Zevs (yun. Ζεύς belə ki; Δίας, Dias, klassik ifadədə: dzeu̯s) — Yunan mifologiyasında tanrı Kron və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın, insanların tanrısı, 3 böyük tanrıdan biridir. Əlində şimşək olan saqqallı kişi kimi təsvir olunur. İldırım, öküz və qartal onun atributları hesab olunur.
Zevs | |
---|---|
q.yun. Ζεύς[1] | |
| |
Mifologiya | Yunan |
Yer | Olimp |
Təsir sahəsi | şimşək, şimşək |
Adının izahı | ildırımın və şimşəyin yaradıcısı, səmanın və bütün dünyanın tanrısı |
Cinsi | kişi[d] |
Atası | Kron |
Anası | Reya |
Qardaşı | Aid, Poseydon |
Uşaqları | Bax. Zevsin övladları |
Atributlar | Qalxan, ikiağızlı balta (labris), bəzən qartal |
Digər mədəniyyətlərdə | Yupiter, Perun, Amon[2], Vaal, Tor, Ahura Məzda[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Roma mifologiyasında Yupiter kimi tanınır.
Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçirdiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən ilahə Reya Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.
Bəzi əfsanələrə görə Zevs Heranı Fedidaya görə boşamaq istəsə də , sonradan ondan ola biləcək oğlunun onun yerini tuta biləcəyindən ehtiyat edərək bundan vaz keçmişdir. Fedita Peleyaya ərə getmiş və onlardan Axilles dünyaya gəlmişdir.
Zevs ilan cildində Demetranın, sonra Persefonanın, öküz və quş cildində Avropanın və İonun, qartal cildində Qanimedin, qu quşu cildində Nemesidin, bildirçin cildində Feditanın, qarışqa cildində Yevrimedin, göyərçin cildində Ftiyanın, alov cildində Eginanın, qızıl yağış cildində Danayanın, satira cildində Antiopun, çoban cildində Mnemosinanın könüllərini almışdır.
O, istəklilərini əsasən insan cildində saxlasa da Kallistonu ayıya, İonu isə inəyə çevirmişdir.