Müqavilə

Müqavilə — hər hansı bir mövzuda iki və ya daha çox tərəf arasında razılaşmanın şərtlərinin qanunları.

Sahibkarlıq müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Müqavilə — İki təşkilat arasında aparılan işlərin razılığıdır. Mülki hüquqda – iki və ya bir neçə şəxsin (vətəndaşların və ya hüquqi şəxslərin) mülki hüquq və vəzifələrinin müəyyən edilməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş saziş. İştirakçıların sayından asılı olaraq müqavilə ikitərəfli və çoxtərəfli olur. Müqaviləyə görə bir tərəf üçün yalnız hüquq, digər tərəf üçün isə yalnız öhdəlik yarandıqda müqavilə birtərəfli (məs. Borc müqaviləsi), hər iki tərəf üçün həm hüquq, həm də öhdəlik yarandığı halda müqavilə ikitərəfli (məs. Alqı-satqı müqaviləsi, daşınma müqaviləsi) adlanır.

Alqı-satqı- əmtəələrin (xidmətlərin) alqı-satqısı ölkə daxilində və beynəlxalq kommersiya fəaliyyətində ən geniş yayılmış təssərüfat əlaqələri formalarından biridir. Azərbaycan kommersantları üçün alqı-satqı müqavilələrinin həyata keçirilməsinın normativ bazası Azərbaycan Respublikası Mülki Məcəlləsidir. Alqı-satqı müqaviləsi öhdəlik hüququ yarımsahəsinin ən geniş hüquq tənzimlənməyə məruz qalan müqavilələrindən biridir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin tənzimlənməsinin bizə məlum olan tarixi dörd min il əvvələ aiddir. Klassik Roma hüququnda empitio-venditio kimi adlanan alqı-satqı müqaviləsinə görə, bir tərəf-satıcı (venditor) digər tərəfin alıcının mülkiyyətinə əşyanı, malı verməyi, digər tərəf -alıcı (empitio) isə satıcıya müəyyən pul məbləğini (premium) ödəməyi öhdəsinə götürür.

Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29-cu fəslinin normaları ilə tənzimlənir.alqı-satqı müqaviləsinin anlayışı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində aşağıdakı kimi verilmişdır: "Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymət) ödəməyi öhdəsinə götürür".

Alqı-satqı müqavilələri üzrə əmtəə kimi dövriyyəsi məhdudlaşdırılmayan, yaxud dövriyyədən çıxarılmayan istənilən əşya iştirak edə bilər. Müqavilə yalnız müqavilə bağlanan anda satıcıya məxsus olan , gələcəkdə satıcı tərəfindən yardıla və ya əldə oluna biləcək əmtəənin alqı-satqısı üzrə bağlan bilər. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri (texniki pasportu, keyfiyyət sertifikatı, istismar təlimatını və s.) verməyə borcludur. (Mülki Məcəllə mad-568).

Alqı-satqı müqaviləsi əvəzli xarakterlidir. Satıcının əmtəəni verməsi müqabilində alıcı onun dəyərini ödəməlidir. Dəyəri ödənilməyən əşyaya mülkiyyət hüququ satıcıya qalır. İstər alqı-satqı müqaviləsi bağlandığı anda, istərsə də hissə-hissə ödəmə şərti ilə satış zamanı müəyyən dövr ərzində alqı-satqı müqaviləsinin dəyərinin ödənildiyi halda alqı-satqı müqaviləsi lazım olan qaydada icra olunmuş sayıla bilər. Alqı-satqı müqaviləsi qarşılıqlı xarakterlidir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqaviləni şərtləndirir. Alıcının təklif olunan əşyanın verilməsi tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi , satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini vermək vəzifəsi qarşılıqlı olaraq yönəlmişdir.

Pərakəndə alqı-satqı müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Pərakəndə alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsinin ən geniş yayılmış növüdür. Bu mərhələlər xammalın alınması, emalını, istehsalını, əmtəəyə çevrilməsini və bu əmtəələrin bölgüsünü nəzərdə tutur. Pərakəndə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin əsas məqsədi sonuncu mərhələ olan əmtəələrin bölgüsünü həyata keçirməklə əhalinin geniş kütləsinin istehlak tələbini təmin etməkdir. Hüquqi tənzimləmə məhbələri pərakəndə alqı-satqı müqaviləsinin həm istehlak xarakterini, həm də eyni zamanda ayrı-ayrı əmtəə növlərinin satılması qaydasını müəyyən edir.

Pərakəndə alqı-satqı müqaviıəsinin elementləri kimi, satıcı yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs çıxış edir və bu sahibkar pərakəndə şəkildə əmtəə ilə məşğuldur. Sahibkarın fəaliyyət qabiliyyətinin həcmi bu cür fəaliyyətlə məşğul olmağa imkan verməlidir. Bank, kredit və sığorta təşkilatı bu cür müqavilədə satıcı kimi çıxış edə bilməz. Elə əmtəə növləri var ki, onların satışı yalnız xüsusi lisenziya əsasında həyata keçirilir. (spirtli içkilər, tütün məmulatları , zinət əşyaları, benzin). Qiymət alqı-satqı müqaviləsinin mühüm şərtidir və bu məsələ Azərbaycan Respublikası Mülki MƏcəlləsinin 622-ci maddəsində öz əksini tapır. Pərakəndə alqı-saqtqı müqaviləsinin qoşulma müqaviləsi kimi xarakterizə olunduğunu nəzərə alaraq, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur.

Qanunverici pərakəndə alqı-satqı müqaviləsində malın çatdırılması ilə əlaqədar qaydalarda müəyyən edir ki, pərakəndə alqı-satqı müqaviləsi malıən alıcıya çatdırılıması şərti ilə bağlandıqda satıcı müqavilədə müəyyənlişdirilmiş müdəttdə malı alıcının göstərdiyi yerə çatdırmağa , alıcı malın çatdırılma yerini göstərmədikdə isə alıcı olan fiziki şəxsin yaşayış yerinə və ya hüquqi şəxsin olduğu yerə çatdirmağa borcludur. Əşyanın təhvil verilməsi məqamının müəyyən olunmasınən xüsusi əhəmiyyəti vardır. Məhz bu andan sonra pərakəndə alqı-satqı müqaviləsi icra edilmiş sayılır[1].

Mal göndərmə müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Mal göndərmə müqaviləsi sahibkarlıq fəaliyyəti sahəsində ən geniş yayılmış müqavilə növlərindən biri olmaqla təsərrüfat sahəsində malların əvəzli dövriyyəsini şərtləndirir. Mal göndərmə müqaviləsi alqı-satqı müqaviləsinin növlərindən biridir və çox zaman sahibkarlıq və ya ticarət alqı-satqısı adlanır.

Mal göndərmə müqaviləsinin əsas özəlliyi bu müqavilənin predmeti kimi çıxış edən əmtəənin xüsusi istifadə xarakteri ilə müəyyən olunur. Sahibkarlıq məqsədilə əldə edilən əmlak sonradan satılmaq, istehsal və ya emal olunmaq üçün əldə olunur ki, bu zaman əmtəə ya dəyərini qoruyur ( təkrar satış zamanı) ya da öz dəyərini digər növbəli əmtəəyə verir (təkrar emal və istehsal zamanı).

Mal göndərmə müqaviləsinin digər fərqləndirici əlaməti kimi:

  • müqavilənin bağlanması ilə icrası anlarının üst-üstə düşməməsini;
  • müqavilənin malların göndərilməsi qaydası ilə bağlanmasını;
  • malların ayrı-ayrı partiyalarla müəyyən müddət ərzində göndərilməsini;
  • istehsalçı və satıcının eyni şəxs ola bilməsini və s.göstərmək olar.

Mal göndərmə müqaviləsi əvəzli və qarşılıqlı xarakterlidir, amma ümumi xarkter daşımır. Mal göndərmə müqaviləsinin tərəfləri qismində əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər həyata keçirirlər. Mal göndərən qismində kommersiya təşkilatı və fərdi sahibkar çıxış edə bilər. Alıcı qismində şəxsi ehtiyacları olan mal əldə edən vətəndaşdan başqa istənilən şəxs , kommersiya təşkilatı və fərdi sahibkar çıxış edir. Mal göndərmə müqaviləsinin predmeti qismində mülki dövriyyədən çıxarılmayan istənilən əşya çıxış edə bilər. Predmetin özəlliyi ondan ibarətdir ki, müqavilənin bağlanması anı ola bilsin ki, müqavilənin predmeti hələ mövcud olmasın və gələcək istehsal, ticarət fəaliyyəti nəticəsində əldə edilmiş olsun. Alqı-satqı müqaviləsinin ümumi əlamətləri çərçivəsində ümumi əlamətləri çərçivəsində qiymət barədə razılaşma mal göndərmə müqaviləsinin mühüm şərti sırasına aid edilmir. Bəzi əmtəələrin qiyməti isə Tarif Şurası tərəfindən müəyyən olunur.

Malların göndərilməsi yollama üsulu ilə həyata keçirilir. Göndərmə müqaviləsində alıcının mal göndərənə malları yollamaq ( vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququ nəzərdə tutula bilər. Bu cür göstərişlərə yollama sərəncamı deyilir. Yollama sərəncamının məzmunu və alıcı tərəfindən onun mal göndərənə verilməsi müddəti müqavilə ilə müəyyənləşdirilir. Əgər müqavilədə yollama sərəncamının verilməsi müddəti nəzərdə tutulmayıbsa , o , mal göndərənə göndərmə dövrünün çatmasına ən geci 30 gün qalmış verilməlidir.

Əvəzsiz istifadə müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Əvəzsiz istifadə müqaviləsi sahibkarlıq fəaliyyətinə aid olmayan sahələrdə tətbiq olunur. Bu müqavilə növünə daha çox insanlar arasında məişətdə (şəxsi avtomobilini qohumunun əvəzsiz istifadəsinə verir), mədəni-mənəvi ehtiyacların ödənilməsində (kitabxanalar tərəfindən oxuculara kitabların təqdim olunması) sponsor münasibətlərində rast gəlinir.

Əvəzsiz istifadə müqaviləsi bütün əlamətlərinə görə əmlakın istifadəyə verilməsi ilə əlaqədar yaranan müqavilələr qrupuna aiddir. Oxşar müqavilədən biri də borc müqaviləsidir. Borc müqaviləsi həm əvəzli həm də əvəzsiz olur. Hər iki müqavilə üzrə əşya digər tərəfə verilir və müqavilənin müddəti bitdikdən sonra geri qaytarılır. Onları fərqləndirən 3 əlamət vardır:

  1. borc müqaviləsinin predmeti kimi müəyyən olunan əşyalar çıxış etdiyi halda , əvəzsiz istifadə müqaviləsinin predmeti kimi yalnız fərdən müəyyən olunmuş əşyalar çıxış edə bilirlər;
  2. borc müqaviləsi üzrə əşya digər tərəfin mülkiyyətinə verildiyi halda, əvəzsiz istifadə müqaviləsi üzrə əşya digər tərəfin yalnız sahibliyinə verilir və əşyanın mülkiyyətçisi kimi kirayəyə verən qalır;
  3. borc müqaviləsi üzrə müddət bitdikdə borc alan eyni miqdarda və eyni şəkildə əşyaları qaytarmalı olduğu halda, əvəzsiz istifadə müqaviləsi üzrə kirayəçi ancaq istifadəyə götürdüyü əşyanı qaytarır.