Bu məqalə Yevlax rayonu haqqındadır. Şəhər üçün Yevlax səhifəsinə baxın. |
Yevlax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Yevlax şəhəridir.
Rayon | |
Yevlax | |
---|---|
40°40′09″ şm. e. 47°00′19″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Mərkəzi Aran |
İnzibati mərkəz | Yevlax |
İcra başçısı | Anar Tağıyev |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 20 fevral 1935 |
Sahəsi | 1470[1] km² |
Əhalisi | |
Əhalisi | 128,7 min (2019)[2] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-YEV |
Telefon kodu | 994 2233 |
Poçt indeksi | AZ 6600 |
Avtomobil nömrəsi | 66 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Yevlax XIX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1935-ci il 20 fevral tarixdə Yevlax rayonu təşkil edilmişdir. 1939-cu il 1 fevralda Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxa şəhər statusu verilmişdir.
1962-ci il 26 dekabrda çağırılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına veilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir.
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il taixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır.
Ötən əsrin 70–80-ci illərində Yevlaxda Pambıqtəmizləmə, Tütün fermentləmə, 2 Dəmir-beton məmulatları, Traktor təmiri, Pivə və spirsiz içkilər zavodu, "Qarabağ" istehsalat, Taxıl məhsulları, sənaye kombinatları, onlarca iri nəqliyyat, tikinti müəssisələri, rayonlarası təchizat bazaları və s. fəaliyyət göstərmişdir.
Yevlax-Xankəndi, Yevlax-Balakən dəmiryol xətti çəkilmiş, Yevlax hava limanı, respublikadan kənarda da şöhrət qazanmış Xaldan kənd kompleks orta məktəbi, Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, 10535 yerlik 19 orta məktəb, 840 yerlik 15 uşaq bağçası, xəstəxana, mədəni-maarif müəssisələri, çoxmərtəbəli yaşayış binaları tikilib istifadəyə verilmişdir.
Yevlax rayonu ərazisində Yevlaxın qədim yaşayış məskəni olmasını sübut edən bir sıra tarixi abidələr vardır. E.ə. III minilliyin sonlarına aid olan Qoçtəpə kurqanı rayonun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Kurqana yaxın yerdə vaxtı ilə eyniadlı yaşayış məntəqəsi- Qoçtəpə kəndi olmuş, 1938-ci ildə həmin kənd ləğv edilərək əhalisi Qaraməmmədli kəndinə köçürülmüşdür. Yevlax rayonunun Şirvan bölgəsində yerləşən ərazi orta əsrlərdə Azərbaycanın iri şəhərlərindən biri olan Ərəş şəhərinin və bu şəhərin adından götürülmüş Ərəş mahalının bir hissəsi idi. Bu şəhərin mərkəzinin indiki Xaldan kəndindən 3 km şərqdə yerləşdiyi ehtimal olunur. Şəhərin qala divarlarının xarabaları Xaldan kəndi yaxınlığında qalır. Xaldan kəndinin ətraf ərazisi bu gün də Ərəş kimi tanınır.
Yevlax coğrafi mövqeyinə görə Azərbaycanın mərkəzində mühüm kommunikasiyaların kəsişməsində yerləşməklə qədim yaşayış məskənlərindən biridir. Rayon kimi 1935-ci ilin fevral ayından fəaliyyət göstərir. Yevlax eyni zamanda respublika tabeli şəhərdir. Yevlax rayonu Ağdaş, Bərdə, Tərtər, Goranboy, Samux, Qax, Şəki rayonları ilə həmsərhəddir.
Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə və 48 kənd vardır.
Yevlax XIX əsrin sonu XX əsrin əvvəllərinə aid rəsmi sənədlərdə və mənbələrdə Yelizavetpol quberniyasının Yevlax məntəqəsi və ya Yevlax stansiyası, sonra Yelizavetpol quberniyasının Yevlax kəndi, 1920-ci ildən isə Cavanşir qəzasının Yevlax kəndi adlanmışdır.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə 1935-ci ilin 20 fevral tarixində Yevlax rayonu təşkil edilmişdir. 1939-cu ilin fevral ayının 1-də Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən Yevlaxda Şəhər Soveti yaradılmaqla, Yevlaxa şəhər adı verilmişdir.
1962-ci il 26 dekabrda çağrılmış Azərbaycan SSR Ali Sovetinin X sessiyasının qərarı ilə Yevlax rayonu ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov rayonlarına verilmiş, Yevlax respublika tabeli sənaye şəhərinə çevrilmişdir. 1965-ci ildə Yevlax yenidən müstəqil rayona çevrilmişdir.
Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 6 yanvar 1965-ci il tarixli fərmanı ilə Yevlax şəhəri respublika tabeliyində olan şəhərlər sırasına daxil edilmiş və Yevlax şəhərində sənaye müəssisələrinin tikintisinə başlanmışdır
Yevlax şəhəri Bakıdan 293 km aralı Kür çayının sağ sahilində, düzənlikdədir. (Gəncə-Qazax düzənliyinin cənub-şərqi, Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı). Yevlax şəhəri Qədim İpək yolunun üzərindədir. Qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi var. Ərazidən Kür çayı, Əlican, Korçay və İncəçayın aşağı axınları keçir. Mingəçevir su anbarının cənub şərq hissəsi, Varvara su anbarı Yevlax ərazisində yerləşir. Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının yuxarı hissələri rayon ərazisindədir
Rayonun şərq və qərb ərazisi Gəncə-Qazax düzənliyinin cənub-şərq hissəsi ilə hüdudlanır. Cənub və qərb hissə Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı olub düzənlik sahələrdir. Şimal ərazilərdəki tirəli-təpəli hissələr Xocaşen, Bozdağ (Gəncə Bozdağı), Arçandağ silsilələrindən ibarətdir. Türyançay Dövlət Təbiət qoruğunun qərb hissəsi burada yerləşir.
Dağlıq hissədə Neogen, düzənliklərdə isə Antropogen çöküntülər yayılmışdır.
Əsas çayları Əlican, Korçay və İncə çaylarıdır. İncəçay öz mənbəyini Kiçik Qafqazdan, Murovdağın (3343 m) şimal-şərq yamacında 2580 m yüksəklikdən götürür. Əlican 3500 m yüksəklikdə formalaşır.
Ərazinin iqlimi qışı quraq keçən mülayim-isti və quru — çöl iqliminə aiddir. Boz — çəmən, allüvial çəmən- meşə, şorakətvari boz-qonur torpaqları vardır. Düzənlik ərazilərdə yovşan üstünlük edən yarımsəhralar formalaşmışdır. Kür çayının sahillərində tuqay meşələrinin qalıqlarına rast gəlinir. Burada ağyarpaq qovaq, yulğun, saqqız ağacı, söyüd və b. ağac və kol növlərinə rast gəlinir. Xocaşen silsiləsi və Bozdağ ərazilərindəki yovşanlı yarımsəhra fonunda, eləcə də çay vadiləri yaxın 300 Xırdaçiçək yaxınlığındakı yüksəkliklərdə saqqızağac, ardıc, nar, qaratikandan ibarət seyrək meşəliklər yayılmışdır. Kol və ot yarusunda Pallas murdarçası (Rhamnus pallasii), müxtəlif yovşan növləri, soğan, buğdayıot, məryəmnoxudu və s. bitkilərə rast gəlinir. Ərazinin heyvanlar aləmi zəngindir. Burada məməlilərdən dovşan, adi tülkü, çaqqal, canavar, İran sincabı, quşlardan qayalıq kəkliyi, turac və s. su — bataqlıq quşları vardır.[3]
Qaraməmmədli kəndi yaxınlığında m.ə. III minilliyə aid Qoçtəpə kurqanları. Qaramanlı kəndi yaxınlığında Tunc və Dəmir dövrlərinə aid kurqanlar.
Qaraməmmədli kəndi yaxınlığında orta əsrlərə aid Qoşatəpə kurqanları və yaşayış yeri. Malbinəsi kəndi yaxınlığında məscid (XIX əsr). Xaldan kəndi yaxınlığında antik dövrə aid nekropol. Qədim şəhər (Ərəş) xarabalıqları.
Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə, 52 kənd vardır. İri yaşayış məntəqələri: Xaldan və Aran qəsəbələri, Qoyunbinəsi, Malbinəsi, Tanrıqulular, Havarlı, Ərəş, Yuxarı Qarxun, Nemətabad, Qaramanlı, Salahlı, Kövər, Kolanlı, Səmədabad, Varvara, Balçılı, Bucaq, Qaraoğlan, Qaraməmmədli, Gülövşə, Xanabad kəndləri.
Əhalinin ümumi sayı | 119953 |
Şəhər əhalisinin sayı, [%] | 47.10 |
Kənd əhalisinin sayı, [%] | 44.50 |
Əhalinin orta sıxlığı | 77.89 |
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] | 47.53 |
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] | 49.87 |
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] | 33.79 |
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] | 3.77 |
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%] | 48.85 |
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] | 15.40 |
Ali təhsilli əhalinin sayı, [%] | 4.41 |
Orta təhsilli əhalinin sayı, [%] | 42.00 |
Məskunlaşmış qaçqınların sayı | 965 |
Məskunlaşmış məcburi köçkünlərin sayı | 11851 |
Yevlax aqrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşmışdır. Sənayesi başlıca olaraq kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda pambıqtəmizləmə, tütün-fermentasiya, qarışıq yem, dəmir-beton məmulatları zavodları, istehsalat və sənaye kombinatları vardır.
Yevlaxda 57 ümumtəhsil məktəbində (40 orta, 9 əsas, 8 ibtidai məkitəb) 17146 uşaq oxuyur. 1 peşə məktəbində 9 qrupda 105 şagird müxtəlif peşələr öyrənir. 25 məktəbəqədər uşaq müəssisəsində 1379 uşaq tərbiyə alır. Uşaq Gənclər İdman və Şahmat məktəbləri, uşaq yaradıcılıq mərkəzi və texniki yaradıcılıq mərkəzi fəaliyyət göstərir.
Yevlaxda 59 kitabxana, 1 Saray,18 mədəniyyət evi, 2 muzey, 22 klub, 6 musiqi məktəbi, B. Səfəroğlu adına xalq teatr və kukla teatrı, "Ərəş", "İlkin", "Karvan", "Səda" musiqi kollektivləri vardır.
Yevlax – Bərdə magistral yolunun təxminən 18-ci kilometrliyində torpaqdan ucaldılmış Zərgərtəpə Kurqanı yerləşir. Konusvari formada olan kurqanın ətək hissəsinin diametri təxminən 58 metr, hündürlüyü 11 metr, uzunluğu 120 metrə yaxındır.
Üçtəpə kurqanın torpaq örtüyü 35 min kub metrə çatır və tədqiqatçılar hesablamışlar ki, bu kurqanın törpaq örtüyü fasilələrlə 3 ilə tökülüb başa çatdırılmışdır.
Xaldan kəndinin 3–4 km –də antik dövrə təsadüf edən Alban Sərdabəsi olduğu ehtimal olunan Sərdabənin, Marzılı kəndi ərazisində VII əsrə aid edilən və XVI əsrdə Şeyx Həzrə Piri kimi tanınan Pirin, Malbinəsi kəndində Qarabağda tikilən qədim məscidlər tipinə aid olan, XVIII əsrdə inşa edilən Məscidin qalıqları mühavizə olunur.
Yevlaxda "Kür" və "Təşəbbüs" qəzetləri nəşr olunur.
Yevlax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |