Mingəçevir SES

Vikipediya, azad ensiklopediya
Tubus (müzakirə | töhfələr) tərəfindən edilmiş 16:38, 27 avqust 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Mingəçevir SES
az/Mingəçevir Su Elektrik Stansiyası
Xəritə
Ümumi məlumatlar
Sahəsi 605 km²
Sahibi Azərenerji ASC
Tikilmə tarixi 1945
İstismara verilib 1954
İstismarçı Azərenerji ASC
Əsas xüsusiyyətləri
Elektrik enerjisi gücü 424 MVt[1]
Avadanlıq xüsusiyyətləri
Turbin tipi Hidroaqreqat
Turbin sayı 6
Əsas qurğular
Bənd tipi Torpaq bəndi
Bəndin hündürlüyü 80 m
Bəndin eni 1550 m
Digər məlumatlar
Sayt ?
Yerləşməsi
40°47′24″ şm. e. 47°01′42″ ş. u.
Ölkə  Azərbaycan
Region
Rayon
Yer Mingəçevir
Mingəçevir SES xəritədə
Mingəçevir SES
Mingəçevir SES
Mingəçevir SES (Azərbaycan)
Mingeçevir SES
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mingəçevir SES (tam adı: Mingəçevir Su Elektrik Stansiyası) — Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir.

Tarixi

Stansiyanın tikintisinə 1945-ci ildə başlanılmış, 1953-cü ildə ilk hidroaqreqat, 1954-cü ildə stansiya tam gücü ilə işə salınmışdır.

Azərbaycanın müxtəlif rayonlarından Mingəçevir su elektrik stansiyasının quraşdırılmasıyla əlaqədar olaraq böyük sayda insan gəlib, ümumilikdə isə bu stansiyanın tikilməsində 20.000 insan iştirak edib. 1940-cı illərin sonlarına doğru 10.000-ə yaxın alman hərbi əsirləri bu stansiyanın quraşdırılmasına cəlb edilib. Ölkənin ən təcrübəli mütəxəssisləri tikinti meydançasının - postsovet məkanının ən böyük su elektrik stansiyasının quraşdırılmasına cəlb edilib. Bugünkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci ildə şəhər statusu alıb. 1957-ci ildə az güclü Varvara SES işə düşdükdən sonra ikisi birlikdə "Mingəçevir SES silsiləsi" adlanır. Mingəçevir su anbarı 1953-1959-cu illərdə doldurulub, su tutumu 16070 milyon m³-dir. Dəryaçanın uzunluğu 70 km, eni 13-18 km-dir. Su anbarının tikilməsi və iki kanalın çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaratmış, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırmışdır. "Mingəçevir SES silsiləsi"ndə 165 nəfər işçi çalışır. Stansiyanın tərkibinə 110, 220 və 330 kilovatlıq paylayıcı yarımstansiyalar daxildir.[2] 2012-ci ilin martın 30-da elektrik stansiyasında içərisində bitum olan qabın partlaması nəticəsində partlayış baş verib. Nəticədə bir nəfər işçi həlak olub, daha bir nəfər isə yaralanıb.[3]

Texniki göstəriciləri

6 hidroaqreqata malik olan Mingəçevir SES-in müəyyən olunmuş gücü 359 Mvt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kvt/saat-dır. Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi nəinki Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 m) bənddir. O işlənən materialların həcminə görə, həm də dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir.

Su qovşağına 3 gözdən ibarət suaşıran beton bənd (bir açıq kanalı ilə eni 30 m), 6 gözdən ibarət təzyiqli su borularına su qəbul edən qurğu (uzunluğu 66 m), 4 qapalı beton boru ilə 4 gözdən ibarət suaşıran qurğu (uzunluğu 47 m), torpaq bənd (uzunluğu 1550 m, hündürlüyü 80 m), Yuxarı QarabağYuxarı Şirvan kanalına su qəbul edən bir gözlü qurğu daxildir.

Bənd Mingəçevir su anbarını əmələ gətirmişdir. Su qovşağı Kür-Araz ovalığında 970 000 ha sahəni suvarmağa imkan yaratmış, 200 000 ha sahənin isə su altında qalmaq təhlükəsini birdəfəlik aradan qaldırmışdır.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. http://www.azerenerji.gov.az/energyproduction.
  2. Mingəçevir Haqqında
  3. Baş Prokurorluq Mingəçevir Su Elektrik Stansiyasında baş verən partlayışla bağlı məlumat açıqlayıb