Molla

Vikipediya, azad ensiklopediya
Masalli qasimli (müzakirə | töhfələr) tərəfindən edilmiş 13:12, 7 dekabr 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Molla (Farsca:ملا) İslam ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimidir.

Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی) Sözündən götürülmüşdür. İslam dünyasının böyük hissələrində, İran, Əfqanıstan, Orta AsiyaHindistanda, molla adı yerli İslam Din liderlərə və icma liderlərinə verilir.

Molla termini, İslam Dünyasında ilk növbədə din alimlərinə aid bir hörmət termini kimi başa düşülür.

Təhsilli bir molla İslamı Təhsilləri və İslamı qanun elmini, yəni fiqh elmini almalıdır. Dini təhsil, mollalık mövqeyinin əsas prinsipidir. Osmanlı Dövlətində mollalar mədrəsələrdə təhsil almışdılar. Təsəvvüf məsələlər ətrafında toplanmış təriqətlərdə mollalar yetişdirib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra mədrəsələr bağlanmış, mollalık adı qaldırılmışdır. İranda isə mollalık Şi Məzhəbi üzərində verilən təhsillə davam etdirilir.


Mollalar, İslam Hüququ (fiqh), kəlam, təsəvvüf, sünnət, hədis, şəriətinə kimi elmlər üzərində fətva verirlər. Kadılık edə bilərlər. Bir çox təriqətin banisi və liderləri mollalar olmuşdur.

Hazırda mollalıq, Azərbaycan, İran, Əfqanıstan, Pakistan, Hindistan kimi ölkələrdə davam etdirilir.