Qalib Ağayev

Vikipediya saytından
155.140.133.215 (müzakirə) (Olum gunu 21 sentyabra deyisilib http://az.trend.az/azerbaijan/society/2435928.html) tərəfindən edilmiş 15:58, 2 oktyabr 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Qalib Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi
13 iyul 1941(1941-07-13)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi 22 sentyabr 2015(2015-09-22) (74 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti iqtisadçı

Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; d. 13 iyul 1941, Bakı, Azərbaycan SSR – ö. 22 sentyabr 2015, Bakı, Azərbaycan) — Azərbaycan Milli Bankının ilk sədri.[1] Azərbaycan SSR əməkdar iqtisadçısı (1991).[2]

Həyatı

Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1]

Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.[3]

Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.[3]

Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan respublika bankının idarə heyətinin sədri[2] olmuş, 1992-ci ildən isə Azərbaycan Milli Bankının ilk rəhbəri olmuşdur.[1]

22 sentyabr 2015-ci ildə vəfat etmişdir.[1]

Makafatları və fəxri adları

İstinadlar

  1. 1 2 3 4 Milli Bankın sədri vəfat etdi femida.az, 22.09.2015  (az.)
  2. 1 2 3 "Respublikanın plan, statistika və maliyyə orqanları işçilərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 30 yanvar 1991-ci il tarixli, 151 nömrəli Fərmanı  (az.)
  3. 1 2 Azərbaycan Milli Bankının ilk sədri Qalib Ağayev vəfat edib. apa.az, 22.09.2015