Praqa qəsri

Vikipediya saytından
Ramil Cəbrayıl (müzakirə | töhfələr) (Yeni səhifə: {{Qala (xəritə) | Şəkil = şəkil yoxdur.jpg | İzahı = | Adı = Praqa qalası | Orijina...) tərəfindən edilmiş 10:46, 7 yanvar 2015 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

{{Qala (xəritə) | Şəkil = şəkil yoxdur.jpg | İzahı = | Adı = Praqa qalası | Orijinal adı = Rumeli Hisarı | Ölkə = Türkiyə Türkiyə |Şəhər = İstanbul | Tikdirəni = Fateh Sultan Mehmet |Aid olduğu dövr = Osmanlı | Memarı = | Tarixi = 1452 | Tikili = qala | Tipi = | Tikinti materialı = | Həcmi = 30 ha | İlkin hündürlüyü = 27 mt | Hazırkı hündürlüyü = | Sahəsi = m2 | Qatı = | Mailliyi = | Vəziyyəti = | Saytı =

|qeydlər =

Error: Must specify an image in the first line.

<div style="font-size:88%;line-height:1.2em;position:absolute;z-index:2;left:İfadə xətası: tanınmayan ifadə "strong".%;top:İfadə xətası: Gözlənilməz "<" operatoru.%">
Rumeli Hisarı
praqa qalası

Praqa qalası — (Çex Dilində: Pražský hrad) Çexiyanın paytaxtı Praqada yerləşən bir qaladır. Bohemya və Roma imperiyası kralları və ÇexoslovakiyaÇexiya dövlət başçıları bu məkanda ofislər almışdılar.

Dünyanın ən böyük qalalarından biri olan Praqa qalası, Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən böyük antik qalasıdır. 570 metr uzunluğunda və 130 metr enindədir.

Tarixi

Qalanın ilk hissələrinin yaradılması IX əsrə qədər gedir. İlk inşa edilən hissəsi kilsə binasıdır. Georgios Bazilikası və Vitus Bazilikası X əsrdə inşa edilmişdir. Bohemya dövründə bir monastır Georgios Bazilikasının yanına əlavə edilmişdir.

Romanesk memarlıq üslubundakı bir saray da XII əsrdə əlavə olunmuş, XIV əsrdə də saray Qotik üslub ilə yenidən inşa edilmiş, qalada gücləndirmə işləri aparılmışdır. Həmçinin Vitus Bazilikaya aid hissəsinin tikintisi ancaq altı əsr sonra tamamlanmışdır. Bohemya müharibələri və onu təqib edən dövrə 1485-ci ilə qədər, qala istifadə edilməmişdir. 1485-ci ildə kral Ladislaus II Jagello qalanı yenidən inşa etdirməyə başlamışdır. Benedikt Rejt tərəfindən hazırlanan olduqca geniş Vladislav dəhlizi, kral sarayına bu dövrdə əlavə edilmişdir. 1541-ci ildə çıxan böyük bir yanğın nəticəsində qalanın böyük bir hissəsi xarab olmuşdur.

Habsburg dövründə Renessans stilində bəzi yeni tikililər əlavə edilmişdir. Kral I Ferdinand xanımı üçün Belveder yay iqamətgahını inşa etdirmişdir. Kral II Rudolf bu məkanı nizamlı olaraq istifadə etmişdir. 1600-cü illərdən etibarən baş verən müharibələr və xalq üsyanları nəticəsində qala ziyan görmüşdür. Məsələn, 1648-ci ildə sarayı qarət edən İsveçlilər II Rudolfa məxsus kolleksiyanı da aparmışlar. Sarayda ən son yeni tikinti işi XVIII əsrin ikinci yarısında aparılşmışdır.


1918-ci ildə bu qala yeni yaradılan Çexoslovakiya Respublikasının prezident sarayı olmuşdur. Kral Sarayı və bağçalar Sloveniyalı memar Joze Plecnik tərəfindən bərpa edilməyə başlanmış, 1936-cı ildən etibarən bu vəzifəni Pavel Janak öz üzərinə götürmüşdür.

II Dünya müharibəsi zamanı almanların Çexoslovakiyanı işğal etməsinin ardından bu qala işğal qüvvələri komandanı Reinhard Heydrichin idarə mərkəzi olub. İşğalın sona çatmasından sonra Soyuq müharibə boyu kommunist hökumətinin idarə ofisləri kimi istifadə edilmişdir. Çexoslovakiyanın dağılmasından sonra bu qala Çexiyanın hökumət sarayı kimi istifadə edilməyə başlanmışdır.

Mənbə