Üzüm (lat. Vitis)[3] — üzümkimilər fəsiləsinə aid bitki cinsi.[4]
Üzüm | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Üzüm |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir.
Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır.
Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.
Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.
Üzümdən hazırlanan doşab qanazlığında, ümümi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə xəstəliyin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.
"Quran"da üzüm haqqında belə bir ifadə var:
"Sənin bir xurma bağçan və üzüm bağın olmalı; belə ki, içlərindən gürül-gürül çaylar axıtmalısan."[5]
— İsra surəsi, 91
Üzüm:The Plant List saytında takson barədə məlumat. (ing.)