaniya, Braziliya Braziliya

Əlaqəli
etnik qruplar

Hemşinlilər, Çərkəz erməniləri,
Hayhurum, Erməni-tatlar

Azərbaycanın faktiki nəzarətində olan ərazilərdə 1999-cu il siyahıyaalınması zamanı 659 nəfər, 2009-cu il siyahıyaalınması zamanı isə 220 nəfər öz etnik mənsubiyyəti erməni olaraq göstərmişdir.[q 1]

Azərbaycan[redaktə | mənbəni redaktə et]

Ermənilərin
Yaşayış məntəqəsi 1999 sa.[16] 2009 sa.[17]
Bakı şəhəri ə/d 0 0
Sumqayıt şəhəri ə/d 0 0
Şirvan şəhəri ə/d 0 0
Gəncə şəhəri ə/d 0 0
Mingəçevir şəhəri ə/d 0 0
Naxçıvan MR 0 0
Abşeron rayonu 0 0
Ağcabədi rayonu 0 0
Ağsu rayonu 0
Ağstafa rayonu 0 0
Balakən rayonu 0 0
Bərdə rayonu 0 0
Beyləqan rayonu 0 0
Cəlilabad rayonu 0 0
Daşkəsən rayonu 0 0
Şabran rayonu 0 0
Gədəbəy rayonu 0 0
Goranboy rayonu 0 0
Göyçay rayonu 0 0
İmişli rayonu 0 0
İsmayıllı rayonu 0 0
Kürdəmir rayonu 0 0
Lənkəran rayonu 0 0
Masallı rayonu 0 0
Neftçala rayonu 0 0
Oğuz rayonu 0 0
Qax rayonu 0 0
Qazax rayonu 0 0
Qəbələ rayonu 0 0
Quba rayonu 0 0
Qusar rayonu 0 0
Saatlı rayonu 0 0
Sabirabad rayonu 0 0
Salyan rayonu 0 0
Şamaxı rayonu 0 0
Samux rayonu 0 0
Şəki rayonu 0 0
Şəmkir rayonu 0 0
Siyəzən rayonu 0 0
Tovuz rayonu 0 0
Ucar rayonu 0 0
Xaçmaz rayonu 0 0
Göygöl rayonu 0 0
Yevlax rayonu 0 0
Zaqatala rayonu 0 0
Ağdam rayonu 0 0
Bütün ölkə üzrə 0 0

Gürcüstan[redaktə | mənbəni redaktə et]

Rusiya[redaktə | mənbəni redaktə et]

Tacikistan[redaktə | mənbəni redaktə et]

21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 434 nəfəri etnik ermənilərdən ibarətdir.[18]

Fransa[redaktə | mənbəni redaktə et]

Türkiyə[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Türkiyə erməniləri

2008-ci ilə olan məlumata əsasən Türkiyənin təxminən 60.000 erməni kökənli vətəndaşı vardır.[14] Bundan əlavə təxminən 100.000 nəfər Ermənistan vətəndaşı qeyri-qanuni olaraq Türkiyədə işçi olaraq çalışmaqdadır.[19]

İran[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: İran erməniləri
  • 1966[20]-cı ildə aparılmış siyahıya almaya əsasən 25.078.923 nəfər İran əhalisinin 108.421[20] nəfəri və ya əhalinin 0,43%-i ermənilərdən ibarət idi. Onların 72.121[20] nəfəri Tehran şəhərində məskunlaşmışdı.
  • 1996-cı ildə aparılmış siyahıya almaya əsasən 60.055.488[21] nəfər İran əhalisinin 59.788.791[22] nəfəri (və ya əhalinin 99,55%[21]-i) müsəlman, 78.745[22](qadın: 39.267 nəfər, kişi: 39.478 nəfər) nəfəri (və ya əhalinin 0,13%-i) xristian (əsasən erməni və assuriyalı), 27.920[22] nəfəri (və ya əhalinin 0,05%-i) zərdüşti, 12.737[22] nəfəri (və ya əhalinin 0,02%-i) musəvi, 147.295 nəfəri (və ya əhalinin 0,25%-i) isə digər dinlərə etiqad edənlər olmuşdur .[22]
  • 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən 70.495.782 nəfərlik İran əhalisinin 99,43%-ni müsəlmanlar, 0,16%-ni (109.415 nəfər — qadın: 54.664 nəfər, kişi: 54.751 nəfər) xristianlar, 0,03%-ni zərdüştilər, 0,01%-ni musəvilər, 0,37%-ni isə digər dinlərə etiqad edənlər təşkil edir.[23]

Suriya[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Suriya erməniləri

2012-ci ilə olan təxminə əsasən Suriyada 70.000–80.000 nəfər dolayında erməni diasporu yaşamaqdadır.[24] Onların yarıya qədəri Hələb şəhərində məskunlaşıbdır. 2010-cu ildə onların bir hissəsi Zəngilan rayonuna gətirilmişdir.

İraq[redaktə | mənbəni redaktə et]

2003-cü ildə ABŞ İraqda hərbi əməliyyatlara başladığı zaman bu ölkədən 25.000-dən çox erməni yaşasa da, müharibənin təsiri ilə ölkədə yaşayan ermənilərin 40%-ə qədəri digər ölkələrə köç etmişdir.[25] 2012-ci il üçün İraqda ermənilərin sayı 15.000–16.000 nəfər dolayında qiymətləndirilir.[25]

Livan[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Livan erməniləri

2007-ci ilin sonuna olan rəsmi təxminə əsasən Livan əhalisi 3.759.136 nəfərdir .[26] 2005-ci ilə olan məlumata əsasən ölkədə 116.214 nəfər erməni yaşayır.[11] Onların 88.601 nəfəri qreqoryan, 20.259 nəfəri katolik, 7.354 nəfəri isə protestantdır .[11] Erməni toplumu Livan parlamentində 6 qriqoryan millət vəkili ilə təmsil olunur .[11] Siyasi-hərbi münaqişələr və sosial vəziyyətin pisləşməsi Livandakı erməni diasporasının ABŞ başda olmaqla Şimali Amerikaya, Avropa Birliyi ölkələrinə və Avstraliyaya köçünü sürətləndirmişdir, bu səbəbdən erməni əsilli əhalinin sayı artım göstərməyərək ildən ilə azalmaqdadır.

Misir[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Misir erməniləri

Bəzi məlumatlara əsasən Misirdə 2010-cu ilə olan təxminlərə əsasən 6.000–11.000 nəfər arası erməni əsilli əhali yaşamaqdadır.[27]

Efiopiya[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Efiopiya erməniləri

Sudan[redaktə | mənbəni redaktə et]

Məxəzlərdə ermənilər Sudan ərazisində ilk dəfə XVII–XVIII əsrlərdə xatırlanırlar.[28] Bununla belə bu ölkədə erməni cəmiyyəti XIX əsrin ikinci yarısında formalaşmağa başlamışdır.[28] Ənənəvi olaraq erməni cəmiyyəti Sudanın Xartum, Omdurman və Qadarif şəhərlərində cəmləşmişdir.[28] Sudanda ilk erməni məktəbi 1930-cu ildə əsasən məsihi etiqadlı əhaliyə sahib Qadarif şəhərində yaradılmışdır.[28] 1956-cı ildə paytaxt Xartumda "Erməni gimnaziyası" yaradılsa da 1977-c ildə mərkəzi hökumət tərəfindən bağlanıldı.[28] 1957-ci ildə Sudanda Müqəddəs Qriqori erməni kilsəsi açıldı.[28] 1965-ci ildə Sudanda erməni diasporasının sayı 2.3 min nəfərdən çox idi.[28] Sudanda mövcud olan erməni cəmiyyətinin önəmli hissəsini Türkiyədən, həmçinin MisirEfiopiyadan bura köçmüş əhalinin varisləri təşkil edirdi.[28] Efiopiya və Misirdə olduğu kimi Sudanda da ermənilər müəyyən dərəcədə yerli məsihi etiqadlı həbəş və kopt kökənli əhali ilə qaynayıb-qarışmışdı.[28] 2003-cü ildə baş vermiş Darfur hadisələri zamanı 300 nəfər erməni əsilli əhali də ödürüldü.[28] Hələ bu hadisəyə qədər ölkədə milliləşdirmə haqqında qanunun qəbulu ilə ermənilər ABŞ, Kanada, Böyük Britaniya, Misir və Fransaya köç etməyə başlamışdılar.[28] Ancaq Darfur hadisələri ilə bu köç kütləvi xarakter almış və beləliklə 2011-ci ilə olan məlumata əsasən ölkədə 50 nəfər erməni əsilli əhali qalmışdır.[28] Qalan əhali isə 60 % yaşlılardan ibarətdir.[28]

Braziliya[redaktə | mənbəni redaktə et]

Braziliyanın statistika xidmətinin məlumatına əsasən 1885-ci ildə ölkədəki ermənilərin sayı 100 nəfərdən çox deyildi.[29]

Erməni dili[redaktə | mənbəni redaktə et]

Erməni dili Hind-Avropa dilləri ailəsində xüsusi bir qol təşkil edən dildir. Yuxarı Fərat hövzəsində e.ə. 5-ci əsrdən varlığı haqqında mənbələrdə məlumat verilən bu dil b.e. V əsrindən Erməni əlifbası ilə yazıya köçürülmüşdür. Din adamı Mesrop Maştos (361–441) tərəfindən 405-ci ildə yaradılan 38 hərfli bu əlifba inkişaf etdirilərək günümüzə qədər istifadə olunmaqdadır. Mesrop Maştosun bu 38 hərfi yuxusunda gördüyü rəvayət edilir.

Müasir erməni dili mərkəzi İstanbul olmaqla Qərb ermənicəsi və mərkəzi İsfahan olmaqla Şərq ermənicəsinə bölünür. Ermənistanın rəsmi dili Şərq ermənicəsidir. Qərb ölkələrindəki diasporalarda yaşayan ermənilərin dili Qərb ermənicəsidir. Buna baxmayaraq Ermənistanın təsiri ilə son dövrlərdə Qərb erməniləri arasında da Şərq ermənicəsi yayılmaqdadır.

Dini mənsubiyyət[redaktə | mənbəni redaktə et]

Erməni topluluğu rəvayətlərə görə b.e. 301-ci ilndə "Aydınladıcı" ləqəbiylə anılan Aziz Qriqorun rəhbərliyi ilə xristian dinini qəbul etmişdir. Xristianlar arasında yayılan rəvayətə görə ermənilər xristianlığı bütünlüklə qəbul edən ilk xalqdır. Lakin mərkəzi İstanbul olan Bizans kilsəsi ilə erməni kilsəsi arasında çıxan narazılıqlar və çəkişmələrə görə 452-ci ildə Erməni kilsəsi kotoloik-ortodoks dünyası ilə yolunu ayıraraq beynəlxalq bir məzhəb olaraq fəaliyyət göstərməyə başlayıb. Erməni Apostoloik (Qriqoqyan) Kilsəsi adını daşıyan bu kilsə Qərb mənbələrində (erməni kilsəsinin qurucusu Aziz Qriqoryana ithafən) Qriqoryan Kilsəsi kimi qeyd olunur.

Diyər bir mənbəyə görədə ermənilər xristianlığı 583-cü ildə qəbul ediblər[30] Bununla bağlı Ziya Bünyadovun Gevorq Eminə yazdığı məktubda deyilir: "İlk dəfə olaraq 313-cü ildə albanlar, onlardan sonra isə gürcülər və bizanslılar xristianlığı qəbul ediblər. Ermənilər isə albanlardan 270 il sonra xristian olublar. 313 üstəgəl 270 neçə eləyir? Bəli – 583. Məhz həmin ildə ermənilər xristianlığı qəbul ediblər və deməli, erməni kilsəsinin yaradılmasının 1700 illiyinin qeyd olunması tədbirlərini hələ sonraya saxlamaq lazım gələcək. Belə ki, bu yalnız XXIII əsrdə olacaq!… Hamıya məlimdur ki, Qafqazda apostol kilsəsi alban kilsəsi olub. Heç olmasa katalikos Avraamın albanlara ünvanlanan məktubunu oxu: bizim erməni taxt-tacından əvvəl olan alban taxt-tacı və s. və i. Axı erməni kilsəsi qriqoryan kilsəsidir. Yəni öz başlanğıcını Qriqoridən götürür. Qriqori isə məlimdur ki, apostol Yeliseyin şagirdinin şagirdi olub. Əgər Qriqori apostol olmayıbsa, erməni kilsəsi necə apostol kilsəsi ola bilər. Bax, məsələ bundadır!"[31]

Deməli, ermənilərin əksəriyyətinin apostolik kilsəsinə məsub olmağına baxmayaraq burada tarixi saxtakarlıq göz qabağındadır. Bununla bərabər 17-ci əsrdə meydana çıxan az miqdarda katolik və protestant ermənilər də mövcuddur.

V əsrdə Qədim Erməni Çarlığının süqutu ilə erməni apostol kilsəsinə məsub olmaq erməniliyin əsas ünsürü kimi dəyərlədirilməyə başlandı. Beləliklə, erməni apostol kilsəsinə yox, katolik kilsəsinə mənsub olan ermənilər yunan, eləcə də Malazgird döyüşündən əvvəl və sonra İslamı qəbul etmiş ermənilər isə milli kimliklərini itirərək ərəb və türk kimi bilinməyə başlayıb. Osmanlı dövlətində də erməilərin etnik deyil, dini bir toplum olduğu vurğulanmaqdadır.

Tarix[redaktə | mənbəni redaktə et]

Ermənilərin antropoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Antropoloji, o cümlədən somotoloji (bədən ölçüləri), kranioloji (kəllə ölçüləri), odontoloji (diş quruluşu), seroloji (qan qruplarının tədqiqi) araşdırmalar sübut edir ki, uydurma "armenoid irqi" və ermənilər nəinki Cənubi Qafqazın aborigen əhalisi — yerli sakinləri deyillər, ümumiyyətlə, Ön Asiyaya da sonradan gəlmişlər. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan Respublikası ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövrünə aid tapıntılar da təsdiq edir[32]

Bundan əlavə, kəllə quruluşuna görə aparılan antropoloji tədqiqatlar erməniləri qısabaşlılar və ya braxikranlar qrupuna aid edir. Antropoloqlar (böyük alman alimi Virxov və başqa məşhur alimlər) Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdirmişlər ki, bu diyarın aborigen əhalisi, yəni, ən qədim yerli sakinləri uzunbaşlılar və ya dolixokranlar qrupuna aiddirlər, yəni, ermənilərin mənsub olduğu qısabaşlılar və ya braxikranlar qrupuna aid deyillər! Bu da bir daha sübut edir ki, indiki ermənilər Qafqazın yerli əhalisi deyillər[33]

Tədqiqatçılar göstərirlər ki, müasir ermənilərin əcdadları olduğu güman edilən köçəri qəbilələr eramızdan əvvəl təxminən XII əsrdə Balkan yarımadasından hərəkətə başlayıb Kiçik Asiyaya keçmiş və Yuxarı Fərat vadisində (Van gölünə doğru ərazilərdə) məskən salmışlar. Ermənilərin əcdadlarının bu əraziyə gəlmə olduqları tarix elmində sübut edilmiş faktdır[34]

İ.M.Dyakonov həmin əsərində ermənilərin əcdadları olduğu ehtimal edilən qəbilələrin Yuxarı Fərat vadisinə gəlmə olduqlarını tutarlı linqvistik və arxeoloji mənbələrlə sübut edir. O, öz tədqiqatlarını daha da dərinləşdirərək sonralar yenidən bu mövzuya qayıtmış və yuxarıdakı konsepsiyasını təsdiqləyən əlavə dəlillər gətirmişdir[35]

Yeri gəlmişkən, İ.M.Dyakonovun göstərdiyi yuxarı Fərat vadisində hökmranlıq edən yerli-aborigen hürrilər Azərbaycan xalqının ulu babalarından biridir. Başqa sözlə, elm çox aydın təsdiq edir ki, bu torpaqlarda, o cümlədən yuxarı Fərat vadisində məhz bizim — azərbaycanlıların ulu babalarından biri olan hürrilər yerli etnosdur, ermənilər isə köçüb gəlmədirlər!

Ermənilərin Asiya qitəsinə, o cümlədən də Cənubi Qafqaza gəlmə etnos olduqlarını başqa tədqiqatlar da sübut edir. Məsələn, görkəmli antropoloq V.V.Bunak Göyçə (indiki Sevan) hövzəsində qədim kəllə sümüklərini araşdıraraq qəti qənaətə gəlmişdir ki, bunların sonradan həmin əraziyə köçüb gəlmiş ermənilərlə heç bir əlaqəsi yoxdur[36]

Ermənilərin əcdadları güman edilən qəbilələrin köç saldıqları Yuxarı Fərat vadisi sonralar Urartu dövlətinin, Midiya (Mada) imperiyasının və İran-Əhəməni şahlığının tərkibinə daxil olmuşdur. Əhəməni şahlığının süqutundan sonra Balkan yarımadasından Kiçik Asiyaya köçüb gəlmiş və erməni tarixçilərinin "erməniləşdirdiyi", əslində isə ermənilərin əcdadları olduğu güman edilən (!) qəbilələrin yuxarı Fərat vadisində kiçik bir knyazlığı yarandı. Və zaman keçdikcə regiondakı siyasi hadisələrdən istifadə edərək tədriclə güclənən bu knyazlıq (tarixşünaslıqda "erməni çarlığı" da adlandırılır — müəllif) mənşəcə parfiyalı olan (yəni, erməni olmayan!) II Tiqranın (e.ə.95–55) hakimiyyətinin əvvəllərində qonşu ölkələrə (Kiçik Asiyanın qərbinə və Mesopotamiyaya doğru, yəni, Şərqə tərəf — Azərbaycana doğru yox!!!) işğalçı yürüşlər edərək, qısa bir müddət ərzində öz hakimiyyəti altında olan ərazini genişləndirə bildi. Lakin e.ə.66-cı ildə Roma sərkərdəsi Pompey II Tiqranın hərbi qüvvələrini darmadağın etdikdən sonra, Kiçik Asiyanın şərqində mövcud olmuş bu knyazlıq müstəqil dövlət kimi tarix səhnəsindən silinib getmişdir.

Kiçik Asiyanın şərqində ermənilərin yenidən siyasi səhnəyə gəlməsi xristian dininin meydana gəlməsi və yayılması dövrünə təsadüf edir.

Xristianlığı qəbul etdikdən bir müddət sonra vahid xristian kilsəsindən üz döndərən ermənilər təriqətçi monofizitlərin tərəfinə keçdilər və özlərinin əlahiddə Qriqorian kilsəsini yaratdılar. Qriqorian kilsəsi, artıq erməni dövlətinin mövcud olmadığı şəraitdə, pərakəndə erməni icmalarının təkcə dini deyil, eyni zamanda, siyasi himayəçisi funksiyasını da yerinə yetirməyə başladı.

Qriqorian kilsəsinin idarə etdiyi ermənilər bu vaxtdan başlayaraq, öz mövqelərini qoruyub saxlamaq və təcavüzkar məqsədlərinə nail olmaq üçün şəraitin dəyişməsindən istifadə edərək, başqa sözlə "küləyin istiqamətindən" asılı olaraq həmişə daha güclü xarici qüvvəyə sığınmaq yolunu tutdular. Belə ki, ermənilər Xilafət işğalları zamanı Bizansa qarşı Ərəb xəlifələri ilə sövdələşməyə girdilər. Ərəb xəlifələri, bunun müqabilində, Bizansa qarşı təriqətçi-monofizit erməniləri müdafiə etdilər. Beləliklə, Qriqorian kilsəsi öz təsir dairəsini genişləndirmək və keçmiş erməni knyazlığını dirçəltmək üçün ilk dəfə ərəb işğalları dövründə fəallaşdı.

Qədim Erməni çarlığı[redaktə | mənbəni redaktə et]

Əhəməni dövlətinin son dönəmində Arminiya satraplığının önəminin artdığı müşahidə olunur. Əhəməni dövlətini Makedoniyalı İskəndər tərəfindən süqut etdirilməsindən (e.ə.331-ci il) sonra bölgədə biri Şimali Araz hövzəsində, digəri Elazığ bölgəsində iki krallıq meydana çıxır. Hər iki dövlət Ellinist dövlətlərlə yaxın əlaqələr qururlar.

E.ə. I əsrin əvvəlində Selevkilər dövlətinin süqutu ilə erməni çarı II Tiqran (e.ə.96–55)ərazilərini Yuxarı Mesopotamiya və Suriyaya doğru genişləndirmə siyasəti yürütdü və bu günkü Livanın cənubuna qədər olan ərazini işğal etdi. II Tiqran ölkənin paytaxtını Diyarbəkir şəhəri yaxılığında saldırdığı Tiqranakert şəhərinə köçürdü. Lakin Roma imperiyası ərazidə güclü bir dövlətin yaradılmasına göz yuma bilməzdi. Qney Pompeyin komandanlığı altında Roma və Ermənistan hökmdarları arasında olan döyüşdə II Tiqran məğlub edildi və işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur oldu.

E.ə.I minillikdən b.e. IV yüzilliyinə kimi Erməni dövlətinin ərazisi Roma-Parfiya və Bizans-Sasani dövlətlərinin müharibə yeri olub. Erməni çarları tez-tez mübarizə aparan qüvvələr tərəfindən budəyişdirilirdi. Dövlətin zəiflədiyi bir dövrdə yerli bəy xanədanlıqları güclənir və müstəqilliyə can atırdılar. Ən önəmli xanədanlıqlar Muşda Mamikonyanlar, Qarsda Qamsaraqanlar, İspir,Qars, Ardanuç və Muşda Baqratunilər, BaşqalaVanda Ardzunilər, Gevaşda Rştunilər, Təkmanda Vahevunilər, Ərçişdə Abahunilər, [[Malazgirt]]də Knunilər idi.

387-ci ildə uzun çəkişmələrdən sonra nəhayət Erməni dövlətinin ərazisi Bizans və Sasani dövlətləri arasında bölündü və ərazi 300 ilə yaxin Bizans-Sasani sərhəddini təşkil etdi. Bizans tərəfindən götürülən Arminiya torpaqları Bizansın təyin etdiyi bəylər (əksər hallarda erməni nakhararlarından təyin olunurdu) tərəfindən, Sasanilərin tərkibinə qatılan kiçik bir ərazi isə Sasanilərin təyin etdiyi canişinlər (vostikan) tərəfindən idarə olunmağa başladı. 451-ci ildə erməni bəyi Vardan Mamikonyan tərəfindən Sasanilərə

Orta əsrlər dövrü[redaktə | mənbəni redaktə et]

Erməni ölkəsi 640–653-cü il yürüşlərindən sonra Ərəb Xilafətinin tərkibinə qatıldı. Lakin Xilafət digər bölgələrdən fərqli olaraq bu ərazilərdə ərəbləşdirmə və İslamlaşdırma siyasəti yeritməyərək erməni bəylərinə böyük azadlıqlar verdi.

Abbasilər xilafətinin zəiflədiyi bir dövrdə, Bizansın ermənilərə yaxınlaşma təhlükəsi yarandığı bir vaxtda Abbasi xəlifələri də əsasən Xilafət tərəfdarı kimi tanınan Baqratunilər və Ardzunilərə böyük önəm verməyə başlamışdılar. Məhz bu dövrdə xəlifə Harrun Ər Rəşid Baqratunilərdən "Ətyeyən" ləqəbi ilə tanınan Aşotu erməni əmiri təyin etmişdi. Onun nəvəsi olan II Aşot Baqratuni isə 886-cı ildə "Şahənşahi ərmən" adı ilə erməni tacını qəbul etmişdir. Qars və Ani şəhərlərində hökmdarlıq edən Baqratunilərlə yanaşı Gevaş və Ağdamar adasında hökmdarlıq edən Ardzunilər də erməni tacına iddia edirdilər. Nəticədə hər iki dövlət daxili çəkişmələr səbəbiylə dağılmışdı. Lakin hər iki dövlətdən bəzi mədəniyyət abidələri qalmışdır. Ağdamar adasındakı Surp Xaç Klisəsi belə abidələrdəndir. Malazgirt döyüşündən sonra Anadoluda Bizans hökmranlığının zəifləməsi ilə bəzi erməni bəyləri müstəqillik qazansalar da, türklərin əraziyə gəlişi ilə onlara tabe olmuşlar. Yalnız Kilikiya (Çuxurova) bölgəsində Sis və Anavarza qalalarında yerləşən Kilikiya çarlığı (Rupenyan bəyliyi) 300 ilə yaxın bir müddətdə öz müstəqilliyini saxlamışdı.

Türklərdən asılılıq dövrü[redaktə | mənbəni redaktə et]

Erməni olkəsi 11-ci əsrdən etibarən AnadoluAzərbaycanda qurulan müxtəlif imperiyaların tərkibinə daxil olmuşdur. Məhz bu dövrdə bir çox erməni yaşayış yerləri əvvəlcə monqolların yürüşləri, sonralar isə Səfəvi-Osmanlı müharibələri zamanı dağılmış və ya tərk edilmişdir.

XV əsrdə Ağqoyunlular ermənilərdən osmanlılar əleyhinə istifadə etmək məqsədi ilə Erməni Kilsəsini müdafiə siyasəti yürüdərək 1441-ci ildə Erməni Katolikosluğunu Qərbi Azərbaycana (indiki Ermənistan Respublikası) – Üçmüədzin ərazisinə köçürmüşdür. Bu ərazilərin tarixi sakinləri olan Qar-qar (Gər-gər) türkləri isə sıxışdırılmışdı. Fateh Sultan Məhmədin 1476-cı ildə İstanbulda Erməni Patrikilyi qurdurmasıyla Ağqoyunlu və Osmanlı imperiyaları arasında bu sahədə də rəqabət aparıldığını görürük.

1606-cı ildə Səfəvi şahı I Şah Abbas İsfahan yaxınlığında Yeni Culfa yaşayış yeri saldıraraq Anadoludan, xüsusilə də Qarsdan köçürdüyü 150 mindən artıq ermənini burada məskunlaşdırdı. Bu dövrdən etibarən Yeni Culfa İstanbul ilə birgə dünyada erməni mədəniyyətinin iki mühüm mərkəzindən biri kimi tanınır.

Ermənilərin Cənubi Qafqaza köçürülməsi[redaktə | mənbəni redaktə et]

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. Bu dövrdə regionun zəngin təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyən çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Türkiyə və İrana qarşı müharibə apararkən "erməni amili"ndən siyasi alət kimi istifadə etmişdir. XIX əsrin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov Gəncəni tutduqdan sonra, 1805-ci il 22 may tarixli, 19 nömrəli raportunda yazırdı ki, Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik. Belə bir məqsəd tezliklə həyata keçirildi. 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla general Sisianov arasında müqavilə imzalandı.Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil olan kimi P.D.Sisianov dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün Cənubi Qafqazın digər əyalətlərindən erməniləri bura köçürməyə başladı. Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən mühüm sənəd olan və çar məmurları Yermolov və Mogilyovski tərəfindən tərtib edilən "Qarabağ əyalətinin təsviri"nə görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Yəni, hələ 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə erməni ailələrinin sayı artıb 4 min 366-ya çatmışdır. Qarabağın dağlıq hissəsində erməni əhalisinin xeyli dərəcədə çoxaldılması XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın Rusiya tərəfindən işğal edilməsindən sonra baş vermişdir. 1804–1813-cü, 1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artmağa başladı. Çar Rusiyasının Qafqazı işğal etməsini N.N.Şavrov açıq söyləyir və bu məqsədlə həmin əraziyə ilk dəfə başqa millətlərin köçürülməsini yazırdı: "Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil, xaricilərin köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi". Qarabağın dağlıq hissəsinə əvvəlcə rəsmən 124 min, daha sonra isə qeyri-rəsmi olaraq xeyli erməni köçürülmüşdür. Ümumiyyətlə, 1828–1830-cu illər ərzində Qarabağın dağlıq hissəsinə 200 mindən çox erməni köçürülmüşdür. Bu faktları N.N.Şavrov belə təsvir edir: "1828–1830-cu illər müharibəsi qurtarıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Onların məskunlaşması üçün 200.000 desyatindən çox xəzinə torpağı ayrılmış və habelə bu məqsədlə müsəlmanlardan 2 milyon manatlıqdan çox xüsusi sahibkar torpağı satın alınmışdı. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məkunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur". Bu fakt onu göstərir ki, köçürülən ermənilər, əsasən ermənilər yaşamayan və ya az erməni yaşayan ərazilərdə yerləşdirildilər. Buradan belə məlum olur ki, XIX əsrin əvvəllərinə, xüsusilə Türkmənçay müqaviləsinə qədər Azərbaycanın Gəncə və İrəvan quberniyalarında ermənilərin sayı çox az olmuşdur. Beləliklə, Türkmənçay müqaviləsindən sonrakı iki ildə çar Rusiyasının himayədarlığı nəticəsində ermənilər Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Qarabağın dağlıq hissəsində məskunlaşmağa nail oldular. Çarizmin ermənilərə olan bu himayədarlığı sonrakı illərdə də özünü göstərirdi. XIX əsrin sonu – XX əsrin əvvələrində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilədək – 13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü. Bu barədə N.N.Şavrov yazır: "1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil. Onları buraya biz köçürmüşük". Ümumiyyətlə, Qarabağın dağlıq hissəsinə ermənilərin köçürülməsi bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərdi. 1897-ci ildə əhalinin siyahıya alınması zamanı Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-sinin azərbaycanlı, 18 min 616-sının isə erməni ailəsi olduğu bildirilir. 1917-ci ildə isə Qarabağda ermənilərin sayı gəlmələrin hesabına artaraq ümumi əhalinin 46 faizini, azərbaycanlılar isə 51 faizini təşkil etmişdir. 1917-ci ilin "Kavkazski kalendar" məcmuəsinin yazdığına görə, Qarabağda 199 min azərbaycanlı (58,3 faiz) və 142 min erməni (41,7 faiz) yaşayırdı. Göründüyü kimi, çar Rusiyasının himayəsi sayəsində süni surətdə ermənilərin mərhələ-mərhələ köçürülüb Qarabağda yerləşdirilməsinə baxmayaraq, azərbaycanlılar həmin torpaqların əzəli sakinləri olmaqla yanaşı, bütün dövrlərdə çoxluq təşkil etmişlər. "Kavkazski kalendar"ın salnamələrində verilən statistik məlumatlar sübut edir ki, Ermənistanın indiki ərazisində də əvvəllər azərbaycanlılar ermənilərdən xeyli çox olmuşdur. Məsələn, 1886-cı ildə Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasındakı 326 kənddən 154-ü azərbaycanlı kəndi (45,7 faiz), 91-i kürd kəndi (27,8 faiz) və yalnız 81-i erməni kəndi (24,8 faiz) olmuşdur. 1889-cu ildə Zəngəzur qəzasının azərbaycanlı əhalisi ermənilərdən 1500 nəfər çox olmuşdur. 1897-ci ildə isə Zəngəzurun əhalisi 142 min nəfər olmuşdur ki, onlardan 71,2 mini (50,1 faiz) azərbaycanlı, 63,6 min nəfəri isə (44,8 faiz) erməni olmuşdur. Ermənistan Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2 faizi). Z.Kirokodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş "Sovet Ermənistanının əhalisi 1831–1931″ kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşdur. İrəvan quberniyasının 1920-ci ilədək Azərbaycanın tərkibində olan qəzalarında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olmuşdur. Məsələn, qəzada olan 99 min nəfərdən 62,6 mini azərbaycanlı (66 faiz), 36,4 min nəfəri erməni (34 faiz) olmuşdur. İrəvan quberniyasının Eçmiədzin, Yeni Bəyazid, Sürməli qəzalarında isə azərbaycanlılar əhalinin üçdə birini təşkil etmişdir. 1916-cı il yanvarın 1-nə olan məlumata görə, bu ölkələrdə əhalinin etnik tərkibi yenə azərbaycanlıların xeyrinə çoxluq təşkil edirdi. İrəvan qəzasında 74,2 min nəfər və ya 48 faiz, Zəngəzur qəzasında 119,5 min və ya 53,3 faiz, Yeni Bəyazid qəzasında 50,7 min nəfər, Sürməli qəzasında 45 min nəfər azərbaycanlı olmuşdur. Bu rəqəmlər əyani surətdə sübut edir ki, XIX və XX əsrlərin əvvəllərində indiki Ermənistanın ərazisində yerli əhali olan azərbaycanlılar əksəriyyət təşkil etmişlər. Erməni millətçiləri XIX əsrin sonlarında – 1885-ci ildə Marseldə "Armenakan", 1887-ci ildə Cenevrədə "Qnçaq", 1890-cı ildə isə Tiflisdə "Daşnaksütyun" partiyalarını yaratdılar. Bundan sonra, ermənilərin "Böyük Ermənistan" yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu.

Erməni Reformasiya hərəkatı və millətçiliyin təşəkkülü[redaktə | mənbəni redaktə et]

Osmanlı erməniləri arasında Qərbləşmə və reformasiya hərəkatı 18-ci əsrin əvvəllərindən geniş vüsət aldı. 1701-ci ildə Sivaslı Mkhitar Vartabedin rəhbərliyi ilə başlayan reformasiya qız və oğlanlar üçün müasir məktəblər açılması, qədim kilsə ermənicəsinin xalq dilinə yaxınlaşdırılması, Qərb dillərindən kütləvi kitabların tərcüməsi və s. məsələləri hədəf qoymuşdu. Erməni Reformasiya hərəkatı 1860-cı ildə Sultan Əbdülməcidin elan etdiyi "Erməni milləti nizamnaməsi" ilə ən yüksək zirvəsinə çatdı. Bu nizamnamə ilə qurulan "Erməni Millət Məclisi" sonradan Osmanlıda "Qanuni-Əsasi" ilə qurulan "Məbusan Məclisi"nə də örnək olub. 1856-cı il "İslahat fərmanı" ilə ermənilər artıq Osmanlıda yüksək dövlət vəzifələri tutmağa başladılar.

Ermənilərin ilk sosialist və inqlabçı təşkilatı olan "Xıçnaq" İsveçrənin Cenevrə Universitetinin tələbəsi Avedis Nazarbekyan tərəfindən qurulmuşdu. 1890-cı ildə Tiflisdə Xristofor Mikaelyan, Stefan Zoroyan və Simon Zarayan tərəfindən qurulan "Daşnaqsütyun" tezliklə Rusiyadan yardım görərək Osmanlını parçalama və Azərbaycanı işğal fəaliyyətinə başladı. 1895-ci ildə "Daşnaqsütyun"un rəhbərliyi ilə təşkil olunmuş Anadolu üsyanı Sultan II Əbdülhəmid tərəfindən yatırıldı və bu hadisə Qərb və erməni mənbələrində I Erməni Qətliamı olaraq qiymətləndirildi. Əbdülhəmid səltənətinin son dövründə "Daşnaqsütyun" türk "İttihad və Tərəqqi" təşkilatı ilə birgə hərəkət etmişdi. Lakin sonradan müttəfiqlər arasında nifaq düşmüşdü.

Ermənistan Respublikasının yaradılması[redaktə | mənbəni redaktə et]

1828-ci il 10 fevralda Rusiya və Qacarlar imperiyası arasında bağlanan Türkmənçay sülh müqaviləsi Azərbaycanın bölünməsi ilə yanaşı ermənilərin Azərbaycanda məskunlaşdırılmasını da nəzərdə tuturdu. Müqaviləyə əsasən Türkiyəİrandan ermənilər Azərbaycanın İrəvan, Naxçıvan, Zəngəzur və Qarabağ ərazisinə köçürüldü. Rusiyanın erməniləri köçürməkdə məqsədi iki türk dövlətini bir-birindən ayrı salmaq idi. Sonradan Rusiya imperiyasının məqsədyönlü siyasəti nəticəsində ərazidə ermənilərin sayı daha da artırıldığı halda azərbaycanlılar öz yurdlarını tərk etməyə məcbur edildi. Beləliklə, Rusiya imperiyası dağıldığı zamanda artıq bölgədə önəmli bir sayda erməni vardı. Lakin azərbaycanlılar hələ də üstünlüyü saxlayırdılar. Çar Rusiyasından qurtulan digər xalqlar kimi ermənilər də öz milli hökumətlərini qurmaq istədilər. Lakin onların Qərbi Azərbaycan ərazisində məskunlaşdırıldığı yerlər pərakəndə və az idi. Buna görə də erməni ziyalıları Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə müraciət edərək İrəvan mahalının onlara güzəştə gedilməsini xahiş etdilər. Yenicə qurlmuş və çətin dövrlərini yaşayan Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin 86 faizini azərbaycanlıların təşkil etdiyi İrəvan nahiyyəsini ermənilərə güzəştə getməyə məcbur oldu. Lakin qarşılığında ermənilər Zəngəzur və Qarabağa olan iddialarından əl çəkməli idilər. Əgər gələcəkdədə belə bir iddia irəli sürülərsə AXC müqavilənin imzalanmasından keçən 100 il ərzində İrəvan nahiyyəsini geri almaq hüququnu saxlayırdı (Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bu hüquq indi ona məxsusdur). Sovet dövründə Azərbaycanın Zəngəzur, üstəlik Göyçə bölgələri də Ermənistana verildi. Müstəqillik qazandıqdan sonra(1991) isə ermənilər Qarabağı işğal etdilər.

Soyqırımı iddiaları[redaktə | mənbəni redaktə et]

1914-cü ildə I. Dünya Müharibəsindən öncə Osmanlı İmperiyasında siyahıya almaya görə bütün imperiya əhalisi 18.520.016 nəfər, İstanbul daxil bütün imperiya ərazisində yaşayan qriqoryan və katolik ermənilərin sayı 1,23 milyon olmuşdur (Qeyd: Qriqoryan ermənilər 1.162.169 nəfər olmaqla).[37] Erməni kilsəsinin vergi qeydlərinin 1913-cü il statistikasına görə bu rəqəm 1.916.000-dir. Qərb mənbələrində isə bu rəqəm 1.600.000 ilə 1.800.000 arasında dəyişir. Cümhuriyyət dövrünün ilk siyahıya almasında (1927) Türkiyədəki ermənilərin sayı 100.000 olaraq göstərilib. Birinci Dünya Müharibəsi dövründə həyata keçən bu böyük say dəyişikliyi erməni mənbələrində adətən Mezu Yeğern (Böyük fəlakət) və ya Çart (Qırım) olaraq adlandırılır və müasir erməni tarixinin dönüş nöqtəsi olaraq qiymətləndirilir. 1965-ci ildən sonra müxtəlif ölkələrdəki erməni diasporaları təbliğat işi apararaq bu hadisəni Erməni soyqırımı kimi tanıtmağa çalışırlar. Lakin tarixi sənədlərdən bəllidir ki, Osmanlıdakı ermənilərin sayının azalmasının səbəbi onların öldürülməsi deyil, Livan, Suriya və digər ərazilərə köçürülməsidir. Hazırda da bu ərazilərdə ermənilər kütləvi şəkildə yaşamaqdadır.

Məşhur ermənilər[redaktə | mənbəni redaktə et]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. AzStat–ın məlumatına görə: 1989-cu il əhalinin siyahıyaalınmasının yekunları əsasında aparılan ekspert hesablamalar nəticəsində Dağlıq Qarabağ regionunda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 120086 nəfər (kişilər 57904, qadınlar 62182) təşkil edib. 2009-cu ildə keçirilən sonuncu əhalinin siyahıyaalınmasının yekunlarına əsasən, Dağlıq Qarabağ istisna olmaqla ölkənin digər ərazilərində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının sayı 220 (kişilər 17, qadınlar 203) nəfər olub. (Bax Arxivləşdirilib 2015-07-02 at Archive.today)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Institute for Armenian Research (ERAREN) :The Armenian Community of France and Turkey: Propaganda and Lobbyism Arxivləşdirilib 2021-09-20 at the Wayback Machine
  2. Encyclopedia of the Peoples of Africa and the Middle East/Jamie Stokes, editor; Anthony Gorman and Andrew Newman, historical consultants.Includes bibliographical references and index. ISBN 978-0-8160-7158-6 (hardcover : alk. paper),ISBN 978-1-4381-2676-0 (e-book). An imprint of Infobase Publishing 132 West 31st Street New York NY 10001 in the United States of America, 2009.: Contents: Entries A to Z: Armenians, page 66
  3. "National Statistical Service of the Republic of Armenia". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-02.
  4. Портал "Всероссийская перепись населения 2010 года" — Окончательные итоги Всероссийской переписи населения 2010 года: Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
  5. "United States Federal Statistics : • Bureau of the Census (2000 census)". 2013-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-02.
  6. 1 2 Интернет-портал "Армяне в мире": Armeninan population in the world Arxivləşdirilib 2013-05-11 at the Wayback Machine
  7. "Statistical centre of Iran - (2006)". 2010-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-29.
  8. "Narodowy Spis Powszechny 2011 (Polish Census of 2011)". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-16.
  9. "Statistics Georgia : population census 2002". 2006-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-03.
  10. "Joshua Project – Unreached Peoples of the World : Armenian of Syria". 2005-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-02.
  11. 1 2 3 4 Ermeni Araştırmaları Enstitüsü (ERAREN) :Lübnan'da Ermeni Diasporası Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine
  12. "Arxivlənmiş surət". 2020-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  13. "Численность и состав населения Украины по итогам Всеукраинской переписи населения 2001 года". 2011-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
  14. 1 2 Milliyet Gazetesi: Dışişleri: Azınlık sayısı 89 bin (haberin yayınlanma tarihi: 12 Aralık 2008) Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine

    Dışişleri Bakanlığı tarafından TBMM’ye gönderilen rapora göre, Türkiye’de toplam 60 bin Ermeni, 25 bin Musevi ile 3–4 bin civarında Rum asıllı vatandaş yaşıyor ve bunlara ait 270 ibadethane bulunuyor

  15. "Joshua Project – Unreached Peoples of the World : Armenian of Jordan". 2005-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-02.
  16. Population statistics of Eastern Europe:Ethnic composition of Azerbaijan by 1999 census Arxivləşdirilib 2013-07-29 at the Wayback Machine
  17. Population statistics of Eastern Europe:Ethnic composition of Azerbaijan by 2009 census Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  18. Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон:Ҷилди 3. Ҳайати миллӣ ва донистани забонҳо, шаҳрвандии аҳолии Ҷумҳурии Тоҷикистон Arxivləşdirilib 2017-01-13 at the Wayback Machine
  19. Hürriyet Gazetesi: 100 bin Ermenistan vatandaşı için son 13 gün (haberin yayınlanma tarihi: 12 Ocak 2012) Arxivləşdirilib 2012-08-19 at the Wayback Machine

    Erdoğan, mart 2010 'da BBC'ye verdiği bir demeçte, Türkiye'de kaçak olarak çalışan 100 bin kadar Ermenistan vatandaşından bahsetmiş, Ermenistan tasarısı nedeniyle yaşanan krizlerin "Ermenistan'a zarar vereceğini" vurgulamış, gerekirse Türkiye'de yaşayan 100 bin Ermenistan vatandaşının sınırdışı edilebileceğini vurgulamıştı. Başbakan, "Bakın benim ülkemde 170 bin Ermeni vatandaş var; bunların 70 bini benim vatandaşımdır. Ama yüz binin Ermenistan vatandaşını biz ülkemizde şu anda idare ediyoruz. E ne yapacağım ben yarın, gerekirse bu yüz binine 'Hadi siz de memleketinize' diyeceğim; bunu yapacağım. Niye? Benim vatandaşım değil bunlar… Ülkemde de tutmak zorunda değilim" demişti.

  20. 1 2 3 Encyclopædia Iranica :ARMENIANS OF MODERN IRAN Arxivləşdirilib 2018-10-26 at the Wayback Machine
  21. 1 2 United Nations High Commissioner for Refugees (UNHCR) — The UN Refugee Agency :Core document forming part of the reports of States Parties : Iran (Islamic Republic of). 30.06.1998. HRI/CORE/1/Add.93. (Core Document) Arxivləşdirilib 2012-06-09 at the Wayback Machine
  22. 1 2 3 4 5 "The Middle East and North Africa 2003". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-17.
  23. UNESCO :"Education for all"-2000–2006 Islamic Republic of Iran Arxivləşdirilib 2010-07-05 at the Wayback Machine
  24. Центр Льва Гумилева — Современное евразийство :Армянская община Сирии под угрозой Arxivləşdirilib 2023-07-10 at the Wayback Machine
  25. 1 2 Информационный Центр газеты армян России "Еркрамас" :Около 40% армян, проживавших в Ираке, покинули эту страну с начала войны в 2003 году – ТВ Arxivləşdirilib 2012-04-19 at the Wayback Machine
  26. Official site of the Central Administration for Statistics — Presidency of the Council of Ministers in Lebanon :Lebanon in Figures 2008 Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine gathers number of social and economic indicators: About Lebanon, Population, Education, Employment, Tourism, Consumer Price Index, National Accounts. Last Updated (Monday, 12 July 2010 09:32)
  27. Интернет-портал "Армяне в мире": Армяне в Египте Arxivləşdirilib 2013-01-07 at the Wayback Machine
  28. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Интернет-портал "Армяне в мире": Арман Акопян. Армяне в Судане Arxivləşdirilib 2013-01-07 at the Wayback Machine. "Ноев ковчег", № 20 2011.
  29. Интернет-портал "Армяне в мире": Арман Акопян. Об истории формирования армянской общины Бразилии[ölü keçid]. "Ноев ковчег", № 18, октябрь 2012
  30. Z.Bunyadov "O вынужденным диалоге Геворга Емина".
  31. Tahirə Bünyadova. Сильнее смерти. Bakı: Elm, 2002, səh. 235. (Ziya Bünyadovun Qevorq Eminə müraciətlə yazdığı məqalədən).
  32. Bunak V.V., Crania Armenica, M., 1927, səh. 26).
  33. (Djavaxaşvili İ.A., İstoriə qruzinskoqo naroda, Tiflisğ, 1916, səh. 11–12).
  34. Dğəkonov İ.M., Predıstoriə armənskoqo naroda, Erevan, 1968).
  35. (İ.M.Dğəkonov. Malaə Aziə i Armeniə okolo 600 q. do. n.g. i severnıe poxodı vavilonekix üarey "Vestnik drevney istorii", 1981, ¹2, s.34–63). İ.M.Dyakonovun bu məqaləsindəki bəzi fikirləri oxucuların diqqətinə olduğu kimi çatdırmağı lazım bilirəm: "Protoarməne poəvilisğ v basseyne verxneqo Evfrata v kaçestve prişloqo (a stalo bıtğ, neosedloqo skotovodçeskoqo) naroda v period qospodstva zdesğ luviyskoy i xurritsko-urartskoy üivilizaüiy … ob avtoxtonnosti protoarmənskoqo net reçi" (s.54–55). "Sleduet uçitıvatğ, çto protoarmənskie prişelğüı, po-vidimomu, sostəli v menğşinstve po sravnenii s mestnım luviyskim i xurritskim naseleniem" (s.59)
  36. Bunak V.V. "Çerepa jeleznoqo veka iz Sevanskoqo rayona Armenii — Russkiy atropoloqiçeskiy jurnal", 1928, tom XVII, vıp. 3–4). Odontologiya sahəsində aparılan tədqiqatlar da eyni nəticəni təsdiq edir: "etnik odontologiya erməni etnosunun "Qafqaz mənşəli olduğunu" təsdiq etmir" (Koçiev R.S. Zakavkazğe i Severnıy Kavkaz. — V kn.: Gtniçeskaə odontoloqiə SSSR. Moskva, 1970, s. 135, 141). Rus Qafqazşünası İ.Şopen isə daha konkret və birmənalı nəticəyə gəlmişdi: ermənilər gəlmədirlər; onlar frigiyalıların və ioniyalıların Qərbdən, yəni, Avropadan Anadolu dağlarının Şimal vadilərinə köçüb gəlmiş nəsilləridir (Şopen İ. Novıe zametki na drevnöö istoriö Kavkaza i eqo obitateley. S.-Peterburq, 1896, s.26). Bir sözlə, bütün yuxarıda göstərilənlər və digər axtarışlar "tarixin atası" Herodotun hələ eramızdan əvvəl V əsrdə yazdığı bir həqiqəti təsdiq edir: ermənilər Kiçik Asiyaya Qərbdən — Avropadan köçüb gəlmişlər; onlar frigiyalıların nəsilləridir (Qerodot. İstoriə v devəti kniqax. I: 180, 194; III: 93; V: 49, 52; VII: 73).
  37. Kemal H. Karpat, Osmanlı Nüfusu (1830–1914), Tarih Vakıf Yurt Yayınları, İstanbul, 2003, sayfa 226–227; bir çok kaynaktan aktaran DİE, Cilt 2, sayfa 46.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ermeni Araştırmaları Enstitüsü
  • [1] İspaniyada 2005-ci il siyahıya almasına əsasən 7,863 nəfər erməni yaşayır.
  • Fəridə Məmmədova İstoriya Kavkazskie Albaniya i Albanı 1-ci cild
  • Vahan Kurkijyan-A History of Armenia
  • James B Minahan, Miniature Empires: A Historical Dictionary of the Newly Independent States

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]