Qulamhüseyn Beqdeli

Qulamhüseyn Fətulla xan oğlu Begdili (15 mart 1919, Duraqlı (Xudabəndə), Zəncan ostanı1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor.

Qulamhüseyin Begdili
Qulamhüseyn Fətulla xan oğlu Begdili
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Kərəc, İran
Fəaliyyəti şair, ədib, xəttat, tarixçi, yazıçı
Əsərlərinin dili Azərbaycan dili

Qulamhüseyn Begdili 1919-cu ildə Tehran şəhərində anadan olub[1][2]. Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.[3]

Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Demokratik hərəkatın süqutundan sonra 1946-cı ildən ailəlikcə siyasi mühacir kimi Şimali Azərbaycanda yaşamışdır. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olmuşdur. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kobmaya sürgün edilmişdir. Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1958-ci ildən etibarən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi işləmişdir. 1960-cı ildə "Marağalı Əvhədinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ildə isə "Nizaminin "Xosrov və Şirin" poeması və bu mövzunun Yaxın və Orta Şərq ədəbiyyatında işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1979-cu il inqilabından sonra fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Qulamhüseyn Begdilinin İmamzadə Tahir Qəbiristanlığındakı məzarı

1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Həsən Məcidzadə SavalanTehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.

Klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Nizami, Qətran Təbrizi, Əvhədi, Nəvai əsərlərindən tərcümələri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçısı və təbliğatçılarından biridir. Klassik şairlərin həyatı və yaradıcılığı barədə külli miqdarda elmi məqalələri dərc olunmuşdur.

1998-ci ilin avqust ayının 16-da Kərəc şəhərində vəfat etmişdir[4].

  1. Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah. 2015. səh. 67. (#accessdate_missing_url)
  2. From the King’s palaces to Siberia Jails[ölü keçid]
  3. Qulamhüseyn Begdili
  4. "Qulamhüseyn Begdili". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]