Antikomintern paktı

Vikipediya saytından
Rəşid Nurməmmədov (müzakirə | töhfələr) (→‎Tarixi) tərəfindən edilmiş 18:48, 6 yanvar 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Antikomintern paktı (alman dilində:Antikominternpakt, yapon dilində: 日独防共協定 - 25 noyabr 1936-cı ildə kommunizmdən müdafiə olunmaq üçün bağlanmış Almaniya-Yaponiya razılaşması, müqavilənin bağlandığı yer - Berlin) - dünyada kommunist ideologiyasının daha da genişlənməsinin qarşısını almaq məqsədilə Kommunist İnternasionalı (Komintern-paktın adı buradan yaranmışdır) ölkələrinə qarşı Almaniya ilə Yaponiya arasında yaradılmış ikitərəfli ittifaq.

Tarixi

1937-ci ilin noyabrında Benito Mussolininin şəxsində İtaliya da Antikomintern paktına qoşuldu. Sonralar hakimiyyətə yeni gələn və ideologiyaları alman nasionalizmi və italyan faşizmi ilə səsləşən bir sıra hökumətlərin və SSRİ-yə və bütövlükdə kommunizmə düşmən münasibət bəsləyən bir sıra dövlətlər də Antikommuntern paktına qoşuldular. 1939-cu ildə Almaniya ilə İtaliya arasında bağlanmış ikitərəfli "Polad pakt"ını və 1940-cı ildə Berlin paktını imzalayan dövlətlərlə birlikdə Antikomintern paktının üzvləri də hərbi ittifaqın üzvlərinə çevrildilər.

24 fevral 1939-cu ildə pakta Macarıstan və Mancjou-qo dövlətləri də qoşuldular.

26 mart 1939-cu ildə Almaniyanın təkriki ilə vətəndaş müharibəsi şəraitində olan general Franko hökuməti də Antikomintern paktını imzaladı.