Cəngavərin yuxusu (Rafael)
Cəngavərin görünüşü (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Cəngavərin görünüşü əsəri hal-hazırda Böyük Britaniyada London şəhərində Milli sərgi muzeyində saxlanılır.