Metida (peyk)
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Kəşfi | |
---|---|
Kəşf edən | Stiven Sinnot |
Kəşf yeri | Voyager 1 |
Kəşf tarixi | 4 mart 1997 |
Orbital xarakteristikası | |
Periapsidi | 127974 km |
Apoapsidi | 128026 km |
Böyük yarımoxu | 50 075 ± 1 km |
Orbitinin ekssentrisiteti | 0.0002 |
Əyilməsi | 0.06° (Yupiterin ekvatoruna nəzərən) |
Nəyin peykidir | Yupiter |
Özünə xas ekssentrisitet | 0,0012 |
Fiziki xarakteristikaları | |
Ölçüləri | 60 × 40 × 34 km |
Orta radiusu | 21.5±2.0 km |
Həcmi | ≈ 42700 km³ |
Kütləsi | 3.6×1016 kq |
Orta sıxlığı | 0.86 q/sm3 |
0.005 m/s2 (0.0005 g) | |
Sinxron | |
Oxunun maililiyi | sıfır |
Albedo | 0.061±0.003 |
Metida (yun. Μήτις) və ya Yupiter XVI Yupiterin daxili peyklərindən biridir.Peyk 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə kəşf edilmiş və 1983-cü ildə Zeusun birinci arvadının adı ilə Metida adlandırılmışdır.Qalileo kosmik gəmisi ilə 1996-cı ilin əvvələrindən 2003-cü ilin Sentyabr ayı aralığında aparılan əlavə müşahidələr onun səthini görüntüləməyə imkan vermişdir.
Kəşf və müşahidə
Metida 1979-cu ildə Voyacer 1 kosmik zondu tərəfindən çəkilmiş şəkillərdə Stiven Sinnot tərəfindən kəşf edilmiş və müvəqqəti olaraq S/1979 J 3 adlandırılmışdır.1983-ci ildə ona rəsmi olaraq Zevsin ilk həyat yoldaşı olan titan Metidanın adı verilmişdir.Voyacer 1 in çəkdiyi şəkillərdə Metida nöqtə kimi görsənirdi və bu səbəbdən Metida haqqında məlumatlar Qalileonun gəlişinə kimi çox məhdud idi.Qalileo Metidanın demək olar bütün səthinin şəkillərini çəkmişdi.
Fiziki xarakteristikaları
Metida düzənsiz formadadır və ölçüləri 60×40×34 km-dir,bu da onu Yupiterin dörd daxili peykinin ən kiçiyi edir.Təqribi hesablanması nəticəsində onun səthinin sahəsinin 5800 və 11.600 km² aralığında olduğu güman edilir.Metis tərkibi və kütləsi məlum deyil, lakin onun orta sıxlığı Amalteyanın orta sıxlığına yaxın olduğundan, onun kütləsinin 3.6 × 1016 kq,sıxlığının isə (~0.86 g/cm³) olduğu fərz edilir.Bu sıxlıq onu göstərir ki,peykin 10-15 %-i su və buzdan ibarətdir.
Metida səthində çoxlu kraterlər var və qırmızımtıl rəngdə görünür.Baş və arxa yarımkürələr arasında böyük asimmetriya var:baş yarımkürə arxa yarımkürədən 1.3 dəfə parlaqdır.
Orbit və rotasiya
Metida Yupiterin dörd daxili peykindən biridir.O Yupiterdən ~128,000 km məsafədə fırlanır.Metidanın orbiti çox kiçik ekssentrisitetə (~0.0002) və Yupiterin ekvatoruna nəzərən çox kiçik əyilməyə (~ 0.06°) malikdir.
Nəhəng kilitlənmə səbəbi ilə Metida öz orbital dövrüdə sinxron fırlanır.
Metida Yupiterin peyklərinin ən sürətlə hərəkət edənidir.O Yupiterin ətrafında 31.5 km/s sürətlə fərlanır.
Yupiterin halqaları ilə əlaqəsi
Yupiterin əsas halqası daxilində Metidanın orbiti təqribən 1000-km uzanır.Metida əsas halqanın tozunun çox hissəsini təşkil edir.
Həmçinin bax
İstinadlar