Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı – 21 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.[1] Azərbaycan SSR əməkdar iqtisadçısı (1991).[2]
Qalib Ağayev | |
---|---|
1 sentyabr 1993 – 22 aprel 1994 | |
Əvvəlki | Cavanşir Abdullayev |
Sonrakı | Elman Rüstəmov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 iyul 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 21 sentyabr 2015 (74 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı |
|
|
Təltifləri |
Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.[3]
Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.[3]
Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri[2] olmuş və müstəqil Azərbaycan Respublikasının yeni yaranmış Milli Bankının ilk İH sədri təyin olunmuş,
Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı yenidən İdarə Heyətinin sədri təyin edilmişdir. [4] O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir.[5]
22 sentyabr 2015-ci ildə vəfat etmişdir.[1]