İskya (ada)

Vikipediya, azad ensiklopediya
Tubus (müzakirə | töhfələr) tərəfindən edilmiş 14:20, 13 iyun 2013 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
İskya
it. Ischia
Ümumi məlumatlar
Sahəsi 46 km²
Uzunluğu
  • 9,9 km
Eni 7,2 km
Sahil uzunluğu 34 km
Hündür nöqtəsi 789 m
Əhalisi 62.027 nəfər
Yerləşməsi
40°43′53″ şm. e. 13°53′45″ ş. u.
Ölkə İtaliya İtaliya
Akvatoriya
[[Fayl:|280px|İskya xəritədə]]
İskya
İskya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İskya (it. Ischia) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi 46 km² olub, İtaliyanın Kampaniya muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir.

Coğrafiyası

İnzibati olaraq Kampaniya muxtar vilayətinə aid olub, Neapol körfəzində olan üç əas adadan ən böyüyüdir. Digər yanaşı adalar KapriProçiddir. Sahəsi 46 km², sahilinin uzunluğu 34 km, əhalisi 62 000 nəfərdir. Əhali 6 icmada cəmlənmişdir. Bunlar, Kasamissiola Terme, Lakko Ameno, Forio, Serrara Fontana və Barano d İskja icmalarıdırlar. Əsas şəhəri 18 253 nəfər əhalisi olan İskjadır. Tirren dənizinə aid buda kontinentdən 7 km, Neapol şəhərindən 40 km aralı yerləşmişdir.

Ada vulkanikdir və onun mərkəzində Epomeo (789 m) və Trabotti (512 m), cənub şərqində Monte Vezzi (Pedimonte) (395 m) sönmüş vilkanları mövcuddur. İskja adasında sonuncu dəfə vulkan püskürməsi 1301 ci ildə qeydə alınmışdır. Bu günün özündə adada yerin tərkindən təbii yolla 100° C temperaturlu qaynar bulaqlar çıxmaqdadır.

İskja limanı əsas iqtisadi əhəmiyyətə malik olub, adanın kontinentlə birləşdirən bərələrin yan aldığı yerdir. Forio isə adanın mədəniyət mərkəzi sayılır.

İqlimi

Araliq dənizi iqliminə müvafiqdir. İyun-oktyabr aylarında havanın maksimal hərarəti 26-35° C-dir. Yay aylarının hər birinin payına dörd yağmurlu gün düşür. İyun-oktyabr aylarında dəniz suyu hərarəti 21° C-dir.

Fauna və florası

Təbiətdə ən çox rast gəlinən kərtənkələgekkonlar, saysız kəpənək və həşaratlardır. Adanın şimalı tərəfi bol suvarma imkanına malik olduğu üçün mədəni bitkilər (üzüm, pomidor, limon, əncir, nar, xurma) əkilir.

Tarixi

Pitekuss (yun. Πιθηκούσσαι) İskya adasında mövcud olmuş qədim yunan kaloniyası olub, əsası Eretriyalılar tərəfindən e.ə. 770 ci ildə etrusklarla ticarət məqsədi ilə ilk ticarət məntəqəsi kimi qoyulmuşdur[1]. E.ə. 750 ci ildə Pitekussadan olan kalonistlər tərəfindən Kuma şəhərini salmışlar. E.ə. 500 cü ildə vulkan püskürməsi nəticəsində yunan kaloniyası məhv olmuşdur. Qədim Roma dövründə ada Aenaria adlandırılırdı. IX əsrdə ada dəniz quldurlarının sığınacağı olmuşdur.

Görməli yerlər

Adanın əsas görməli yerlərindən biri orta əsrlərə aid Araqon qəsridir. Qəsrin qala divarları antik dövrə aid olub əsası e.ə. 474 cü ildə tiran Sirakuzlu Hieron tərəfindən qoyulmuşdur. XVI əsrdə bu qəsrdə şairə Vittoriya Kalonna yaşamışdır. Adanın şrq sahilində Kartaromana buxtasında çoxlu termal bulaqlar, sulfidli ilov lili qaynayır. Burada termal park "Eden bağı" yrləşir. Bu yer haqqında ilk dəfə Strabon məlumat vermişdir. Adada nadir və qəribə baş verən vulkanik hadisələr: su-buxar püskürməsi turistlərin diqqəini çox cəlb edir.

İstinadlar

  1. Strabon V 4,9: „Pithekoussai aber gründeten die Eretrier und die Chalkidier …“. Zur Datierung D. Ridgway: The Foundation of Pithekoussai. in: Nouvelle contribution à l'étude de la société et de la colonisation eubéennes. hrsg. v. Centre Jean Bérard. Neapel 1981, S. 45-56. ISBN 2-903189-15-3