Madonna qərənfillə

Madonna qərənfillə (it. Madonna dei Garofani) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1506-ci ildə yağlı boya ilə işlədiyi tablo. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "Madonna qərənfillə" əsəri hal-hazırda Böyük Britaniyada, London milli qalereyasında saxlanılır.

Madonna qərənfillə
Madonna qərənfillə
Madonna qərənfillə
Rəssam Rafael Santi
Tarixi 1506
Üslubu dini incəsənət[d]
Texnikası yağlı boya
Ölçüləri 27,9 sm × 22,4 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer London milli qalereyası
Saytı nationalgallery.org.uk/p…
İnventar nömrəsi NG6596
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərin təsviri

[redaktə | mənbəni redaktə et]

Miniatür rəsm əsərində müqəddəs Məryəmkörpə İsa təsvir edilib. Kompozisiya etibarilə əsər Leonardo Da Vinçinin «Madonna Benua» əsərini təkrarlayır. Kardinal dəyişiklik işıq qammasının işlənməsində özünü göstərir. Fiqurlar zəif işıqlanmış interyerdə təsvir olunur. Arxa planda arka pəncərədən görünən xarabalıq İsanın doğuluşu ilə bütprərəst dünyanın məhvinin gəldiyini simvolizə edir. Madonna və körpə əllərində tutduqları qərənfil gələcəkdə İsanın qanının töküləçəyini və isanın əzablarını ifadə edir.

Rəsm əsərinin taleyi barəsində

[redaktə | mənbəni redaktə et]

1991-ci ilə qədər belə hesab edilirdi ki, bu əsər orijinal deyil Rafaelin rəsmindən sadəcə bir kopyadır. Lakin 1991-ci ildə sənəntşünas Nikolas Penni elm aləminə sübut etdiki bu rəsm kopya deyil məhz orijinaldır. Lakin son dövrlərdə onun fikrini şübhə altına alan bir neçə yazı dərç olunmuşdur. Rəsm əsəri uzun illər Qercoq Nortumberlendə aid olmuşdur. 2004-cü ildə o əsəri satışa çıxardıqda London milli qalereyası sonuncu orijinal Rafael rəsminin ölkəni tərk etməsinin qarşısını almaqcün həyəcan təbəli çalmışdır. Sponsurların sayəsində rəsm əsəri qalereya tərəfindən qercoqdan 35 mly. funt sterlinqə alınmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]