Kərim Məşrutəçi Sönməz

Vikipediya, azad ensiklopediya
Qalxan (müzakirə | töhfələr) (→‎Yaradıcılığı) tərəfindən edilmiş 08:34, 15 oktyabr 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kərim Məşrutəçi Sönməz
Doğum tarixi 1928
Doğum yeri
Fəaliyyəti şair

Kərim Məşrutəçiİranın nüfuzlu qələm sahiblərindən. “Sönməz” təxəllüsü ilə yazdığı əsərlərlə oxuculara daha yaxşı tanış olan naşir [1].

Həyatı

Yaradıcılığı

1979-cu il İran islam inqilabından sonra, professor Həmid Netqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Mənzuri Xamneyi, Səməd Sərdarniya, Qulamhüseyn Beqdeli ilə birlikdə Varlıq (jurnal)ını təsisçi Cavad Heyətlə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.

Yar bağında, bilmirəm ki, sənə mən
Bağban deyim, çiçək deyim, nə deyim.
Bu günahkar, qalmaqallı dünyada
Sənə məsum mələk deyim, nə deyim.
 
Sən kimilər həqqimizin üzrəti (izzəti),
Şərafəti, iftixarı, qiyməti
Səndə olan təmizliyi, qeyrəti
İnsanlığa örnək deyim, nə deyim.
 
Ruhum sənin dostluğunla öyünən
Alqış deyər sənə mavi göy ilən
Sənə xəlqin sinəsində döyünən
İstiqanlı ürək deyim, nə deyim.
 
Gəldi çatdı göndərdiyin qızılgül,
Sən özün də, bir gül kimi qızın, gül.
Bahar kimi elin gülsün, özün gül.
Allah sənə kömək deyim, nə deyim![2]
 
Sönməz. 2 may 1989-cu il.

Həmçinin bax

İstinadlar

  1. Azərbaycanlı alim "Sönməz" təxəllüsü ilə İran nəşrində
  2. Unudulmaz alim, müdrik insan