Folinyo Madonna (Rafael)

Folinyo Madonna (it. Madonna di Foligno) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1511-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Folinyo Madonna əsəri hazırda Vatikanda saxlanılır.

Folinyo Madonna
Əsərin görünüşü
Əsərin görünüşü
Rəssam Rafael
Tarixi 1511
Üslubu dini incəsənət[d][2]
Texnikası yağlı boya
Ölçüləri 308 sm[1] × 198 sm[1]
Materialı tempera[1]
Saxlanıldığı yer Vatikan
Saytı mv.vatican.va/2_IT/pages…
wga.hu/html/r/raphael/5r…
wga.hu/html/r/raphael/5r…
wga.hu/html/r/raphael/5r…
İnventar nömrəsi 40329[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərin tarixi

[redaktə | mənbəni redaktə et]

Folinyo Madonna əsəri ilk dövrlərdə məşhur italiyalı zadəgan Anna Kontiyə məxsus olmuşdur. Daha sonra əsər bir müddət Sigismondi ailəsi tərəfindən himayə olunmuşdur. 1565-ci ildə ailə tablonu yerli Folinyo monastrına vermişdir.[3].Tablo 1799-cu ildə Napoleon Bonapart tərəfindən Fransaya aparılmışdır. Əsər 1802-ci ildə Hakuin tərəfindən panel lövhəyə köcürülmüş, Hidelberq isə tablonu bərpa etmişdir.[4] Panel lövhədən qalın kətana köcürmə prosesi az hallarda istifadə olunan üsul idi. Bu həm çox vaxt aparan, həm də daha çox diqqət tələb edən iş olduğundan Hidelberq iş üzərində bir neçə ay işləməli olmuşdur.[5] 1815-ci ildə, Vaterloo döyüşündə Napoleon Bonapart məğlub oldu. Döyüşdən sonra tablo İtaliyaya aparıldı. Tablonun yerinin dəyişməsinin əsas səbəblərindən biri kimi, Napoleon Bonapart ın məğlub olması göstərilir. Tablo təxminən 150 ilə yaxındır ki, Vatikanda Vatikan Muzeyinin Pinacoteca zalında saxlanılır.[6]

  1. 1 2 3 4 5 6 http://mv.vatican.va/2_IT/pages/x-Schede/PINs/PINs_Sala08_04_031.html.
  2. https://rkd.nl/explore/images/269639.
  3. Champlin, J, Perkins, C, ed (1913).
  4. "Boston: Bates & Guild Company.1900. p. 38". 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-29.
  5. Ricci, C (2003) [1914]. Vatican: Its History Its Treasures. Kessinger Publishing. p. 216.[1][ölü keçid]
  6. Potter, M (1912). The Vatican: Being a Brief History of the Palace, and an account of the Principal Art Treasures within its Walls. Boston: The Botolph Society. p. 308. [2] Arxivləşdirilib 2022-05-16 at the Wayback Machine.