Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu.
Məhəmmədəli Fərzanə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Göteborq İsveç |
Həyat yoldaşı | Əxtər Bədustani |
Fəaliyyəti | yazıçı |
İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü[1] və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub[2].
Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub[3][4]. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib.
Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub.
Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi[5]. İlk əsərləri olan "Füzuli lirikasına bir baхış" və "Divani-lüğət-it-türk" əsərində atalar sözü və məsəllər" məqalələri "Vətən yоlunda" qəzеtində çap оlunub. Bu qəzetin redaksiyasında yaradılmış "Şairlər məclisi"-nin üzvü olub. Azərbaycan Milli Hökuməti dövründə bir il ərzində ana dilində 40-a yaxın elmi-publisistik məqalə çap etdirir və folklor nümunələri eləcə də ədəbiyyat tariximizə dair materiallar toplayır.
1964-cü ildə "Bayatılar" və iki cildlik "Azərbaycan dilinin qrammatikası" kitabları nəşr edilib.
1977-ci ildə qardaşı Yusiflə birlikdə “Fərzanə” nəşriyyat evi yaradır. Burada 50-dən artıq dərslik, ədəbiyyat və tarix kitabları, o cümlədən milli hökumət dövründə özünün yazdığı “Ədəbi qiraət” adlı dərsliyi, S.C.Pişəvərinin məqalə və nitqləri, M.Ə.Sabirin “Hophopnamə”si, üçcildlik “Klassik şeirlərdən seçmələr”, “Səməd Vurğun”, Ə.Babayevanın “Haradasan, dost, harada?”, N.Axundovun “Azərbaycan satirik ruznamələri” bu nəşriyyatda çap olunur[6].
1979-cu ildən nəşr olunan Varlıq jurnalının heyətinin ilk üzvlərindən olub və daima bu jurnal üçün məqalələr yazıb[7].
İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub[8].
Professor Məhəmmədəli Fərzanə 2006-cı il yanvarın 17-də İsveçdə vəfat edib. O öz vəsiyyətinə uyğun Təbriz şəhərində dəfn olunub[9].
Atası Təbrizili, anası isə Qaradağda yaşayan Çobanilər tayfasından olub. Atası Əkbər Fərzanə Məşrutə inqilabının iştirakçısı olub[10].
1976-cı ildə Əxtər Bədustani ilə ailə qurub. Əxtər xanım Məhəmmədəli Fərzanənin ölümündən sonra onun əsərlərinin nəşr etdirib, illərlə radio proqramlar hazırlayıb və Azərbaycan mədəniyyəti və ədəbiyyatını təbliğ edib. Ömrünün son illərində Avropa və Amerikada yayımlanan azərbaycandilli radio və televiziyalarda Azərbaycan mədəniyyəti barədə proqramlar hazırlayıb və müsahibələr verib. Bir neçə il İsveçdə Azərbaycan radiosunda mədəniyyət və ədəbiyyata aid proqramlar hazırlayıb. 2017-ci il dekabrın 8-də Tehranın Kəsra xəstəxanasında boynundan əməliyyat olunub və xəstəxanada dünyasını dəyişib[1].